Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2936/2020 18.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra) İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs oğlunun Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və iş materiallarından müəyyən edilir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində X8 idarə etdiyi “Toyota Prius” (minik) markalı **-XY-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu A.Şaiq küçəsi ilə “Statistika” dairəsi istiqamətində hərəkətdə olan zaman X1 idarə etdiyi “Kia Rio” (minik) markalı **-SP-*** dövlət nömrə nişanlı avtomobili arxa hissədən vurmuşdur. Sonuncular nəqliyyat vasitəsindən enərək DYPİ-nin əməkdaşlarının hadisə yerinə gəlmələrini gözləyərkən saat 14:40-da həmin istiqamətdə hərəkət edən Şəxs da idarə etdiyi “Nissan Sunny” (minik) markalı **-PE-*** dövlət nömrə nişanlı avtomobillə manevr etmə qaydasını pozaraq X4 məxsus “Toyota Prius” (minik) markalı avtomobilə arxa hissədən çırpılmışdır. Baş vermiş sonuncu yol nəqliyyat hadisəsi nəticəsində X2 avtomobillərin arasında qalaraq yüngül dərəcəli bədən xəsarəti almışdır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci (həmin Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar, nəqliyyat vasitəsinin sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X4 və protokol tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3, 62.4 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində protokol tərtib edilən şəxsin, zərər çəkmiş şəxsin və protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, Yasamal RPİ-nin TŞ-də toplanmış R/M 584 nömrəli rədd materialını nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibinin əlamətləri olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmçinin təhqiqat materiallarından görünür ki, aparılmış araşdırma zamanı Şəxs izahatında göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “xxxx” Lizing MMC-yə məxsus “Nissan Sunny” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyətilə məşğul olur. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 14:40 radələrində həmin avtomobillə Yasamal rayonu A.Şaiq küçəsi ilə təxminən 60 km/saat sürətlə yolun hərəkət istiqamətinin soldan ikinci zolağı ilə üzü “Statistika” dairəsi istiqamətinə gedərkən Yasamal rayonu A.Şaiq küçəsi 128 ünvanının qarşısına çatanda markası və dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobili sağ tərəfdən ötüb keçmək istəmiş, bu zaman yolun sağ kənarında dayanmış “Toyota Prius” markalı avtomobili görməmiş və həmin avtomobilin arxa hissəsinə çırpılmışdır. Daha sonra idarə etdiyi avtomobil sürüşərək sağ tərəfdən hərəkətdə olan digər avtomobilə dəymişdir. Həmçinin hadisə zamanı “Toyota Prius” markalı avtomobilin sürücüsü yerdə olduğundan o, avtomobillərin arasında qalaraq xəsarət almışdır. Hadisə zamanı idarə etdiyi avtomobili texniki cəhətdən tam saz vəziyyətdə olmuş və hadisə zamanı avtomobildə tək olmuşdur. Eyni zamanda təhqiqat zamanı zərər çəkmiş şəxs X8 izahatında göstərmişdir ki, özünə məxsus “Toyota Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxxxx 2020-ci il tarixdə həmin avtomobillə Yasamal rayonu, A.Şaiq küçəsi ilə üzü “Statistika” dairəsi istiqamətində hərəkət edərkən ehtiyyatsızlıqdan qarşısında hərəkət edən “Kia Rio” markalı avtomobili vurmuş və buna görə həmin avtomobilin sürücüsü ilə yerə enib YPX-nin əməkdaşlarının hadisə yerinə gəlməsini gözləmişlər. Təxminən 5-6 dəqiqədən sonra həmin küçə ilə hərəkətdə olan “Nissan Sunny” markalı avtomobil manevr qaydalarını düzgün yerinə yetirməmiş və onun avtomobilinin arxa hissəsinə çırpılmışdır. Nəticədə o, avtomobillər arasında qalaraq xəsarət almışdır. Təhqiqat zamanı şahid X7 izahatında Şəxs və X3 izahatlarında göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Yasamal RPİ-nin TŞ-də toplanmış R/M 584 nömrəli rədd materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ekspertiza və X9-Təcrübi və X5 rayon şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 747 nömrəli ekspert rəyindən görünür ki, X3 almış olduğu sol budun hematoması, sağ diz oynağı nahiyəsinin və sol baldırın sıyrıqları xəsarətləri küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx xxxxxxxx 2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində X8 idarə etdiyi “Toyota Prius” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, A.Şaiq küçəsi ilə “Statistika” dairəsi istiqamətinə hərəkət edərkən X1 idarə etdiyi “Kia Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili axa hissəsindən vurmuş, onlar yerə enib avtomobilin yanında YPX əməkdaşlarının hadisə yerinə gəlməsini gözləyən zaman, saat 14:40 radələrində həmin küçə ilə “Statistika” dairəsi istiqamətinə hərəkət edən Şəxs idarə etdiyi “Nissan Sunny” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydalarını düzgün yerinə yetirmədən Vüqar Abbasovun avtomobilinin arxa hissəsinə çırpılmış və nəticədə X8 avtomobillərin arasında qalaraq xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2936/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2936/2020
18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver