Məhkəmə qərarları › İş №3(004)-2962/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2962/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2962/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, “X15 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, “X15 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən hüquqi şəxs “X15 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 28 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən “X15 Kompleksi” MMC tərəfindən xx.xx.2025-ci il tarixdə X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilmiş və bununla da “X15 Kompleksi” MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək protokolda göstərilən vaxtda X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edildiyinin mübahisəsiz hal olduğundan göstərilənləri nəzərə alaraq, “X15 Kompleksi” MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında “X15 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 vətəndaş X9 barədə məlumatların sistemə gec yerləşdirildiyini etiraf etdiklərini, göstərilənləri nəzərə alaraq aşağı həddə inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 izahat verərək bildirmişdir ki, o, 04 yanvar 2025-ci il tarixdə “X15 Kompleksi” MMC-nin Ucar filialına yaxınlaşaraq şirkətin müdriyyətindən işə qəbul olunmasını xahiş etmiş, müdriyyət isə onu sənədləşmə işləri üçün 2-ci mərtəbəyə göndərmişlər, o, orada sənədlərə imza etdikdən sonra saat 09:30 radələrində işə başlamış, ona operator vəzifəsinə götürüldüyünü bildirmişlər. Ona onu qeydiyyata salmaq üçün telefon gətirməyini demişlər, ancaq onun telefonu olmadığından dostunun telefonunu gətirmiş, ona demişlər ki, qeydiyyata alacaqlar, daha sonra telefonla onun üz şəklini çəkmişlər, bundan sonra o, işə başlamış, saat 12:00 radələrində ac olduğu üçün gedib yemək yedikdən sonra təxminən 12:30 radələrində öz işinə qayıtmış, iş zamanı yanıq iyi gəldiyini hiss etmiş, bu zaman təxminən 13:20 radələrində aparatın arxa hissəsinə yaxınlaşmış, görmüşdür ki, orada yanğın var və o, yanğını söndürmək üçün aparata yaxınlaşanda bu zaman aparatın mişarları onun sağ qolunu dartmış və bundan sonra o, özünü itirdiyi üçün heçnə yadında qalmamışdır. 06 yanvar 2025-ci il tarixdə özünə gəlmiş və görmüşdür ki, sağ qolu amputasiya olunmuşdur. Suallara cavab olaraq 04 yanvar saat 09:00 radələrində işə gəldiyini, xx.xx.2025-ci il tarixdə gecə saatlarında (23:33 radələrində) Ucar Rayon Xəstəxanasında əməliyyatda olduğunu, narkozdan xx.xx.2025-ci il tarixdə ayıldığını, əmək müqaviləsinin kim tərəfindən imzalandığını bilmədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X5 tərtib etdiyi 28 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, “X15 Kompleksi” MMC tərəfindən xx.xx.2025-ci il tarixdə X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilmiş və bununla da “X15 Kompleksi” MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Ucar Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəis müavini cənab Məmməd Bayramova ünvanlanmış 16 yanvar 2025-ci il tarixli, 18-1-77/2-56/2025 saylı məktubdan görünür ki, məktubun məzmunu “Sizin xx.xx.2025-ci il tarixli 3-17-5/2-173/2025 nömrəli məktubunuza cavab olaraq “Ucar Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən bildirilir ki, Ucar şəhəri, Oğuz küçəsi Pambıq zavod yaşayış binası ev 3-də yaşayan, 1991-ci il təvəllüdlü X9 04.01.25-ci il tarixdə Ucar RMX PHŞ-nın təcili yardım bölməsinə müraciət etmişdir. Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra dərhal cərrahiyyə şöbəsinə köçürülərək təxirəsalınmaz qaydada (Sağ bazu oynağının desartkulyasiyası, qanaxmanın dayandırılması, yaraların l-li işlənməsi) cərrahi əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonra xəstə anesteziologiya və reanimasiya şöbəsinə yerləşdirilmiş, intensiv şok əleyhinə, ağrı kəsici, ümumi möhkəmləndirici, damar qan müalicələri aparılmışdır. Aparılmış müalicələr nəticəsində xəstə yaxşılaşmış, xx.xx.2025-ci il tarixdə cərrahiyyə şöbəsinə köçürülmüşdür. Müalicələr davam etdirilmiş, gündəlik sarğı olunmuşdur. xx.xx.2025-ci il tarixdə xəstə yaxşılaşma ilə evə yazılmışdır. Xəstəyə xx.xx.2025-ci il tarixədək ******* nömrəli “Əmək qabiliyyəti'in olmaması” vərəqi açılmışdır. Xəstənin müalicəsi ambulator davam etdirilir. Diaqnozu: Sağ yuxarı ətrafın bazu oynağı səviyyəsindən qopması, travmatik və hemorragik şok lll-İV dərəcəli. Sifətin çoxsaylı kəsilmiş açıq yarası. Xəsarətin səbəbi: iş qəzası” şəklində olmuşdur. “X15 Kompleksi” MMC-nin direktoru Fəxri Mehdiyev tərəfindən elektron məhkəmə sistemi vasitəsilə ünvanlanmış 12 may 2025-ci il tarixli ərizədən görünür ki, ərizənin məzmunu “qeyd edilən iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan tərəf olaraq bildiririk ki, “X15 Kompleksi” MMC-nin Ucar filialında iş fəaliyyəti zamanı X2 xəsarət alması ilə əlaqədar X12 Xidmətinin Mərkəzi Aran regional bölməsində araşdırma aparılmış və yekunda X12 tərəfindən X2 əmək müqaviləsi olmadan və yaxud qüvvəyə minmədən iş fəaliyyətinə cəlb edilməsi əsası ilə ilk növbədə “X15 Kompleksi” MMC-də çalışan X13 xx.xx.2025-ci tarixli, MN1613029 nömrəli qərarla inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmuş, daha sonra isə İnzibati Xətalar Məcəlləsinin eyni maddəsi ilə hüquqi şəxs qismində “X15 Kompleksi” MMC barəsində xx.xx.2025-ci tarixli, MN1932485 nömrəli protokol tərtib edilmiş, iş üzrə materiallar yekun qərar qəbul edilməsi məqsədilə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məsələ ilə bağlı onu bildiririk ki, X10 iş prosesi zamanı bədbəxt hadisə nəticəsində xəsarət almamışdan əvvəl xx.xx.2025-ci il tarixdə işə qəbul edilməsi ilə əlaqədar ərizə ilə müraciət etmiş və kadrlar uçotu, tərcümeyi-hal və digər zəruri sənədləri müəssisəmizə təqdim etmişdir. Sözügedən şəxslə iş prosesinə başlamamışdan əvvəl yazılı şəkildə əmək müqaviləsi bağlanılmış, elə həmin gün işçilərin davamiyyət jurnalında adı qeydiyyata alınmış, xəsarət almamışdan əvvəl pambıq istehsalı və emalı zavodu üzrə vəzifəli şəxslərin təlimatı işçiyə təqdim edilmiş, texniki-təhlükəsizlik, yanğından mühafizə və digər zəruri təhlükəsizlik qaydaları həm şifahi, həm də yazılı şəkildə izah edilmiş və bütün bu qeyd edilənlər X10 tərəfindən öz imzası ilə təsdiq edilmişdir. Sözügedən şəxsin başına gələn bədbəxt hadisə “X15 Kompleksi” MMC-nin rəhbərliyində təssüf hissi yaratmış, əməkdaşa verilən dəyər və insanpərvərlik prinsiplərinə uyğun olaraq şəxs hadisədən dərhal sonra Ucar Rayon Mərkəzi X7 Yardım bölməsinə çatdırılmış, şəxsin xəstəxanada olduğu müddətdə bütün müalicə, əməliyyat və digər xərcləri müəsssisəmizin rəhbərliyi tərəfindən qarşılanmışdır. Bundan əlavə xəstəxanadan evə buraxıldıqdan sonra Mürsəlov Elsəvərə cəmiyyətimiz tərəfindən maddi və mənəvi bir çox dəstəklər göstərilmişdir. Şəxsin ağır xəsarət almasına, sağ qolunun amputasiya olunmasına baxmayaraq müəssisəmizə qarşı heç bir şikayətinin olmaması sözügedən bədbəxt hadisədə “X15 Kompleksi” MMC-nin heç bir təqsirinin olmadığının və şəxsə müəssisəmiz tərəfindən hərtərəfli dəstəyin göstərildiyinin göstəricisidir. X8 “X15 Kompleksi” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun tərtib etdiyi qərara münasibətdə isə bildirik ki, sözügedən bədbəxt hadisə baş verməmişdən əvvəl yuxarıda da qeyd edildiyi kimi Mürsəlov Elsəvər özünün ərizəsi əsasında müəssisəmizə işə qəbul edilmiş və sonuncu ilə müəssisəmiz arasında yazılı şəkildə əmək müqaviləsi bağlanılmış, iş prosesi ilə əlaqədar bütün zəruri sənədlər imzalanmışdır. Bildiririk ki, şəxsin başına gələn bədbəxt hadisə günorta saatlarında baş vermiş, şəxslə cəmiyyətimiz arasında bağlanılan əmək müqaviləsidə öz növbəsində elə həmin gün, saat 15:45 “Əmək və məşğulluq” altsisteminə daxil edilmişdir. Mürsəlov Elsəvərin hadisədən dərhal sonra xəstaxanaya yerləşdirilməsi, vəziyyətinin ağır olması və narkozun təsirindən hadisədən 2 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə ayılmasını halı, yazılı əmək müqaviləsinin hadisədən əvvəl imzalandığını aşkar surətdə təsdiq edir. Lakin bütün bunlara baxmayaraq, X10 ilə “X15 Kompleksi” MMC arasında bağlanılan əmək müqaviləsinin müəyyən səbəblərdən elektron sistemə əmək qanunvericiliyinin tələblərinə zidd olaraq, vaxtından gec daxil edildiyini etiraf edir, baş vermiş hadisədən əvvəl yazılı şəkildə əmək müqaviləsi bağlanması, xəsarət almış şəxsə ilkin tibbi yardımın göstərilməsi, bütün xəstəxana və müalicə xərclərinin çəkilməsi, indinin özündə də şəxsə hər cür maddi və mənəvi dəstəyin, yardımların göstərilməsi və Mürsəlov Elsəvərin cəmiyyətimizdən heç bir şikayətinin olmaması hallarının inzibati xətanı yüngülləşdirən hal kimi nəzərə alınmasını və inzibati tənbeh növü olaraq cərimənin mümkün qədər minimum məbləğdə təyin ediılməsini Məhkəmədən xahiş edirik” məzmunda olmuşdur. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, işəgötürən “X15 Kompleksi” MMC, X14 ilə işçi X6 arasında xx.xx.2025-ci il tarixində əmək müqaviləsi bağlanmış, işçinin xx.xx.2025-ci il tarixindən, həmin tarixədək müqavilə imzalanmadıqda isə imzalandığı gündən işə başladığı, burada həmçinin işçinin əmək funksiyası, operator vəzifəsinə təyin edildiyi, işçiyə hər ay 400 manat məbləğdə əmək haqqı ödənilməsi və s. qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən “X15 Kompleksi” MMC tərəfindən X1 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cəmiyyətin nümayəndəsinin və X1 etiraf edici izahatları və digər iş materialları ilə təsdiq edilmişdir. Belə ki, iş materiallarından açıq-aydın X9 ilə “X15 Kompleksi” MMC arasında əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin mövcud olmasının görünməsi, X1 müəssisənin rəsmi işçisi olmadığı, onunla bağlanan əmək müqaviləsinin işçi iş prosesinə cəlb olunduqdan (işçi iş prosesinə cəlb edilib xx.xx.2025-ci il tarixdə saat təxminən 09:30 radələrinə) sonra yəni xx.xx.2025-ci il tarixdə saat 23:33-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində təsdiq olunduğunu, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilərək iş vaxtında xəsarət alaraq sağ qolunun amputasiya olunduğunu, əmək müqaviləsi “Əmək və Məşğulluq” altsistemində təsdiq olunduğu saatda Ucar Rayon Xəstəxanasında əməliyyat olunduğunu, beləliklə də göstərilən hallar X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dəlalət edən hallardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, “X15 Kompleksi” MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs “X15 Kompleksi MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X15 Kompleksi MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X15 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar