Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2935/2022 14.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X5 iclas katibliyi ilə, X6 AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X11 AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi üzrə X3 baş əmək müfəttişi X8 tərəfindən tərtib edilmiş 24 may 2022-cı il tarixli, ******* saylı protokoldan görünür ki, X1 əmək müqaviləsinə xitam verilərkən, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğuna görə "X13 Sanayi Ticaret Limited Şirkəti"-nin AR filialının direktoru X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN № ******* saylı, 06 iyun 2022-ci il tarixli inzibati xəta haqqında qərarla "X13 Sanayi Ticaret Limited Şirkəti"-nin AR filialının direktoru X7 Azərbaycan Respublikası İXM- nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 manat miqdarında cərimə edilmişdir. Qərara əsasən X1 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilməsi müəyyən edilməsi göstərilir. Aşağıdakı əsaslara görə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi üzrə X3 baş əmək müfəttişi X8 tərəfindən tərtib edilmiş 24 may 2022-cı il tarixli, ******* saylı protokola əsasən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş MN № ******* saylı qərar ləğv edilməli və başlanmış icraata xitam verilməlidir. Beləki, inzibati xətaya dair protokol tərtib edilmişdir ona görə ki, X1 əmək müqaviləsinə xitam verilərkən AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. Lakin, protokolda qanunun konkret olaraq hansı tələbinin, yəni işə götürənin hansı hərəkətinə görə məsuliyyətə cəlb edilməsi göstərilməmişdir. Ona məlum olan hal ondan ibarətdir ki, inzibati xətaya dair protokolun tərtib edilməsinə əsas, işçiyə ödənilməli son haqq-hesabın məbləğinin düzgün hesablanmaması və ona verilməməsi ilə bağlıdır. Yəni, X2 yanlışılıqla son haqq-hesab ödənişi 42 manat az hesablandığına görə inzibati qaydada cərimə edilmişdir. Birincisi məhkəmənin nəzərinə çatdırır ki, AR İXM-nin 192.4-cü maddəsinə görə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Maddənin məzmunundan göründüyü kimi, işçinin digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalarda olan səhvə görə inzibati məsuliyyətə cəlb edilməsi istisna təşkil edir və buna görə təqsirli bilinməsi yolverilməzdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, həmin yanlışlıq aradan qaldırılaraq, son haqq-hesab yenidən hesablanaraq 42 manat işçinin bank hesabına ödənilmişdir və bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi üzrə X3 Baş əmək müfəttişliyinə 12 may 2022-ci il tarixində elektron qaydada məktub göndərilmiş və həmin məktuba müvafiq sənədlər əlavə edilmişdir. Hesab edir ki, X4 təqsirliliyi, işdə olan mötəbər sübutlar əsasında sübut olunmadığından və bununla da Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli orqanın gəldiyi nəticə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 105-ci maddələrinin tələblərinə zidd olduğundan ləğv edilməli, inzibati işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X11 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinə lazımı qaydada məlumat verilsə də, AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X7 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 900 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən "X13 Sanayi Ticaret Limited Şirkəti"-nin AR filialının direktoru X7 tərəfindən işçi X1 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-2935/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2935/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver