Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-290/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs – X1 iştirakları ilə, X1 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 izahatında bildirmişdir ki, Bakı şəhər X9 İdarəsininTP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarı ilə o, Azərbaycan Respublikasının “X4 Qanun”un 327-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə cəzası təyin olunmuşdur. Bakı şəhər X9 İdarəsinin TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarını onunla əsaslandırmışdır ki, guya o, xx.xx.2025-ci il tarixində 15.59-radələrində İzmir küçəsindən Tbilisi prospektinə çıxışdakı dairədə dayanmamış və “X7 Qanun”un tələblərini pozmuşdur. Bu səbəbdəndə onaə İXP ******* saylı protokol tərtib olunub və həmin protokola əsasən xx.xx.2025-ci il tarixli TP v6972812 saylı qərar qəbul edilmiş və qərara əsasən o, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. 01CC173 dövlət nömrə nişanlı avtomobil onun şəxsi avtomobilidir. xx.xx.2025-ci il tarixində İzmir küçəsindən Tbilisi prospekti istiqamətində hərəkət edərkən həmin yolların kəsişməsində yol hərəkəti qaydalarına əməl edərək işiqforun dayan əmrinə tabe olaraq dayanmışdır. Bundan sonra işiqforun hərəkət et işarəsi ilə ( yaşıl işıq) hərəkətini Tbilisi prospekti istiqamətində davam etdirmişdir. Tbilisi prospektindən Azır Əliyev küçəsi istiqamətinə dönmək istədiyi üçün işıqforun sağ qıpçağını, dönmək istəyirəm xəbərdarlıq işarəsini işə salmışdır. Bu vaxt onunla İzmir küçəsindən bərabər hərəkətdə olan Bakı şəhər X10 Xidmətinin əməkdaşı “Bus” yolu ilə qaydanı pozmaqla hərəkət etdiyindən o, onun keçidinə yol verməmiş, polis əməkdaşı maşının şüşəsini aşağı endirərək ona dönmək istəyirsən, dön saxla işarəsini vermişdir. O, Tbilisi prospektindən Azər Əliyev küçəsi istiqamətinə döndükdən sonra polisin saxla əmrinə tabe olaraq avtomobilini saxlamışdır. Ona yaxınlaşan, sonradan adını öyrəndiyi Xəlil Əliyev adlı əməkdaş ona bildirmişdir ki, guya o, İzmir küçəsindən Tbilisi prospektinə dönərkən yol hərəkəti qaydasını pozmuş, dayanmadan digər avtomobilə yol verməmişdir. O, Bakı şəhər X10 Xidmətinin əməkdaşına etrazını bildirmiş , qanunsuz olaraq avtomobilini saxlatdığını ona demiş və qeyd etmişdir ki, həmin yolların kəsişməsində Kamera vardır, ondan tələb etmişdir ki, kamera görüntüsünü təqdim etsin. Lakin əməkdaş ona heç bir görüntü təqdim etməmiş, yalnız öz telefonunda onun həmin dairədə dayandığının şəklini göstərmişdir. Həmin şəkildə onun avtomobili dayanmış-gözləmə vəziyyətində idi. Bu görünüşü ona göstərdikdə əməkdaş əsəbləşmiş və onaə protokol tərtib edəcəyini bildirmişdir. Sonra Bakı şəhər X10 Xidmətinin əməkdaşı ona qanunsuz olaraq protokol tərtib etmiş, o,n protokolun surətini tələb etmişdir ki, öz qeydini aparmaqla protokolu imzalasın. Lakin polis əməkdaşı protokolun surətini ona verməmiş və protokolu imzalamağa və iradını qeyd etməyə ona imkan verməmişdir. Bundan sonra o, evə gəlmiş və daim istifadə etdiyi “SMS” Radar proqramına daxil olaraq baxmışdır. Həmin proqramda onun avtomobilinin yol hərəkəti qaydalarını pozması barədə heç bir foto görüntü yox idi, yalnız həmin protokola əsasən qəbul edilmiş qərarın surəti və ərazinin plan sxemi var idi. Qeyd etdikləri sübutlardan, qayda pozuntusu barədə foto şəkillərin olmaması, qərəzli olaraq polis əməkdaşının tərtib etdiyi protokolun surətinin ona təqdim olunmaması, protokolun İzmir və ya Tbilisi prospektində yox, hansı səbəblərdənsə Azər Əliyev küçəsində tərtib olunması və sair hallar təsdiq edir ki, onun barəsində qanunsuz olaraq Bakı şəhər X9 İdarəsinin patrul xidmətinin polis serjantı X6 tərəfidən İXP ******* saylı protokol tərtib olunmuş və barəsində həmin protokola əsasən TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Həmin qərarın surətindən görünür ki, qərar qəbul edilərkən müəyyən etdi qrafasında nəyin müəyyən olunması da qeyd olunmamışdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhər X9 İdarəsinin patrul xidmətinin polis serjantı X6 tərəfidən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol , həmin protokola əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın ləğv olunması və barəsində İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, şəxs barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş qərar onun svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi ilə əlaqədar qəbul edilmişdir. Bununla bağlı görüntülər məhkəməyə təqdim edilmiş və həmin videodan AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın X3 tərəfindən törədilməsi açıqaşkar görünür. Belə ki, o, Tbilisi prospekti-İzmir küçəsinin kəsişməsində hərəkət edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş, bununla da İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 12 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 15:09-da Tbilisi prospekti-İzmir küçəsinin kəsişməsində nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş və bununla da X3 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında 12 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 idarə etdiyi “Hyundaı Elantra minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 15:09da İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuş və 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “Hyundaı Elantra minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 Tbilisi prospekti-İzmir küçəsinin kəsişməsində hərəkət edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X4 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən X4 işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. X7 Azərbaycan Respublikasının Qanunun: 59-CU maddəsinə əsasən Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir; 76-cı maddəsinə əsasən svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir. Təqdim edilmiş videodiskdə olan görüntüdən göründüyü kimi “Hyundaı Elantra minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən qırmızı işıq yanmış, şəxs də avtomobili idarə edərək oradan uzaqlaşıb getmişdir. Məhkəmə bu əlamətləri nəzərə alaraq X1 əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə iclasında videodiskdəki görüntülərə baxaraq X3 səlahiyyətli orqanın dəlillərini təkzib edəcək arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş 12 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-290/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-290/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver