Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2926/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin əməliyyat müvəkkili X3, Müdafiəçi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin əməliyyat müvəkkili X5 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində ucadan ünvansız nəlayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş və polis əməkdaşları onu intizama dəvət etdikdə polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5inzibati xəta haqqında protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, polis əməkdaşları Şəxs idarəyə dəvət etsələr də Şəxs onlara qanuni tələblərinə tabe olmayaraq idarəyə gəlməkdən imtina edilmiş, ərazidə olan digər əməkdaşların köməyi ilə idarəyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, həmin vaxt əsəbi olduğu üçün qeyri-iradi olaraq yüksək səslə nalayiq ifadələrdən istifadə etmişdir. Bundan sonra o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq polis bölməsinə getməkdən imtina etmişdir. Törətdiyi inzibati xətanı dərk edərək təqsirli olduğunu etiraf edir. Əməlindən səmimi peşmandır. Bir daha bu tip əməllər törətməkdən çəkinəcəkdir. Yekun olaraq yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. MəhkəməiclasındamüdafiəçiBakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil hüquqlarınımüdafiəetdiyiŞəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, ərazidə xidmət apararkən bir nəfər şəxsin yüksək səslə ünvansız olaraq söyüşlər işlətdiyini eşidərək digər polis əməkdaşı ilə birlikdə həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsdən sakitləşməyini və qanunlara əməl etməyini tələb etmiş, ictimai qaydanı pozmamağa və ətrafda olan insanları narahat etməməyə çağırmışlar. Lakin həmin şəxs onların polis əməkdaşı olduğunu bildiyi zaman daha da aqressivləşmiş və daha yüksək səslə söyüşlər söymüş hətta onlarıda təhqir edərək öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Həmin şəxs idarəyə dəvət edilsə də o buna etiraz etmiş, heç bir yerə getməyəcəyini bildirmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Ərazidə xidmətdə olan şəxsin digər polis əməkdaşlarının köməyi ilə Baş İdarəyə gətirilməsinə müvəffəq olunmuş və orada onun şəxsiyyəti müəyyənlədirilərək Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 digər şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin DEQMŞ-nin əməliyyat müvəkkili Tunar Allahverdiyev və DEQMŞ-nin XMİÜ baş əməliyyat müvəkkili Anar Şəmsiyev tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, xx xxxxxxx 2020-ci iltarixdə saat təxminən 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində polis əməkdaşları ərazidə xidmətdə olarkən bir nəfər şəxsin ucadan danışaraq ünvansız nəlayiq söyüşlər söyərək ətrafda olan insanlara qarşı xuliqanlıq hərəkətlərinə yol verdiyini görmüş, ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan bu hərəkətlərə son qoymağı xahiş etmişlər. Ona yaxınlaşan şəxslərin polis əməkdaşı olduğunu bildikdə daha da aqressiv şəkildə polisin ünvanına da söyüş söyməyə, ətrafda olan insanların diqqətini cəlb etmək üçün hay-küy salmağa başlamış, qanunsuz hərəkətlərinə son qoyması barədə polisin qanuni tələblərinə qəsdən tabe olmaqdan imtina etmişdir. Onlar həmin vətəndaşı saxlayıb müvafiq tədbir görülməsi üçün Baş İdarəyə gətirmişlər. Baş İdarədə müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının, Ordubad şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, döngə 5, ev 7, giriş 2, mənzil 127-də qeydiyyatda olan və yaşayan Şəxsdur. xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 09:00-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 510-cu maddəsinə əsasənXırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxxx 2020-ci iltarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində xırda qxuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində xırda xuliqanlıq və ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmamasını və məsuliyyəti ağırlaşdıran halı nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni xx xxxxxxx 2020-ci il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il saat 09:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2926/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2926/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver