Məhkəmə qərarları › İş №3(004)-2963/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2963/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2963/2025 30.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhəri 31 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X4 30 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2328/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladı 20 avqust 2019-cu il təvəllüdlü X2 ilə hər həftənin çərşənbə günü saat 15:00-dan 21:00-dək, bazar günü isə saat 10:00-dan 20:00-dək ananın iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2328/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladı 20 avqust 2019-cu il təvəllüdlü X2 ilə hər həftənin çərşənbə günü saat 15:00-dan 21:00-dək, bazar günü isə saat 10:00-dan 20:00-dək ananın iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs övladı ilə hər həftənin üçüncü və altıncı günləri görüşməlidir. İcra işi əvvəl Orxan Abdullayevin icraatında olmuşdur. Onun icraatına gələn zaman aydın olmuşdur ki, uşaqla görüşün məhz ananın iştirakı olmadan keçirilməsi hissəsində problem var. Belə ki, icra sənədində ananın iştirakı olmadan qeyd olunur. Tələbkar icra sənədinin icra olunmasını tələb edir. Burada Yasamal Rayon İcra Şöbəsində də həftənin 6-cı günü görüş olmuşdur. Amma müşahidə olunmuşdur ki, ana görüşün təşkilinə mane olur. Tələbkar özü də dəfələrlə borclunun, yəni ananın evinə getmiş, amma süni şəkildə ata ilə övladın görüşünə mane olunmuşdur və qətnamə hazırda icra edilə bilmir. Ata uşağından soruşduqda ki, niyə ata ilə görüşmürsən? Uşaq cavabında anasının buna əsəbiləşməsini və icazə verməməsini bildirmişdir. Göstərilənə əsasən borclu barəsində tənbeh tətbiq edilməsini xahiş edir. Qeyd edir ki, vaxtla əlaqədar problem olmuşdur. Tələbkar razıdır ki, qarşılıqlı müəyyən olunsun və vaxtlar dəyişilsin. Lakin borclu heç bir təklifə yaxın durmur. Xanım başqa arqumentlər gətirir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, icra məmurunun izahatı ilə razıdır. Əlavə olaraq bildirir ki, 3 aydır ki, uşağını görmür. 3 ay bundan qabaq icra məmurunun xəbərdarlığından sonra parkda görüşmək istədi. Nigar xanım yalandan tələm-tələsik uşağı gətirdi. Uşağa dedi ki, atanı görmək istəmirsən hə? Yox. Bitdi. Uşağı apardı. O, bir ata kimi hüquqlarını tələb edir. Ona görə icra sənədi icra olunsun və borclu Nigar xanım icra sənədinə mane olduğu üçün məsuliyyətə cəlb edilsin. Videolar da var. Nə uşağın məktəbinin yerini bilirdi, nə başqa şey. Onun nömrələrini bloka atıb, əlaqə saxlaya bilmir. Xanım ondan polisə də şikayət edib. Bununla bağlı 27-ci polis bölməsində qeyd aparılıb. Bütün günü cavab vermir, evinə gedəndə isə deyir ki, məni narahat edirsən. Polisə şikayət olunur. O, problem yaşayır, hər vasitə ilə uşaqla ünsiyyətinə borclu mane olur. Uşağa psixoloji təsir göstərir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq vəkil bildirdi ki, o, əvvəl işin hüquqi tərəflərini izah etmək istərdi. Qərara əsasən 3-cü və bazar günləri saat 3-dən 9-adək atanın uşağı ilə görüşməsinə şərait yaradılmalıdır. Saat 3-də uşaq bağçada olur və həmin müddətdə Nigar xanımın hər hansı müdaxilə etmək imkanı yoxdur. Saat 6-ya kimi bağçanın vaxtıdır. Həmin uşaqla görüşməsi imkan xaricindədir. Hətta bir neçə dəfə bağçaya da gəlib, amma yanında başqa şəxslər də olub. Lakin icra sənədində başqa şəxslərin adı qeyd olunmayıb. Buna görə icra ilə bağlı suallar yaranır. Həmin o aklarla bağlı qeyd etmək istəyir ki, tələbkar bu 3 ay ərzində uşağı ilə görüşməyə təşəbbüs göstərməyib. Nigarın telefonu da, watsappı da açıqdır. Zənglərin, smslərin siyahısı çıxarılsın. Heç bir cəhd olmayıb. İcra məmuru əsassız protokolla məhkəməyə müraciət etmişdir. Məcburi gətirmə ilə bağlı təqdimata artıq baxılıb, məhkəmə tərəfindən qərar qəbul edilib. Müvəkkilinə heç bir rəsmi bildiriş gəlməyib. Bu halda niyə barəsində protokol tərtib olunub? Qapısı heç vaxt döyülməyib. Məcburi gətirmə barədə təqdimata baxılarkən də müəyyən olundu ki, tələbkar borclunun iş vaxtlarında gəlmişdir və təbii olaraq Nigar onun telefonlarına cavab verə bilməmiş və görüş baş tutmamışdır. Ananın iştirakı olmaması məsələsinə gəldikdə isə, bu tam tənzimlənmir. Çünki uşağı görüş üçün ataya kimsə verməlidir. Atanın uşaqla görüşü üçün ana evi tərk etməli deyil axı. Uşaq tək yaşamır. Ali Məhkəmənin Plenum qərarında bu məsələlərə toxunulmuşdur. Onlar özləri də məsələ qaldıracaqlar ki, uşaqla görüşlə əlaqədaq qətnamələrdə bu məsələlər ətraflı izah edilsin. Uşaq ananın himayəsindədir. Uşağı kimsə verməlidir. Qətnamədə uşaqla görüş yerinin hara olması və təşkili qaydaları göstərilməyib. Uşaqla görüşə hər hansı maneə yoxdur. Müvəkkilim heç bir arqument gətirmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Azercell Telecomdan zəng ziyahıları çıxarılsın. Whatsapp və smslər araşdırılsın. Tələbkar uşaqla görüşə heç bir cəhd etməyib. Çox qəribədir ki, özü görüşə gəlmir, sonra isə onun uşağı göstərməməyi ilə əlaqədar şikayət və narazılıq edir. Videolar da var. O, bütün görüşləri çəkir. Uşaq özü atası ilə görüşmək istəmir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2328/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladı 20 avqust 2019-cu il təvəllüdlü X2 ilə hər həftənin çərşənbə günü saat 15:00-dan 21:00-dək, bazar günü isə saat 10:00-dan 20:00-dək ananın iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilmişdir. İcraata başlama haqqında 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında 23 noyabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2328/2023 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan icra məmuru Orxan Abdullayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın sürətindən görünür ki, Zərərçəkmiş şəxs övladı 20 avqust 2019-cu il təvəllüdlü X2 ilə hər həftənin çərşənbə günü saat 15:00-dan 21:00-dək, bazar günü isə saat 10:00-dan 20:00-dək ananın iştirakı olmadan ünsiyyətdə olmaq hüququnu təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15:00-da tərəflərdən Zərərçəkmiş şəxs ilə icra məmuru Orxan Abdullayevin iştirakı ilə ünvan 3 ünvanına gedilib lakin qapını kimsə açmayıb. Bu səbəbdən görüş baş tutmamış, bununla da icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. İş materiallarında olan icra məmuru Orxan Abdullayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın sürətindən görünür ki, Zərərçəkmiş şəxs övladı 20 avqust 2019-cu il təvəllüdlü X2 ilə hər həftənin çərşənbə günü saat 15:00-dan 21:00-dək, bazar günü isə saat 10:00-dan 20:00-dək ananın iştirakı olmadan ünsiyyətdə olmaq hüququnu təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15:00-da tərəflərdən Zərərçəkmiş şəxs ilə icra məmuru Orxan Abdullayevin iştirakı ilə ünvan 3 ünvanına gedilib lakin qapını kimsə açmayıb. Bu səbəbdən görüş baş tutmamış, bununla da icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. İş materiallarında olan icra məmuru Emil Abıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, Yasamal rayon İcra şöbəsinin icra məmuru X4, borclu Şəxs, tələbkar Zərərçəkmiş şəxs oğli, hal şahidi ünvan 4 ünvanında yaşayan X1 iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, Вakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2328/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədi ilə bağlı borclu valideynlik hüquqlarının həyata keçirilməsi əlaqədar tələbkar Zərərçəkmiş şəxs övladı xx.xx.2019-cu il təvəllüdü X2 ilə hər həftənin çərşənbə günü saat 15:00-dan 21:00-dək, bazar günü isə saat 10:00-dan 20:00-dək ananın iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilməlidir. Qeyd olunan icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs icra məmuruna zəng edərək uşaqla görüşün təyin edilməsinə baxmayaraq Şəxs uşaqla görüşü təmin etməmişdir. Bu barədə tələbkar zəng edərək bildirmişdir. İş materiallarında olan icra məmuru Emil Abıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, Yasamal rayon İcra şöbəsinin icra məmuru X4, borclu Şəxs, tələbkar Zərərçəkmiş şəxs, hal şahidi ünvan 5 ünvanında yaşayan X1 iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2328/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi ilə bağlı borclu valideynlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar tələbkar Zərərçəkmiş şəxs övladı xx.xx.2019-cu il təvəllüd X2 ilə hər həftənin çərşənbə günü saat 15:00-dan 21:00-dək bazar günü isə saat 10:00-dan 20:00-dək ananın iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilməlidir. Qeyd olunan icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs icra məmuruna zəng edərək uşaqla görüşün təyin edilməsinə baxmayaraq tələbkar Şəxs yaşadıği mənzilə getməsinə baxmayaraq, borclu N.Talıbova qapını açmadığına görə görüş baş tutmamışdır. Bu barədə tələbkar zəng edərək onlara bildirmişdir. Bundan sonra tərəflərindən ona xəbərdarlıq edilmişdir. O şöbəyə dəvət edilmiş ona təkrar olaraq icra sənədi üzrə tələbin mahiyyəti izah edilmiş və xəbərdarlıq edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, 2(004)-2328/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladı 20 avqust 2019-cu il təvəllüdlü X2 ilə hər həftənin çərşənbə günü saat 15:00-dan 21:00-dək, bazar günü isə saat 10:00-dan 20:00dək ananın iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilmişdir. İcra sənədi üzrə 23 noyabr 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin Şəxs uşağın atası ilə görüşünə maneələr yaratmış, iş materiallarına əlavə edilən sübutlar bunu tam olaraq təsdiq edir. Beləlikə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar