Məhkəmə qərarları › İş №3(004)-2884/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2884/2021

19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2884/2021 19.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X6 iclas katibliyi ilə, X1 AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər idarəsinin 11.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər İdarəsinin 11.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən yazılmış 02.08.2021-ci il tarixli MN №1052141 nömrəli protokol (qərarda qeydə əsasən) və həmin protokol əsasında verilmiş MN №0646626 nömrəli, 11.08.2021-ci il tarixli Qərar ilə "xxxx" MMC-nin vəzifəli şəxsi kimi barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Lakin, onun sözügedən qurum tərəfindən tərtib edilmiş məlum protokoldan və inzibati tənbeh vermə haqqında verilmiş qərardan məlumatı və xəbəri olmamışdır. Göstərilənlərlə bağlı yalnız 22.10.2021-ci il tarixdə Bakı səhəri Yasamal rayon İcra şöbəsindən ona edilən zəng əsnasında bu barədə xəbəri olmuş və 29 oktyabr 2021-ci il tarixdə sözügedən cıərarı bildirişə imza etməklə rəsmi qaydada almışdır. Hesab edir ki, sözügedən qurumun məlum qərarı əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Sözügedən qərarın müəyyən edildi hissəsində göstərilir ki, guya müəssisənin direktoru olaraq tərəfindən X4 adlı işçiyə əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntuları olmuşdur. Lakin, qərarda göstərilən qanun pozuntusunun nəyin əsasında, hansı meyarlara əsasən müəyyən olunması, müəssisədə bir neçə vəzifəli şəxs olduğu halda niyə məhz direktorun inzibati məsuliyyətə cəlb edilməsi, qanun pozuntusunun konkret olaraq kim tərəfindən törədilməsi, eləcə də qeyd olunan qanun pozuntusunun hansı tarixdə baş verməsi və sair əhəmiyyətli hallar göstərilməmiş və əsaslandırılmamışdır. Qərarda adı çəkilən sabiq işçi- X4 2018-ci ildə öz ərizəsi əsasında işdən azad olunmuş və həmin tarixdən şikayət etdiyi avqust 2021-ci il tarixədək (3 ildən çox müddət) tarixədək bir dəfə də olsun əvvəllər işlədiyi yerlə bağlı heç bir iddia və tələblə çıxış etməmişdir. Həmin şəxs əvvəllər işlədiyi müddətdə vaxtı vaxtında əmək və məzuniyyət haqlarını almış, işdən azad olunan gün isə qanuna uyğun şəkildə son haqq hesabını almışdır. Təəcüblü və təəsüf edici hal ondadır ki, sabiq işçi əmək fəaliyyəti dövrü ərzində, eləcə də özünün işdən çıxma barəsində ərizə yazdığı zaman, habelə ona son haqq hesabın verildiyi vaxt əgər belə bir hal ilə (qanun pozuntusu) qarşılaşmışdırsa o halda həmin şəxs özünün hüquqlarının müdafiəsinə yönəlik bir dəfə də olsun nə işəgötürənə nədə ki, hər hansı dövlət qurumuna mütaciət etmişdir. Məhz işdən azad olunduqdan xeyli müddət sonra (3 il keçdikdən sonra) belə bir məzmunlu şikayət ərizəsi ilə sözügedən quruma şikayət etməsi və bununla yanaşı da həmin qurumun işə səthi yanaşaraq heç bir araşdırma aparmadan belə bir qərar qəbul etməsi qanuni nöqteyi nəzərdən qəbul edilməzdir. Bundan başqa 2018-ci il tarixdə işçinin son haqq hesabının ödənilməsində müəyyən yanlışlıqlar olmuşdur. Lakin göstərilən hal onu deməyə əsas vermir ki, işəgötürən tərəfindən (hansısa vəzifəli şəxsi tərəfindən) bir mənalı şəkildə qanun pozuntusuna yol verilmişdir. Belə olan halda sözsüz ki, inzibati xətalar haqqında qanunvericiliyin tələbləri gözlənilməlidir. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər idarəsinin 11.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X13 şikayət göstərilənlər razılaşmayaraq onun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər İdarəsinin 11.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X12 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 1200 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən "xxxx" MMC-nin direktoru kimi X12 tərəfindən X3 əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntuları olmuşdur. Bu barədə 02.08.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 AR ƏƏSMN yanında X8 Xidməti Bakı şəhər İdarəsinin 11.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar