Məhkəmə qərarları › İş №3(004)-2927/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2927/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2927/2020 10.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Carçalova Nuranə Həsrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX-nin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX-nin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 özünə məxsus “Hyundai Sonata” minik markalı 99VZ916 dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2020-ci il tarixdə 08:09 radələrində “Babək” maşın bazarının yanında Mikayıl Əliyev küçəsi ilə hərəkət edərkən müvəqqəti qurulan postda iki dəfə saxlasa da polis ona yaxınlaşmamışdır. Arxanı göstərən güzgüdə görmüşdür ki, polis əməkdaşı əlini qaldırıb get işarəsi vermişdir. Hərəkət edərək “Neolit”in yerləşdiyi dairəni keçmiş və “Neolit” restoranının qabağında arxadan gələn yol polisinin işarəsini görüb avtomobili saxlamışdır. Polis nəfəri ona yaxınlaşaraq özünü təqdim etmiş və evdən çıxmaq icazəsinin olub-olmamasını soruşmuşdur. O, icazəsini və həyat yoldaşı ilə qolu sarğıda olan qızının həkim sənədini göstərmişdir. Daha sonra polis əməkdaşı sürücülük vəsiqəsini istəmiş, o, təəccüblə polis əməkdaşından soruşmuşdur ki, karantin qaydalarına əməl etmişdir, sürücülük vəsiqəsi nəyə lazımdır. Polis nəfəri ona əmrə tabe olmayaraq avtomobili saxlamadığını bildirmişdir. O, polis nəfərinə bildirmişdir ki, o, iki dəfə saxlamağına baxmayaraq ona yaxınlaşmamışdır. Polis nəfəri ona bildirmişdir ki, avtomobili 20 metr kənarda saxladığı üçün onun yanına gəlməmişdir. Sonda polis nəfəri İXP ******* saylı protokol tərtib edərək ona 4 bal və 80 manat cərimə yazmışdır. O, polis nəfərinin onu nahaq yerə cərimələmək niyyətini hiss etdiyi üçün 102 xidmətinə zəng etmiş, ona yol polisinin qaynar xəttinə müraciət etməsi bildirilmişdir. O, qaynar xəttə zəng etmiş, ona elektron ərizə yazması bildirilmişdir. O, ərizəni yazmış, onun iştirakı olmadan onu qüvvədə saxlamışlar. Onun şahidləri və video çəkilişləri vardır ki, bu işlə əlaqədar avtomobilində həm arxa, həm də qabaq tərəfi kamera tərəfindən hər bir hal qeydə alınmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, X4 Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX-nin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qərarın ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətinə uyğun izahat verərək, Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX-nin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX-nin xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 tərəfindən xx.xx.2020-ci il tarixdə 08:09 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX-nin səlahiyyətli əməkdaşı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə 08:09-da “Babək” maşın bazarının yanında Mikayıl Əliyev küçəsində “Hyundai Sonata” minik markalı 99VZ916 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməyərək Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan video diskdəki görüntülərdən aydın olur ki, polis əməkdaşı X1 işarəsi vermiş, o, bir neçə metr aralıda avtomobili saxlamışdır. Lakin polis əməkdaşı ona yaxınlaşmadığı üçün avtomobili sürüb getmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X4 tərəfindən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi öz təsdiqini tapmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş sübutlar təsdiq edir ki, xx.xx.2020-ci il tarixində X4 polisin nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməsi müəyyən olunmuşdur. Lakin buna baxmayaraq, səlahiyyətli orqan mübahisələndirilən qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X5 oglunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX-nin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X5 oglunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX-nin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar