Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-292/2022 25.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal rayon Polis İdarəsi (Yasamal RPİ DYPŞ inz.təc. üzrə inspektoru S.Abasov) tərəfindən "xxxx" QSC barəsində İXM-in 347-ci maddəsi ilə 27.12.2021-ci il tarixdə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, "xxxx" QSC-nin mülkiyyətində olan “BMW X6” markalı, **-PT-*** nömrəli nəqliyyat vasitəsi ilə 11.09.2021-ci ildə inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 etiraz ərizəsi verərək bildirdi ki, icraatda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) tərəfindən Azərbaycar Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 27.12.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolu daxil olmuş və bununla əlaqədar məhkəmə baxışı (iş № 3(004)-292/2022) 25.01.2022-ci il tarixinə təyin edilmişdir (bu barədə məlumat İnternet portalından əldə edilmişdir). Sözügeden protokolda barəsində inzibati xəta haqqında İş üzrə icraat aparılan şəxs qismində cəmiyyət cəlb edilmişdir. Cəmiyyətin baıəsində inzibati xəta barəsində iş üzrə icraat aparılan şəxs qismində inzibati məsuliyyətə cəlb olunmasına dair tərtib edilmiş protokola etiraz edir və həmin Məcəllənin 61.1.4-cü, 100.4-cü madəələrində təsbit edilmiş hüquqlarından çıxış edərək aşağıdakıları bildirir: Azərbaycan Respublikası İXM-nin protokola olan tələbləri ehtiva edən 100-cü maddəsinin tələbləri pozulmuş, protokolun surəti bugünədək onlara təqdim edilməmişdir. Digər tərəfdən, hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 123-cü maddəsi ilə nəzərdə tutulmuş “Foto və ya video qeydiyyat funksiyalarina malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə (dövlət qurumuna) məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydası”da pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsində birbaşa göstərilir: “Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində (DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi) inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək huququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir.” Belə ki, 11.09.2021-ci il tarixində törədilmiş inzibati xəta barədə sorğu və həmin sorğunun Cəmiyyət tərəfindən qəbul olunmasına dair göndəriş nömrəsi SS744968485AZ işə əlavə edilərək Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Qeyd edilən göndəriş nömrəsini (SS744968485AZ) "xxxx" MMC-nin “poçt göndərişlərinin izlənməsi” zamanı məlum olur ki, qeyd olunan izləmə nömrəsi ilə məktub 07.12.2021-ci il tarixində Cəmiyyətə daxil olmuşdur. Lakin tərəflərindən araşdırma zamanı məlum olmuşdur ki, göndəriş nömrəsi - SS744968485AZ olan məktubla 03.11.2021-ci il tarixdə törədilmiş inzibati xəta ilə bağlı sorğu daxil olmuşdur ki, həmin sorğuda tərəflərindən 09.12.2021-ci il tarixində cavablandırılmış və 15.12.2021 tarixində Yasamal DYP tərəfindən qəbul edilmişdir. Yasamal DYP-nin 11.09.2021-ci il tarixində törədilmiş inzibati xətaya görə sorğusu qeyd olunan SS744968485AZ göndəriş nömrəsi ilə cəmiyyətə daxil olmamışdır. Bir daha qeyd edir ki, həmin göndəriş nömrəsi ilə başqa sorğu daxil olmamışdır ki, o da cəmiyyət tərəfindən İXM-nin heç bir tələbləri pozulmadan cavablandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələbinə görə bu inzibati xəta həmin maddədə göstərilən vaxtda müvafiq məlumatın verilməməsi ilə baş verir. Halbuki, yuxarıda göstərildiyi kimi qanunla göstərilmiş müddətdə (5 gün ərzində) müvafiq məlumat aidiyyəti üzrə təqdim olunmuşdur. Belə olan halda sözügedən inzibati xəta hadisəsinin baş verməsi istisna edilməlidir. İnzibati məsuliyyətin əsaslarını ehtiva edən Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilir: “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərərkət və va hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur”. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri, iş üzrə buraxılmış çox saylı prosessual pozuntuları nəzərə alaraq və həmin Məcəllənin 53.1.2, 106.0.4, 109.2, 114.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmədən Yasamal RPİ tərəfindən tərtib edilmiş 27.12.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 347-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb olmuş sübutlar kimi, protokolda göstərilən avtomobili idarə etmiş fiziki şəxs barədə hüquqi şəxsə sorğunun verilməsi (xəbərnaməyə əsasən sorğu 06.12.2021-ci il tarixdə hüquqi şəxsə daxil olmuşdur) və həmin sorğuya 5 gün ərzində cavab verilməməsi ilə əlaqələndirilmişdir. Lakin hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 09.12.2021-ci il tarixli məktuba əsasən, protokolda göstərilən inzibati xətanı törədən avtomobilin sürücüsü barədə DYP-yə məlumat verilmişdir. Məktub poçta 10.12.2021-ci il tarixdə təqdim edilib, yəni 5 gün keçməyib. Bununla da hüquqi şəxsin mülkiyyətində olan avtomobillərin istifadəçisi barədə məlumat verildiyindən hüquqi şəxs inzibati məsuliyyəti istisna edilir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-292/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-292/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver