Məhkəmə qərarları › İş №3(004)-294/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-294/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-294/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli, 3-17/1-O-60854/2024 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli, 3-17/1-O-60854/2024 nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsi Anfatis MMCnin direktoru kimi onun barəsində AR Əmək Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulmasında təqsirli bilərək 3500 manat məbləğində inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar qəbul edətrək cərimə cəzası tətbiq edib, inzibati tənbeh vermə haqqında qərarın verilməsinə əsas kimi X3 ondan şikayət edərək onun əmək haqqının verilməməsi olub. Eyni zamanda bildirmişdir ki, 20 dekabr 2023-cü il tarixdən onunla əmək müqaviləsi bağlamadan işə götürülmüş və yalnız 5 aprel 2024-cü il tarixdə onunla əmək müqaviləsini rəmsiləşdirmişlər. Hesab edir ki, onun barəsində dedikləri yalan və böhtanlar əsasında verilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, o, 2019-cu ildə X5 Cəmiyyətini təsis etmişdir. Fəaliyyətləri qida əlavələrinin idxalı və Azərbaycan bazarında satışından ibarətdir. Əsasən Qida əlavələrini topdansatış məntəqələrinə və apteklərə verirlər. Amma bəzi hallarda satışın həcmini artıqmaq məqsədi ilə bəzi fiziki şəxslər ilə mülki-hüquqi müqavilə bağlayaraq qida əlavələrinin pərakəndə satışını da həyata keçirirlər. Barəsində şikayət edən X6 ilə arasında yaranan narazılıq əsasən ona verilən qida əlavələrinin pulunu vermək istəməməsi ilə əlaqədar olmuşdur. Onu 5 aprel 2024-cü il tarixdə işə götürməzdən əvvəl qida əlavələrini ondan götürərək satışını həyata keçirmişdir. Bu fəaliyyəti əlavə qazanc kimi işə düzəldikdən sonra da həyata keçirmişdir. Onunla aralarında yaranan narazılıq əmək münasibətlərindən yaranmayıb. Bütün bunları nəzərə almayan X8 Xidməti Bakı şəhəri İdarəsi baxmayaraq ki, barəmdə AR Əmək Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilərək 3500 manat məbləğində cərimə cəzası verib. Bununla bağlı 20 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ünvanladığı şikayət 24 dekabr 2024-cü il tarixli 3-17/1-0-60854/2024 nömrəli qərarı ilə nrıəati tənbeh vermə haqqında MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmışdır. AR İnzibati Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsidə inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən mühüm əhəmiyyət kəsb edən bütün halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya işdirilməsi üçün əsasdır. Direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-5808/2024 nömrəli qərarı ilə 20000 iyirmi min manat məbləğində cərimələnmişdir və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsinin rəisi vəzifəsini icra edən Rüfət Əliyev tərəfindən MN № ******* nömrəli qərarı ilə 3500 (üç min beş yüz) manat məbləğində cərimələnməsi hər iki halda cərimələrin ödəmə öhdəliyi onun üzərinə düşür. Bununla bağlı bildirmək istəyirəm ki "xxxx" MMC-nin və eyni zamanda onun haqqında tətbiq edilən cərimə cəzası maliyyə cəhətdən ona böyük ziyan vurur və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin dayandırılmasına və müflisləşməsinə səbəb ola bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Ptespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 24 dekabr 2024-cü il tarixli 3-17/1-0-60854/2024 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X7 bildirmişdir ki, X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərar qanuni və əsaslı olduğundan şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-5808/2024 nömrəli qərarı ilə 20000 iyirmi min manat məbləğində cərimələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş "xxxx" MMC-nin direktoru X4 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi 30 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 "xxxx" MMC-nin direktoru X4 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tibbi nümayəndə işinə cəlb edilmiş və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabı ödənilməmişdir. İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli, 3-17/1-O-60854/2024 nömrəli qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X1 şikayətinə inzibati orqan tərəfindən baxılmış və şikayət təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən” görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlansa da əmək müqaviləsi bildirişi xx.xx.2024cü il tarixdə imzalanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-5808/2024 nömrəli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlansa da əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 tərəfindən X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli, 3-17/1-O-60854/2024 nömrəli qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli, 3-17/1-O-60854/2024 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar