Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2946/2025 30.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3711/2023 saylı icra sənəddinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. 30 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3711/2023 saylı icra sənədinə əsasən Şəxs qızıl zinyət əşyalarını “Viza Kredit” Bokt-na qaytarmalı, 18058 manat vəsait sonuncudan tutularaq Şəxs verilməlidir. Həmin qızılların üzərində X8 mülkiyyət hüquqları bərpa edilməlidir. İcra sənədi borclu tərəfindən icra edilmir. Bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3711/2023 nömrəli icra vərəqəsinə əsasən "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC ilə X12 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08522 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edən və xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsinə əsasən "Viza Kredit Bank X9” MMC qarşısında girova qoyulmuş qızılzinət əşyaları, yəni "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Şəxs cəmi 18.057,60 manata satılmış - çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "Viza Kredit Bank X9” MMC-nin girovluğuna qaytarılması öhdəliyi Şəxs üzərinə qoyulsun, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 18.057,60 manat pulun Şəxs qaytarılması "Viza Kredit Bank X9” MMC-nin öhdəsinə qoyulmalıdır. "Viza Kredit Bank X9” MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı X5 cəmi 20.054,40 manata satılmış - çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "Viza Kredit Bank X9” MMC-nin girovluğuna qaytarılması öhdəliyi X4 üzərinə qoyulmalı, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 20.054,40 manat pulun X5 qaytarılması "Viza Kredit Bank X9” MMCnin öhdəsinə qoyulmalıdır. xx.xx.2016-cı il tarixli girov müqaviləsi üzrə "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC qarşısında girov qoyulmuş qızıl-zinət əşyalarına iddiaçı X8 mülkiyyət hüquqları bərpa olunmalı və həmin əşyalara dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən X8 mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələr edilməsinə son qoyulmalıdır. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu cavabdehlər "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC, Şəxs və X3 müştərək qaydada tutularaq X11 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanılmışdır. Hazırda cavabdeh icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən cavabdeh Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hazırda həmin qızılların kimdə və harada olması barədə məlumatı yoxdur. X6 qızlların məhz Əşrəfdə olduğunu bildirmir. "xxxx" MMC 2023-cü ildən fəaliyyətini tam dayandırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)- 3711/2023 saylı qərarlarından məlumatlıdır. O 2019-cu ildə hərrac vasitəsi ilə 300-350 qram qızılı almış və həmin gündə Moskva Ticarət Mərkəzində tanımadığı şəxsə satmışdır. Həmin məbləğdə qızılın satılmadan saxlanılması mümkün deyildir. Həmin qızılların kimdə və harada olması barədə hər hansı məlumatı yoxdur. Göstərilənlərin nəzərə alınaraq hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4863/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, qızıl-zinət əşyalarının xx.xx.2019-cu il tarixdə hərrac vasitəsi ilə onun tərəfindən alınması barədə hərrac protokolunun ləğv edilməsi ilə bağlı iddia təmin edilməmişdir. X6 ilə mobil telefon vasitəsilə əlaqə saxlanılaraq məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş hazırda xəstə olduğundan məhkəmə prosesində iştirak edə bilməyəcəyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəməyə bildirmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)- 3711/2023 nömrəli icra vərəqəsindən görünür ki, "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC ilə X12 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08522 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edən və xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsinə əsasən "Viza Kredit Bank X9” MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyaları, yəni "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Şəxs cəmi 18.057,60 manata satılmış - çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "Viza Kredit Bank X9” MMC-nin girovluğuna qaytarılması öhdəliyi Şəxs üzərinə qoyulmuş, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 18.057,60 manat pulun Şəxs qaytarılması "Viza Kredit Bank X9” MMC-nin öhdəsinə qoyulmuşdur. "Viza Kredit Bank X9” MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı X5 cəmi 20.054,40 manata satılmış - çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "Viza Kredit Bank X9” MMC-nin girovluğuna qaytarılması öhdəliyi X4 üzərinə qoyulmuş, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 20.054,40 manat pulun X5 qaytarılması "Viza Kredit Bank X9” MMCnin öhdəsinə qoyulmuşdur. xx.xx.2016-cı il tarixli girov müqaviləsi üzrə "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC qarşısında girov qoyulmuş qızıl-zinət əşyalarına iddiaçı X8 mülkiyyət hüquqları bərpa olunmalı və həmin əşyalara dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən X8 mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələr edilməsinə son qoyulmuşdur. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu cavabdehlər "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC, Şəxs və X3 müştərək qaydada tutularaq X11 ödənilməlidir. İcra sənədi üzrə icraata 05 dekabr 2023-cü il tarixdə başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin təqdim edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3711/2023 nömrəli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3711/2023 saylı icra vərəqəsinə əsasən "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC ilə X12 arasında bağlanmış xx.xx.2016cı il tarixli 08522 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edən və xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsinə əsasən "Viza Kredit Bank X9” MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyaları, yəni "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Şəxs cəmi 18.057,60 manata satılmış - çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "Viza Kredit Bank X9” MMC-nin girovluğuna qaytarılması öhdəliyi Şəxs üzərinə qoyulmuş, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 18.057,60 manat pulun Şəxs qaytarılması "Viza Kredit Bank X9” MMC-nin öhdəsinə qoymuşdur. "Viza Kredit Bank X9” MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı X5 cəmi 20.054,40 manata satılmış çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "Viza Kredit Bank X9” MMC-nin girovluğuna qaytarılması öhdəliyi X4 üzərinə qoyulmalı, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 20.054,40 manat pulun X5 qaytarılması "Viza Kredit Bank X9” MMC-nin öhdəsinə qoyulmalıdır. xx.xx.2016-cı il tarixli girov müqaviləsi üzrə "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC qarşısında girov qoyulmuş qızıl-zinət əşyalarına iddiaçı X8 mülkiyyət hüquqları bərpa olunmalı və həmin əşyalara dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən X8 mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələr edilməsinə son qoyulmalıdır. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu cavabdehlər "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC, Şəxs və X3 müştərək qaydada tutularaq X11 ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4863/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, qızıl-zinət əşyalarının bir qismi 18.057 manata hərrac vasitəsi ilə barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs tərəfindən alınmış, həmin hərracın xx.xx.2019-cu il tarixli protokolunun ləğv edilməsi ilə bağlı iddia təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs hərəkəti və ya hərəkətsizliyi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin (icra məmurunun qanuni tələblərini yetirilməməsi) təsiri altına düşmür. Belə ki səbəbli əlaqə mövcud deyildir. Bütün qeyd edilənlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. Belə ki, hazırda qətnamədə qeyd edilən qızıl zinyət əşyaları Şəxs olması və sonuncunun həmin əşyaları qərəzli olaraq qaytarmaması barədə heç bir sübut yoxdur. Yəni icra məmuru tərəfindən də bunun əksini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3711/2023 saylı icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 30 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2946/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2946/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver