Məhkəmə qərarları › İş №3(004)-297/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-297/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-297/2024 29.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, X1nun iştirakı ilə, X1 tərəfindən barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X13 İdarəsinin polis kapitanı Kənan Müzəffərli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X13 İdarəsinin polis kapitanı Kənan Müzəffərli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işə Yasamal Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli, ******* saylı protokol əsasında qəbul edilən xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və barəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilib. Rəsmi müraciət nəticəsində xx.xx.2024-cü il tarixdə qərar ona təqdim edilmişdir. Həmin qərarın əsaslandığı protokolda qeyd edilib ki, guya qeyd edilən tarixdə saat 15:59 radələrində onun idarə etdiyi “X12” minik markalı, 99PS973 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa yan şüşələrdə görünüşü məhdudlaşdıran pərdələrdən istifadə etmiş və bununla da inzibati qaydaları pozmuşdur. Həmin qeyd edilən həmin əsaslarla razı deyil yol patrul xidməti inspektoruna da bununla bağlı etirazını bildirmişdir. xx.xx.2023-cü il tarixli qərarın əsaslandığı ******* saylı protokolun özü İXM-in tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi protokol qərar qəbul edilərkən istinad edilən əsas sübutlardan biridir. Lakin müvafiq halda tərtib edilmiş protokol ÍXM-in tələblərinə cavab vermir. AR İXM-in 69-cu maddəsinə görə işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Şəxsi axtarış, şeyləri yoxlama, nəqliyyat vasitəsinə baxış, şeyləri və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Yenə İXM-in 93.1-ci maddəsinə görə nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir. Həmin Məcəllənin 93.2ci maddəsinə görə nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Müvafiq halda törətdiyi iddia edilən inzibati xətanın yalnız nəqliyyat vasitəsinə baxış keçirməklə aşkar edilməsinin mümkünlüyü nəzərə alınarsa, həmin vaxt iki nəfər hal şahidin prosesdə iştirakı zəruri idi. Lakin barəsində tərtib edilmiş protokolda bu şəxslərin hal şahidlərinin iştirakı ilə bağlı heç bir qeyd yoxdur. Həmçinin, müvafiq halda törətdiyi iddia edilən inzibati xətanın aşkar edilməsi üçün İXM-in 93.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunmalı idi. Lakin qeyd edilən protokol da tərtib edilməyib. Bu isə tərtib edilmiş sənədlərin tam olmaması anlamına gəlir. Bu baxımdan xx.xx.2023-cü il tarixli Qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etməkdədir. Həmçinin xüsusilə vurğulamaq istəyir ki, “X12” minik markalı, 99PS973 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi indiki komplektasiyada alınmış, qeyd edilən pərdələr sonradan nəqliyyat vasitəsinə əlavə edilməmişdir, fabrik qaydasında istehsal olunarkən o formada istehsal edilmiş, qeyd edilən pərdələr hər zaman nəqliyyat vasitəsində mövcud olmuşdur. Əgər "Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulan şərtlərdən kənara çıxacaq səviyyədə pozuntu mövcud idisə, o zaman polis əməkdaşı digər prosessual hərəkətləri yerinə yetirməli idi. Müvafiq pərdələr “X12” minik markalı, 99PS973 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sonradan əlavə edilmədiyindən və istehsalçı tərəfindən bu formada istehsal edildiyindən sökülə bilməz və polis məmuru bunun fərqində idi. Həmin pərdələrin sonradan əlavə edilmədiyini və istehsalçı tərəfindən bu formada istehsal edildiyini bilə-bilə qanunsuz şəkildə ona inzibati cərimə tətbiq etmişdir. Beləliklə, müvafiq halda sübut kimi istifadə edilən məlumatların onun əməlində inzibati xəta tərkibinin olmasını, ümumiyyətlə, inzibati xəta hadisəsinin olmasını istisna edir. Bakı şəhəri DYPİ-nin səlahiyyətli şəxsi məhz qeyd edilən nöqsanları və faktları əsas götürməklə barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul etməli idi. Lakin həmin səlahiyyətli şəxs heç bir sübuta istinad etmədən və iştirakı olmadan onu inzibati qaydada cərimə edib. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X13 İdarəsinin polis kapitanı Kənan Müzəffərli tərəfindən AR İXM-nin 324.2.4-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənləri müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, avtomobil xaricdən o şəkildə gəlib və pərdə olub. Əgər qanun pozuntusu idisə gömrük xidməti ölkəyə buraxmazdı. O polis əməkdaşına yerində aradan qaldıra biləcəyini bildirsə də, lakin razı olmadı. O pərdələrin qadağan olmasını bilmirdi qərarın əsassız hesab edilərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X13 İdarəsinin polis kapitanı Kənan Müzəffərli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X6 barəsində “X12” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə xx.xx.2023-cu il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X2 150 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, **-PS-*** dövlət qeydiyyat nişanlı “X12” Minik avtomobili mülkiyyət hüququ ilə “X8 A” Məhdud Məsuliyyətli Cəmiyyətin adına qeydiyyata alınmışdır. Lakin şikayətçi tərəfindən qeyd olunan nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə və ya yol vərəqəsinin mövcudluğuna dair sübut təqdim edilməmişdir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, “X8 A” Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətində olan “X12” Minik avtomobili ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərlə birlikdə idarə edən X6 Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat cərimə tənbeh tədbiri təyin edilmişdir. Şikayətçi aşkar edilmiş örtüklərin zavod üsulu ilə hazırlanmasını və əvvəldən mövcud olmasını bildirərək barəsində qəbul edilmiş qərarın əsassız olmasını iddia edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsi ilə Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısına sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklərin (pərdə, jalüz və ya plyonka) çəkilməsi daxildir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 135-ci maddəsinə əsasən - 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 29 oktyabr 2023-cü il tarixdə **- PS-*** dövlət qeydiyyat nişanlı “X12” Minik markalı avtomobilin sürücüsü X4 idarə etdiyi nəqliyyat vasitəsinin ban şüşələrində qanunla tətbiqinə icazə verilməyən örtük olmuşdur. Qeyd olunan pozuntu ilə əlaqədar həmin ərazidə xidmət aparan Bakı şəhər BPİ DYPİ-nin inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsilə xx.xx.2023-cu il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qanunvericiliyin tələblərinə müvafiq olaraq səlahiyyətli şəxs tərəfindən 10 noyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmin qərarla xəta törətmiş şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXMnin tələblərinin pozuntusu müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Bakı şəhəri X13 İdarəsi tərəfindən qəbul edilmiş 10 noyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Bakı şəhəri X13 İdarəsi tərəfindən qəbul edilmiş 10 noyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar