Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-293/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (MMC) etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsindən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12:07-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus ərzaq mağazasında işçilər və müştərilər tərəfindən xüsusi karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən düzgün və ümumiyyətlə istifadə edilməməsi faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12:07-də Yasamal rayonu D.Bünyadzadə küçəsi, ev 4 ünvanında yerləşən Şəxs MMC-yə məxsus ərzaq mağazasında idarənin operativ vergi nəzarəti əməkdaşları tərəfindən müvafiq yoxlama aparılarkən filialda satıcı-nəzarətçi vəzifəsində işləyən Mürşüdzadə Gülçöhrə Elburus qızı, o cümlədən müştərilər tərəfindən tibbi maskadan düzgün və ümumiyyətlə istifadə edilməməsi faktı aşkar edilmişdir. Xətanın törədilməsi faktı isə çəkilmiş fotoşəkillərlə təsdiq olunmuşdur. İşçi və müəssisənin rəhbəri icraat zamanı izahat verməkdən imtina etmişlər. X9 göstərilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X10 tərtib edilmiş protokola etiraz edərək izahatında göstərdi ki, Şəxs MMC-nin bütün filiallarında çalışan şəxslərə yerinə yetirdikləri vəzifəyə uyğun təlimatlar çatdırılmış, qeyd edilən təlimatlarda onların vəzifə səlahiyyətləri, funksiyaları və məsuliyyətləri göstərilmişdir. Həmçinin faktın aşkar edildiyi filialda bütün işçilər tibbi maska və spirt ilə təmin edilmiş, hətta ticarət obyektinin girişində və görünən piştaxtalarda xüsusi karantin rejim qaydalarına dair təlimatdan çıxarışlar yerləşdirilmişdir. Xüsusi karantin rejimi ilə bağlı Cəmiyyətin rəhbərliyi tərəfindən bütün filiallara, o cümlədən bütün işçilərə email vasitəsilə təlimatlar göndərilmiş və təlimatlara riayət edilmədiyi təqdirdə məsuliyyətləri onlara izah edilmişdir. Buna baxmayaraq Şəxs MMC-nin Yasamal rayonu D.Bünyadzadə küçəsi, ev 4 ünvanında yerləşən filialında operativ nəzarət qaydasında yoxlama aparılan zamanı işçi Mürşüdzadə Gülçöhrə Elburus qızı, o cümlədən müştərilər tərəfindən tibbi maskadan düzgün istifadə edilməməsi və ya ümumiyyətlə istifadə edilməməsi faktı aşkar edilmişdir. X10 əlavə olaraq qeyd etmişdir ki, Cəmiyyət balansında olan marketdə xüsusi karantin rejimi qaydalarının qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsini təmin etmiş, ona görə də baş vermiş inzibati xətaya görə Cəmiyyət deyil, işçi və müştərilər özü inzibati məsuliyyətə cəlb edilməlidir. Göstərilənlərə əsasən X10 Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzdində olan X1rumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır və qanuni təmsilçisi X7r. (VÖEN - **********) İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan müəyyən edilir ki, Şəxs MMC-nin əsas fəaliyyət sahəsi içki və tütün məmulatları da daxil olmaqla əsasən yeyinti məhsullarının ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satışından ibarətdir və Yasamal rayonu D.Bünyadzadə küçəsi, ev 4 ünvanında yerləşən ticarət obyekti Şəxs MMC-nin balansındadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, yoxlama aparılan Şəxs MMC-yə məxsus ticarət obyektində marketin satıcısı və müştərilər tərəfindən fərdi qoruyucu vasitə olan tibbi maskadan düzgün və ya ümumiyyətlə istifadə edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin Qərarın 3-cü hissəsinə görə 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikası İXM-si ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədəxx xxx 2020-ci il tarixli 160 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilmişdir: 1.1. qida məhsullarının ticarəti üzrə fəaliyyət; 1.2. ictimai-iaşə müəssisələrinin fəaliyyəti; 1.3. turizm və hotelçilik fəaliyyəti; 1.4. ictimai nəqliyyatın fəaliyyəti; 1.5. vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti; 1.6. müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti sahələri. Həmin Qərarın 2-ci bəndinə əsasən isə müvafiq fəaliyyət sahələri üzrə metodik göstərişlər təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında X4 tərəfindən “Ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topadan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s) koronovirusun (Covid-19) profilaktikasına dair” metodik göstərişlər təsdiq edilmişdir. Qeyd edilən metodik göstərişlərdə həmin sahədə ümumi göstərişlər, yəni kassanın qarşısında növbədə duran insanların araməsafəsi, ərzaq məhsulları satışı ilə məşğul olan müəssisələrdə çalışan işçilərinbirdəfəlik istifadə edilən maska, əlcək, həmçinin dezinfeksiya məhlulundan istifadə etmələri; müəssisədə sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi, işçi heyətinin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunamsı; təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməsinin təşkil; işçi heyətinin marifləndirilməsi; təmizlik və dezinfeksiya işləri həyata keçirilərkən riayət edilməli olan ardıcıllıq; istifadə edilən dezinfeksiyaedici vasitələrə dair tələblər və həmin vasitələrdən istifadə qaydaları; dezinfeksiya edilməsi vacib olan sahələr; işçi heyətinin şəxsi gigiyenası; tibbi maskalardan ümumi istifadə qaydaları; işçi heyətinin müayinəsi və s. qaydalar müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin dispozisiyası blanket xarakterli olmaqla epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görəməsuliyyət müəyyən edir. Normanın dispozotiv şərtlərindən göründüyü kimi xətanın subyekti 1) ümumi əsaslarla inzibati məsuliyyətə cəlb edilə bilən hər hansı fiziki şəxs, 2) vəzifəli şəxslər, 3) hüquqi şəxslər ola bilər. Xətanın obyektiv cəhəti epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması və bu pozuntunun qarşısının alınmamasından ibarətdir. Həmin inzibati xətaya görə fiziki şəxslər üçün yalnız epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, vəzifəli şəxslər və hüquqi şəxslər üçün isə həm bu tələblərin pozulmasına görə, həm də yol verilmiş pozuntunun qarşısının alınmamasına görə məsuliyyət müəyyən edilmişdir. Hazırki işin hallarından isə görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12:07-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus supermarketdə satıcı-nəzarətçi vəzifəsində işləyən Mürşüdzadə Gülçöhrə Elburus qızı, o cümlədən müştərilər tərəfindən tibbi maskadan düzgün və ümumiyyətlə istifadə edilməməsi, yəni fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə qaydalarının pozulması aşkar edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən onun mülkiyyətində olan ticarət obyektində yol verilmiş pozuntunun qarşısının alınması təmin edilməmiş və nəticədə onun tərəfindən Azərbaycan Respublikası 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxx 2020-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə hüquqi şəxslər barəsində dörd yüz manat məbləğində cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyətiyüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-293/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-293/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver