Məhkəmə qərarları › İş №3(004)-2958/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2958/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2958/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12, zərərçəkmiş şəxs (tələbkar) X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1959-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 A ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X18 tərəfindən xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru E.E.Abiyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3476/2012 saylı, xx.xx.2012-ci il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6664/2011 saylı, xx.xx.2012-ci il tarixli, 2(004)- 1379/2010 saylı, xx.xx.2011-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3072/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri 29 saylı Notariat Kontorunun 7E-9061 saylı, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1960/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(004)-4902/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(004)-7322/2018 saylı, 28.11 2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8230/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5274/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6130/2011 saylı, xx.xx.2011-ci il tarixli ümumi icraatda birləşdirilmiş icra sənədlərinə əsasən borclu Şəxs 22000 ABŞ dolları tutularaq X11, 521 manat tutularaq “xxxxxxxxx”ASC-nin Ləğv edicisi “X2” MMC- nin,11000 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq X8, 6000 manat tutularaq X4, 2600 manat tutularaq X1, 7030 manat tutularaq X5, 8030 manat tutularaq X3, 6030 manat tutularaq X6, 6030 manat tutularaq Əliyev İlqar Möhübbət oğlunun,3200 ABŞ dolları, 580 manat tutularaq X9 və 12030 manat tutularaq X7 xeyrinə ödənilməlidir. İcra sənədlərinin icrasına başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildirişlər göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və icra sənədini icra etməkdən də boyun qaçırmır. Sadəcə olaraq hazırda maddi vəziyyəti olduqca ağırdır və o, heç bir yerdə işləmir. Borcu bir dəfəyə ödəyə biləcək hər hansı dəyərli və qiymətli əmlakı yoxdur. Məhkəmə tərəfindən ona möhlət verildiyi təqdirdə o, icra sənədi tam həcmdə icra edəcəkdir. Göstərilən halların nəzərə alınaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) N.M.Rzayev izahatında göstərmişdir ki, o, yalnız icra sənədinin icra edilməsində maraqlıdır və borclunun vədlərinə artıq inanmır. Göstərilən halların nəzərə alınaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3476/2012 saylı, xx.xx.2012-ci il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6664/2011 saylı, xx.xx.2012-ci il tarixli, 2(004)- 1379/2010 saylı, xx.xx.2011-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3072/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri 29 saylı Notariat Kontorunun 7E-9061 saylı, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1960/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(004)- 4902/2017 saylı, xx.xx.2017-ci il tarixli, 2(004)-7322/2018 saylı, 28.11 2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8230/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5274/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6130/2011 saylı, xx.xx.2011-ci il tarixli ümumi icraatda birləşdirilmiş icra sənədlərinə əsasən borclu Şəxs 22000 ABŞ dolları tutularaq X11, 521 manat tutularaq “xxxxxxxxx”ASC-nin Ləğv edicisi “X2” MMC- nin,11000 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq X8, 6000 manat tutularaq X4, 2600 manat tutularaq X1, 7030 manat tutularaq X5, 8030 manat tutularaq X3, 6030 manat tutularaq X6, 6030 manat tutularaq Əliyev İlqar Möhübbət oğlunun,3200 ABŞ dolları, 580 manat tutularaq X9 və 12030 manat tutularaq X7 xeyrinə ödənilməlidir. İcra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqələri, bildirişlər, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar