Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2973/2023 26.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2678/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3729/2022 saylı, xx.xx.2022-ci il tarixli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-1698/2016 saylı, xx.xx.2016-ci il tarixli, Bakı şəhəri Yasamal Rasyon Məhkəməsinin 2(004)-874/2017 saylı, xx.xx.2017-ci il tarixli və Bakı şəhəri Yasamal Rasyon Məhkəməsinin 2(004)-1721/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2678/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 31000 (otuz bir min) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. Bundan başqa Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3729/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şəxs arasında bağlanılmış 10 fevral 2020-ci il tarixli 012/2020 saylı müqaviləyə əsasən əsas borc üzrə 11.086 (on bir min səksən altı) manat, 59 (əlli doqquz) qəpik məbləğində pul Şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bundan başqa 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)- 1698/2016 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinə əsasən X5 və Şəxs müştərək qaydada 4932.02 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Yasamal Rasyon Məhkəməsinin 2(004)-874/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən “X10 minik” markalı, H029019 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin sığorta ödənişi miqdarında əvəzi 2414 (iki min dörd yüz on dörd) manat məbləğində pul vəsaiti cavabdehlər X5 və Şəxs müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Yasamal Rasyon Məhkəməsinin 2(004)-1721/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli 20063678 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 2535 (iki min beş yüz otuz beş) manat, cərimə borcu üzrə 253 (iki yüz əlli üç) manat; xx.xx.2020-ci il tarixli 20063796 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 47.6 (qırx yeddi manat altmış qəpik) manat, cərimə borcu üzrə 4.4 (dörd manat qırx qəpik) manat olmaqla, ümumilikdə 2840 (iki min səkkiz yüz qırx) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48.40 (qırx səkkiz manat qırx qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədləri üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Hazırda borclu icra sənədlərinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, maddi vəziyyətinin ağır olması səbəbindən icra sənədlərini icra edə bilməmişdir. Lakin söz verir ki, qısa zamanda icra sənədlərinin icra olunması üçün əlindən gələni edəcəkdir. Göstərilən halların nəzərə alınmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) X6 öz izahatında bildirmişdir ki, o, yalnız icra sənədinin icra edilməsində maraqlıdır, borclunun vədlərinə artıq inanmır. Borclu Şəxs tərəfindən ona hissə-hissə ödəniş edilməsini qəbul etmir və icra sənədlərinin tam həcmdə icra olunmasını istəyir. Göstərilən halların nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2678/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 31000 (otuz bir min) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3729/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şəxs arasında bağlanılmış 10 fevral 2020-ci il tarixli 012/2020 saylı müqaviləyə əsasən əsas borc üzrə 11.086 (on bir min səksən altı) manat, 59 (əlli doqquz) qəpik məbləğində pul Şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-1698/2016 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinə əsasən X5 və Şəxs müştərək qaydada 4932.02 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rasyon Məhkəməsinin 2(004)-874/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən “X10 minik” markalı, H029019 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin sığorta ödənişi miqdarında əvəzi 2414 (iki min dörd yüz on dörd) manat məbləğində pul vəsaiti cavabdehlər X5 və Şəxs müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rasyon Məhkəməsinin 2(004)- 1721/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli 20063678 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 2535 (iki min beş yüz otuz beş) manat, cərimə borcu üzrə 253 (iki yüz əlli üç) manat; xx.xx.2020-ci il tarixli 20063796 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 47.6 (qırx yeddi manat altmış qəpik) manat, cərimə borcu üzrə 4.4 (dörd manat qırx qəpik) manat olmaqla, ümumilikdə 2840 (iki min səkkiz yüz qırx) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48.40 (qırx səkkiz manat qırx qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Təqdim edilmiş materiallar məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2678/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 31000 (otuz bir min) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. Bundan başqa Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3729/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şəxs arasında bağlanılmış 10 fevral 2020-ci il tarixli 012/2020 saylı müqaviləyə əsasən əsas borc üzrə 11.086 (on bir min səksən altı) manat, 59 (əlli doqquz) qəpik məbləğində pul Şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bundan başqa 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)- 1698/2016 saylı, xx.xx.2016-ci il tarixli icra vərəqəsinə əsasən X5 və Şəxs müştərək qaydada 4932.02 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Yasamal Rasyon Məhkəməsinin 2(004)-874/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən “X10 minik” markalı, H029019 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin sığorta ödənişi miqdarında əvəzi 2414 (iki min dörd yüz on dörd) manat məbləğində pul vəsaiti cavabdehlər X5 və Şəxs müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Yasamal Rasyon Məhkəməsinin 2(004)-1721/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli 20063678 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 2535 (iki min beş yüz otuz beş) manat, cərimə borcu üzrə 253 (iki yüz əlli üç) manat; xx.xx.2020-ci il tarixli 20063796 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 47.6 (qırx yeddi manat altmış qəpik) manat, cərimə borcu üzrə 4.4 (dörd manat qırx qəpik) manat olmaqla, ümumilikdə 2840 (iki min səkkiz yüz qırx) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48.40 (qırx səkkiz manat qırx qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar Yasamal rayon İcra şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq o, icra sənədlərini icra etməmiş və izahatında bildirmişdir ki, işsizliyi ilə əlaqədar ödəniş edə bilməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 26 may 2023-cü il tarixdən saat 12:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 26 may 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. İnzibati həbs haqqında qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-2973/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2973/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver