Məhkəmə qərarları › İş №3(004)-2964/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2964/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2964/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov X1 inzibati xəta haqqında iş üzrə qərarın icrasına xitam verilməsi barədə müraciətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin İXP ******* saylı, 25.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokola xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, İXM-nin 529-cü maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmçinin İXM-nin 145.1.4-cü maddəsinə əsasən həmin Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim qərarın icrasına xitam verir. İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Bununla da şəxs barəsində ilk növbədə İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş protokol, həmin protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməlidir. Məhkəmə həmin işə baxarkən, əgər şəxs İXM-nin 529-cu maddəsinin qeydində göstərilən tələblərə əməl etsə, onda iş üzrə icraata xitam verilməlidir. Əgər məhkəmə şəxsin İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilib, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar çıxarmışdırsa, onda şəxs İXM-nin 529-cu maddəsinin qeydində göstərilən tələblərə əməl etməklə, həmin sənədlərlə birlikdə məhkəməyə müraciət edərək, həmin qərarın icrasına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edə bilər. Lakin şikayətçi ərizəsinə onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə əvvəllər nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair məhkəmə qərarını əlavə etməmişdir, onun barəsində belə bir məhkəmə qərarının mövcudluğunu müəyyən etmək mümkünsüzdür. Ona görə də hazırkı müraciət əsasında mövcud olmayan məhkəmə qərarının icrasına xitam verilməsi barədə məsələyə məhkəmədə baxıla bilmir. Qeyd edilənlərə əsasən ərizəçi tərəfindən verilmiş müraciətə məhkəmə qaydasında baxılması mümkün olmadığından, müraciət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: X1 inzibati xəta haqqında iş qərarın icrasına xitam verilməsi barədə müraciəti və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar