Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2949/2024 20.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi X4 iclas katibliyi, X1, Qərarından şikayət verilmiş AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, Hüseyn Cavid parkının yanında 547 nömrəli yol polisinin saxla əmri ilə maşını saxlamış, maşınına baxış keçirəndən sonra heç bir qanunsuz olmadığını demiş, lakin rəisin göstərişi olduğu üçün maşının duracağa təmin olunacağını demiş, protokolu yazıb maşını aparmasını demiş. Porotokolun yazılmayacağını, sabah Bakı şəhər X12 İdarəsində 28-ci otağa yaxınlaşmasını demişdir. Maşını duracağa təmin etmiş, 28-ci otaqda xoşa gəlməyən söhbətlərdən sonra protokol tərtib etmişdir, lakin yazılan protokolla razı deyil, maşında qabaq şüşə silənlərdə heç bir problem yoxdur. Maşının arxa və qabaq işıqlarını yeni model qanuna zidd olmayan stop və fara ilə yeniləmişdir, maşında heç bir əlavə avadanlıq yoxdur,qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi bildirdi ki, xx.xx.2024-cü il tarixdə Yasamal rayon ərazisində YPX-nin əməkdaşları tərəfindən saxla əmri verilən kimi dərhal saxlamış və ona məlum etmişlər ki, istifadəsində olan **-DL-*** dövlət qeydiyyat nişanlı VAZ 21214 minik (NİVA) markalı avtomobilə əlavə qurğular quraşdırmış və İXM-nin 342.2.2, 342.5-ci maddələrinin tələblərini pozmuşdur. Buna cavab olaraq bildirmişdir ki, NİVA markalı avtomobillər artıq istehsal olunmur və “X10” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Həmçinin onun qeyd hissəsində qeyd olunur ki, istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Odur ki, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, şikayət əsassızdır və təmin edilə bilməz. X5 avtomobilində arxa stoplarda dəyişiklik edilmişdir və onu müəyyən etmək üçün xüsusi yoxlamaya ehtiyac yoxdur, baxan kimi görsənir. Bu barədə videogörüntü də mövcuddur, həmin videogörüntünü məhkəməyə təqdim etmişdir. Bu nəqliyyat vasitəsinin xarici işıq cihazları standarta uyğun olmalıdır, standartlardan kənar əlavə qanunda nəzərdə tutulmayan faraların quraşdırılması yolverilməzdir. İşıq cihazlarının növü, tipi və rəngi uyğun gəlməlidir. Həmçinin xətanın aradan qalxması demək deyil ki, inzibati xəta baş verməyib və şəxs cərimələnməməlidir. Şəxs özü də izahatında protokolla tanış olmasını, polisin dediyi dəyişikliyi aradan qaldırdığını göstərmişdir. Nəqliyyat vasitəsi istismar olunarkən, yəni hərəkətdə olarkən inzibati xəta aşkar olunub. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X7 xx.xx.2024-cü il tarixdə saat 16:07 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində “VAZ 21214 minik” markalı, “**-DL-***” dövlət qeydiyyat nişanlı avtomobillə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsinə görə inzibati xəta törətmişdir. Buna görə də İXMnin 342.5 və 342.2.2-ci maddələri ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan və məhkəmə iclasında təqdim edilmiş videogörüntüdən də görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, protokol tərtib etmiş orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi videogörüntüdən müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin Azərbaycan Respublikası İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-2949/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2949/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver