Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2909/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs "xxxx" MMC-nin direktoru X1, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X5 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "AEF Group” MMC-nin baş direktoru X1 iştirakı ilə 22 aprel 2025-ci il tarixində hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə məhkəmə keçirilmişdir. Məhkəmənin 22 aprel 2025-ci il tarixli 3(004)- 1859/2025 nömrəli qərarına əsasən "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən tərtib olunmuş 13 mart 2025-ci il tarixli, 25-1-0-0/000-2121 nömrəli «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X7 Xidməti Bakı şəhər İdarəsinin 14 aprel 2025-ci il tarixli MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında” qərar üzrə "AEF Group” MMC-nin direktoru X3 tənbeh növü tətbiq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı əsas tutaraq X7 Xidməti Bakı şəhər İdarəsinin qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1859/2025 nömrəli qərarından apellyasiya şikayəti verilməmişdir. Məhkəmə iclasında iştirak edən iştirak edən barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs "xxxx" MMC-nin direktoru X5 şikayətdə qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X4 "xxxx" MMC-nin direktoru X5 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 20 dekabr 2024-cü il tarixdən 26 dekabr 2024-cü il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Ona görə "xxxx" MMCnin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1859/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən tərtib olunmuş 13 mart 2025-ci il tarixli, 25-1- 0-0/000-2121 nömrəli «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş məlumatlardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1859/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməmişdir və qərar qanuni qüvvəsini almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş X4 "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 20 dekabr 2024-cü il tarixdən 26 dekabr 2024-cü il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi təsbit edilməmiş, analoji işlə bağlı məhkəmənin qərarı qanuni qüvvəsi almış və bununla da "xxxx" MMC-nin direktoru X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə sübuta yetirilməmişdir. Belə olan halda "xxxx" MMC-nin direktoru X1 əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilsin və həmin qərar ləğv edilsin. "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3500 manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2909/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2909/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver