Məhkəmə qərarları › İş №3(004)-292/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-292/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-292/2025 05.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahid MMC-nin direktoru Şəxs vəkili Vəkil1 iştirakları ilə, xx xxx 1952-ci il tarixdə Kürdəmir rayonunun, Qarasaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şahid MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X8 Bakı Kommersiya Məhkəməsinin tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli e-2-2(113)-868/2023 saylı icra sənədinin icrası ilə bağlı borclu Şahid MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edərək əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-5495/2024 nömrəli qərarı (hakim Rauf Daşdəmirov) ilə Şahid MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X4 apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2703/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-5495/2024 nömrəli qərarının ləğv edilməsi və iş üzrə əlavə araşdırmanın aparılması üçün materialın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş 15 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(113)-868/2023 saylı icra sənədinə əsasən Şahid MMC-dən 77020 manat pul tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Bununla bağlı borclu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmir. Nəticədə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İlkin məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(113)-868/2023 saylı icra sənədinə əsasən cavabdeh Şahid MMC-dən 76700 manat məbləğində pul, həmçinin mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 320 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata 15 yanvar 2024-cü il tarixli qərarla başlanılmışdır. Buna baxmayaraq, cavabdeh icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda cavabdeh icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən cavabdeh Şahid MMC-nin direktoru Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İlkin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şahid MMC-nin direktoru Şəxs izahatında göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(113)-868/2023 saylı qərardan məlumatlıdır. Hazırda həmin qərarlar üzrə borclu Şahid MMC fəaliyyət göstərmir. Cəmiyyətin fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırılmışdır. Bu səbəbdən də cəmiyyətin hər hansı gəliri yoxdur. Həm də onun həmin klinikada stomotoloji stolu olmuş, həmin stolu dostuna hədiyyə vermişdir, lakin tələbkara verməyə hazırdır. Hazırda müəssisə fəaliyyət göstərmir, onun maddi vəziyyəti də borcu ödəməyə imkan vermir. Tələbkar tələb edən məbləğ həmin dövrdə direktor olan Anar adlı şəxs tərəfindən mənimsənilmişdir. Bununla bağlı məhkəmə qərarı da var. Anar adlı şəxs ozü də tapılmır. Göstərilənlərin nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Şahid MMC-nin direktoru Şəxs vəkili bildirdi ki, Şahid MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli qərarına və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən X9 xx.xx.2018-ci il tarixdən Şahid MMCnin direktoru vəzifəsinə təyin edilmişdir. A.Ağayev direktor olduğu zaman “Ramy Dental" MMC-nin adından Zərərçəkmiş şəxs MMC ilə xx.xx.2020-ci il tarixli borc müqaviləsi bağlamış, müqaviləyə əsasən borc verən 1 il müddət ərzində qaytarmaq və ayda 1.500 manat faiz ödəmək şərti ilə borc alana iş görmək məqsədi ilə 20.000 manat məbləğində borc vermişdir.Həmçinin A.Ağayev direktor olduğu zaman “Ramy Dental" MMC-nin adından Zərərçəkmiş şəxs MMC ilə xx.xx.2020-ci il tarixli borc müqaviləsi bağlamış, müqaviləyə əsasən borc verən 1 il müddət ərzində qaytarmaq və ayda 1.700 manat faiz ödəmək şərti ilə borc alana iş görmək məqsədi ilə 23.000 manat məbləğində borc vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il 18 tarixli e-2-2(113)-868/2023 saylı qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs MMC-nin cavabdeh Şahid MMC-yə qarşı “pul tələbinə dair” iddiası təmin edilmiş, cavabdeh Şahid MMC-dən 76.700 manat məbləğində pul, həmçinin mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 320 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-648/2023 saylı qətnaməsi ilə cavabdeh Şahid MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-599/2023 saylı qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəyişdirilmədən saxlanmışdır. Şahid MMC-nin sabiq icraçı direktoru X1 rayon prokurorluğunda verdiyi izahatda "xxxx" MMCdən aldığı borc pulu Şahid MMC-nin hesabına mədaxil etmədiyini, borcun şəxsən ona aid olduğunu, Şahid MMC-yə aid olmadığını bildirmişdir. Hazırda onlar da Anar Ağayevi tapa bilmirlər, məhkəmə qətnaməsi üzrə şirkətdən mənimsənilən pul qaytarılan kimi, onlar da MMC-nin borcunu qaytaracaqlar. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahid MMC tərəfindən hüquqlarını təmsil etdiyi cəmiyyətə 77020 manat məbləğində vəsaitin ödənilməli olduğunu bildirmişdir. Həmin borcu tam şəkildə tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun nümayəndəsinin və tələbkarların izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şahid MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(113)-868/2023 saylı icra sənədinə əsasən cavabdeh Şahid MMC-dən 76700 manat məbləğində pul, həmçinin mediasiya xərci və dövlət rüsumu kimim ödənilmiş 320 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata 15 yanvar 2024-cü il tarixdə başlanılmış və həmin tarixdə borclu Şahid MMC-nin direktoru Şəxs tələbin könüllü icrası haqqında bildirişin təqdim edilərək, Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(113)-868/2023 nömrəli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin məktubundan görünür ki, Şahid MMC-nin fəalliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırılmışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinin icra məmuru X8 və icra məmuru Səvxan Abbasovun iştirakı ilə MMC-nin ünvanına baxış keçirilərkən ünvanda heç bir əmlak aşkar edilməmişdir. Şahid MMC-nin 18 dekabr 2023-cü il tarixli qərarından görünür ki, X3 xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, Şəxs isə xx.xx.2023-cü il tarixdən direktor vəzifəsinə təyin edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. İlk öncə məhkəmə qeyd edir ki, Şəxs Şahid MMC-nin direktoru (vəzifəli şəxsi) kimi inzibati məsuliyyətə cəlb edilsə də, iş materiallarında onun hüquqi şəxsin direktoru olmasını təsdiq edən heç bir sənəd (əmr, qərar və s.) mövcud deyil, bunu təsdiq edən sənəd də məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, icra sənədi üzrə borclu Şahid MMC-nin mülkiyyətində hər hansı daşınmaz əmlak və ya nəqliyyat vasitəsi yoxdur. Şahid MMC diş klinikası kimi fəaliyyət göstərmiş və həmin klinikaya məxsus müəyyən avadanlıqlar olmuşdur. Məhkəmə baxışı zamanı həm Şəxs, həm də vəkili ona məxsus stomotoloji stolu tələbkara təklif etsə də, tələbkar tam borcunu tələb etməklə, həmin avadanlığı qəbul etməkdən imtina edir. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu Şəxs borcunu ödəməkdən qəsdən və qərəzli boyun qaçırmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin məktubundan görünür ki, Şahid MMC-nin fəalliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırılmışdır. Bundan başqa Şahid MMC-də vergi yoxlamasının keçirilib keçirilməməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinə sorğu verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Şahid MMC-nin fəaliyyəti üzrə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri keçirilməmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin faktiki fəaliyyətlə məşğul olmadığı və nəticədə də qeyd edilən məhkəmə qətnaməsi üzrə borcunu ödəmək qabiliyətində olmadığı müəyyən edilir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şahid MMC-nin direktoru Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə də təkzib olunur. Məhkəmə qeyd edir ki, hazırki icra sənədi üzrə borclu statusunda Şahid MMC -dir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən borclu hüquqi şəxsin mülkiyyətində hər hansı əmlakın və ya bank hesabının olması barədə sorğu verilmiş, həmçinin olduğu ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, borclu hüquqi şəxsin mülkiyyətində heç bir əmlak və ya bank hesabında pulu yoxdur. Belə olduğu təqdirdə, icra məmuru borclu hüquqi şəxsin bank hesabı və ya əmlakının mövcudluğu barədə sübut əldə etdikdən sonra direktor Şəxs tərəfindən tələbkara olan borcun ödənilməsi təmin edilməzsə onun borcun ödənilməsindən qərəzli şəkildə yayınması məsələsini irəli sürülə bilər. Hazırki mərhələdə isə icra məmuru borclu hüquqi şəxsin əmlakının mövcud olmasına dair sübut əldə etməmişdir. Həm də məhkəmədə müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqi 22 dekabr 2023-cü il tarixdə verilmiş, Şəxs isə icra sənədi verildikdən 4 gün əvvəl direktor təyin edilmiş, həmçinin, borclu hüquqi şəxsin direktoru olan vaxt ərzində bu borc yaranmamışdır, hüquqi şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlak və ya bank hesablarında vəsait mövcud deyildir. Bu da bir daha onu göstərir ki, Şəxs borcun ödənilməsindən üzürsüz şəkildə yayınmır və qərəzli deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şahid MMC-nin direktoru Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki Bakı Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(113)-868/2023 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Şahid MMC-nin direktoru Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şahid MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş 15 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar