Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2979/2023 09.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3, X1in və onun nümayəndəsi və vəkili X10 iştirakları ilə, X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin inzibati tənbeh vermə haqqında MN №0542360 nömrəli, 19 may 2023-cu il tarixli qərarının ləğv edilməsi və barəmdə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərarın qəbul edilməsinə əsas olmuş İnzibati xəta haqqında protokol ona rəsmi qaydada təqdim edilməmişdir. DMX-nin inspektoru X11 xx.xx.2023-cü il tarixdə qeyd edilən protokolun poçt vasitəsilə göndərildiyini qeyd etsə də bununla bağlı sənədləri ona təqdim edə bilməmişdir. Yalnız şifahi olaraq göndərdiyini demişdir. Həmin protokolun yalnız şəkli ona whatsApp vasitəsilə göndərilmişdir. Bununla da onun protokola tanış olmaq, ona müvafiq qeydlər etməklə bağlı hüquqları pozulmuşdur. xx.xx.2023- cü il tarixdə barəsindəki inzibati xəta haqqında işin baxılmasına o, etibarnamə üzrə nümayəndəsi X12 ilə birlikdə getmişdir. Nümayəndəsi və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 65.4.1 və 61.1.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq istəsələr də, DMX-nin inspektoru X11 materialları təqdim etməkdən imtina etmişdir. Yalnız nümayəndəsinə inzibati protokolun əsası kimi qeyd olunan Türkiyə Respublikasının vətəndaşı Seçkin Uğurlunun yazılı izahatı təqdim edilmişdir. Digər materialları verməmişdir. Bu azmış kimi inspektor nümayəndəsini həmin izahatla tanış etsə də, nümayəndəsinin etibarnaməsini qəbul etməmiş və iş materiallarına əlavə etməkdən də imtina etmiş, onu nümayəndə kimi tanımaqdan da imtina etmişdir. Buna o, qəti şəkildə etiraz edərək, etibarnamənin qəbul edilməsini təkidlə tələb etsə də inspektor buna məhəl qoymamışdır. Baş verən kobud qanun pozuntuları ilə bağlı tərəflərindən DMX-nin rəisi Vüsal Hüseynovun adına müvafiq şikayətlər də ünvanlanmışdır. Qərarın qəbul edilməsi zamanı baş verən pozuntuları saymaqla bitmir. İstər protokolda istərsə də qərarda soyadının baxmayaraq ki, şəxsiyyət vəsiqəsini təqdim etməyinə baxmayaraq “Əliyeva” “Aliyeva” qeyd edilmiş, fərdi identifikasiya nömrəsi qeyd edilməmişdir. Seçkin Uğurlu hazırda ölkə hüdudlarından kənara çıxarılmaqla Türkiyə Respublikasına göndərilmişdir. Seçkinlə daha əvvəl tanış olduğu üçün Türkiyədən onunla əlaqə saxlamış, orada ona təzyiq göstərərək ifadəni o şəkildə yazdırdıqlarını, izahat verərkən tərcüməçi ilə təmin edilmədiyini, xüsusən də Namiq İbrahimovun onu aldatdığını və həmin izahatda yazılanları N. İbrahimovun dediyi sözlər əsasında yazıdığı bildirmişdir. Seçkin Uğurlu eyni zamanda N.İbrahimovun onu qorxutduğunu, belə yazarsa ona köməklik edəcəyini, onu buraxacağını və işçi icazəsinin alınmasına köməklik edəcəyini dediyini bildirmişdir. Azərbaycan Respublikasında qanunları bilmədiyindən, eləcə də tərcüməçi ilə təmin edilmədiyindən vəziyyəti başa düşməmişdir. Halbuki, həmin izahatı N.İbrahimovun dediyi kimi verməsəydi ölkə hüdudlarından kənara məcburi çıxarılması mümkün olmayacaqdı. Çünki onun ölkəmizdə qanunvericiliklə nəzərdə tutulmuş qalmanın son müddəti keçməmişdi. Lakin, Namiq İbrahimovun onun aldatması və belə bir izahat yazmağa məcbur etməsi nəticəsində onun Azərbaycan Respublikasından kənara çıxarılması üçün də əsas yaranmışdır. O, DMX-də verdiyi izahatdakı fikirlərin ona məxsus olmadığını, N.İbrahimovun diktəsi ilə, qorxduğundan və ona təzyiq edildiyindən yazdığını əslində isə onun işçi kimi onun yanında işləmədiyini, salona isə onun qonağı olaraq gəldiyini qeyd etmişdir. DMX-nin əməkdaşlarının onu salonda saxlamamışlar. Telefon vasitəsilə DMX-nin inzibati binasına dəvət etmişlər və o çağırışa əsasən ora getmiş, orada ona təzyiq edərək bu şəkildə izahat yazmağa məcbur etdiklərini bildirmişdir. Bunu istənilən formada məhkəməyə də bildirməyə hazır olduğunu demişdir. Göründüyü kimi DMX-nin əsaslandığı Seçkin Uğurlunun yazılı izahatı da təzyiq altında xarici vətəndaş məcbur edilməklə yazdırılmışdır. Hesab edir ki, təzyiq altında məcburi şəkildə verilən izahat əsas qəbul edilə və bunun əsasında protokol və onun əsasında qərar qəbul edilə bilməz. Bütün bunlar bir daha sübut edir ki, tərtib edilən protokol və bununla bağlı qəbul edilən qərar tam qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X2 və onun nümayəndəsi və vəkili X12 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X7 578.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə görə işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Seçkin Uğurlunun xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o Dövlət Miqrasiya Xidmətində araşdırma aparılan zaman şəxsən əlyazma üsuslu ilə izaht vermişdir və izahatında “Nərgiz Beauty” gözəllik salonunda saç ustasi kimi fəaliyyət göstəməsini, iş saatının səhər saat 10:00-dan axşam saat 18:00-dək olmasını, iş icazəsinin olmamasını, izahatının özü tərəfindən yazıldığını və onun doğruluğunu təsdiq etdiyini bildirir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Seçkin Uğurlu kimi özünü təqdim edən şəxs DMX-də verdiyi izahatdakı fikirlərin ona məxsus olmadığını, N.İbrahimovun diktəsi ilə, qorxduğundan və ona təzyiq edildiyindən yazdığını əslində isə onun işçi kimi “Nərgiz Beauty” gözəllik salonunda işləmədiyini, salona isə onun qonağı olaraq gəldiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, X14 Miqrasiya Xidmətində araşdırma aparılan zaman şəxsən öz əlyazması üsuslu ilə verdiyi izahatında qeyd edilən hallar düzgün, tutarlı, inandırıcı və mötəbər sübut hesab edilməklə iş üzrə müvafiq qərar qəbul edilməlidir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onuda nəzərə alır ki, verilmiş izahat şəxsən əlyazma üsuslu ilə verilmişdir, izahat səlahiyyətli dövlət orqanında alınmışdır, izahatın verilməsindən dərhal sonra Seçkin Uğurlunun özünün “ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmasına baxmayaraq” hazıradək istər özü barədə qərarı, istərsə də ondan alınmış izahatdakıları mübahisələndirməyərək ondan şıkayət etməməsini əsas götürür. Belə olan halda məhkəmə hesab edir ki, Seçkin Uğurlunun video görüntüdə qeyd etdikləri əsassız olmaqla bərabər məqsədi onunla birgə yaşamış və yaxın dost münasibətdə oldugu Briliyant Əliyevanın məsuliyyətdən kənarda qalmasına şərait yaratmaq olmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X7 Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla və iş icazəsi alınmadan əcnəbi şəxs Seçkin Uğurlu ilə əmək müqaviləsi bağlamadan onu işə cəlb etmişdir. Belə ki, Seçkin Uğurlunun iş icazəsi olmamışdır. Bunun əksini təsdiq edən dəlillər məhkəməyə təqdim edilməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2979/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2979/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver