Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-298/2025 11.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi xx.xx.2025-ci il tarixdə barəsində İXP ******* nömrəli inzibati tənbeh haqqında qərar qəbul etmişdir. DYP-nin inzibati xəta haqqında qərarını əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir, çünki qərar inzibati xəta hadisəsi olmadığı halda tərtib edilmişdir. Belə ki, 09.01,2025-ci il tarixdə 08:30-09:00 radələrində Bakı şəhəri, Zərgərpalan küçəsində tərəfindən idarə etdiyi nəqliyyat vasitəsilə hərəkət edərkən DYP əməkdaşının geyimində olan polis nəfərinin göstərişinə uyğun olaraq nəqliyyat vasitəsini dayandırmışdır. Həmin şəxs nəqliyyat vasitəsinə sağ tərəfdən yaxınlaşaraq özünü təqdim etmədən ona birbaşa bildirmişdir ki, o, “dayanma-durma” qaydalarını pozmuşdur. Onun harada və hansı nişan tələbinin pozulmasına dair sualına polis nəfəri məlumat vermədən onu cərimələyəcəyini bildirmişdir. Həmin polis nəfərinə cərimənin əsassız olmasına dair etirazını bildirmişdir. Polis nəfəri cavab olaraq hərəkəti davam etməyinə icazə vermiş və o, yolunu davam etmişdir. Lakin, onun +**********80 nömrəli mobil telefon nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 08:55-də AsanPay sistemi vasitəsilə məlumat daxil olmuşdur ki, barəsində İXP ******* nömrəli inzibati tənbeh haqqında qərar qəbul edilərək qüvvəyə minmişdir. Daha ətraflı məlumat əldə etmək məqsədilə AsanPay sistemində şəxsi kabinetinə daxil olaraq barəsində qəbul edilmiş qərarla tanış olduqda müəyyən etmişdir ki, həmin qərara əsasən onu mülkiyyətində olan 99NL858 dövlət qeydiyyat nişanlı KİA SPORTAGE markalı minik nəqliyyat vasitəsini idarə edərkən ünvan 1 ünvanında İXM-nin 346.1-ci maddəsinə əsasən yəni İXM-in 346.2-346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma qaydalarının pozulmasına görə 20 manat məbləğində cərimə edilmişdir. Birinci halda tərəfindən törədilməsi iddia edilən inzibati xətanın törədilməsi tam istisna edilir. Belə ki, polis nəfəri onu hərəkətsiz vəziyyətdə ümumiyyətlə müşaiyət etməmişdir, əksinə onun hərəkətini bir müddət dayandırmağını tələb etmişdir. Ümumiyyətlə aydın olmayan və təzad yaradan məqam ondan ibarətdir ki, hərəkətdə olan nəqliyyat vasitəsi dayanma və ya durma qaydalarını necə poza bilər? Qanuna, daha dəqiq İXM-in 122.5-ci maddəsinə əsasən əgər tərəfindən inzibati xəta törədilmişdirsə və bu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdirsə polis əməkdaşı inzibati xətaya görə nəqliyyat vasitəsini dayandırmaq, törədilmiş xəta haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq hüququ yoxdur. Göründüyü kimi polis nəfəri bununla qanunvericiliyi tam şəkildə pozmuşdur. Həmçinin qərarda qeyd olunan ünvanda o, ümumiyyətlə həmin gün və ya ondan əvvəlki günlərdə olmamışdır. Əlavə olaraq polis nəfəri özü müşahidə etmiş olsaydı barəsində inzibati protokol tərtib etməli idi ki, bunu etməmişdir. Yeri gəlmişkən sözügedən polis nəfəri öz xidmətini yerinə yetirərkən “Yol-patrul xidməti haqqında Təlimat”ın bütün qaydalarını pozmuşdur. Göründüyü kimi, DYP tərəfindən barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar tam şəkildə qeyri qanunidir və onun qəbul edilməsi tam qanuna ziddir. Həmçinin, qərarın elektron və ya adi olduğu, yəni hüquqi təbiəti qeyri-müəyyəndir. Bu baxımdan, xx.xx.2025-ci il tarixdə idarə etdiyi 99NL858 dövlət qeydiyyat nişanlı KİA SPORTAGE markalı minik nəqliyyat vasitəsi ilə Əlövsət Quliyev 43-də dayanma qaydalarının pozulması ilə müşaiyət olunan hal müəyyən edilməmişdir və tərəfindən hərhansı inzibati məsuliyyət yaradan əməl törədilməmişdir. Belə olan halda sual yaranır inzibati xətanın törədilməsi və onun təqsiri nə ilə sübuta yetirildiyi aydın deyildir. Yuxarıda göstərilənlərdən göründüyü kimi hər bir halda inzibati xəta hadisəsi mövcud deyildir. Bu baxımdan, iddia edilən inzibati xətanın törədildiyi yerdə xx.xx.2025-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsilə hər hansı inzibati xəta törədilməmişdir və bu səbəbdən barəsində qəbul edilmiş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərar ləğv edilməlidir. Belə ki, İXM-nin 346.1-ci maddəsinə əsasən tərtib edilmiş qərar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tərtib edilmədiyinə görə qeyriqanunidir. Göründüyü kimi, onun əməllərində inzibati xəta tərkibi mövcud deyil və bu səbəbdən hesab edir ki, barəsində İXM-nin 346.1-ci maddəsinə əsasən inzibati xəta haqqında icraata xitam verilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmaması, həmçinin inzibati xəta törədilməsinə təqsirliliyi sübuta yetirilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri BPİ-nin X8 İdarəsi tərəfindən barəsində İXM-in 346.1-ci maddəsinə əsasən, yəni İXM-in 346.2-346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma qaydalarının pozulmasına görə, AZN 20 (iyirmi manat, 00 qəpik) məbləğində cərimə ilə qiymətləndirilmiş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 barəsində AR İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 09 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 08:50 radələrində Bakı, Əlövsət Quliyev, 43 ünvanında idarə etdiyi “KİA SPORTAGE minik” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bu Məcəllənin 346.2-346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma qaydalarını pozmağa görə İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 20 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, “KİA SPORTAGE minik” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bir neçə dəqiqə yol kənarında hərəkətsiz qalaraq dayanmışdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun: 52-ci maddəsinin İ bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Vİ bəndinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə durması qadağandır. Vİİ bəndinə əsasən dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. Təqdim edilmiş videodiskdə olan görüntünüdən göründüyü kimi “KİA SPORTAGE minik” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin ərazidə dayanma qadağandır nişanının olmasına baxmayaraq xx.xx.2025-ci il tarixdə bir neçə dəqiqə yol kənarında hərəkətsiz qalaraq dayanma qaydalarını pozmuşdur. Məhkəmə bu əlamətləri nəzərə alaraq X2 əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə iclasında videodiskdəki görüntülərə baxaraq X1 orqanın dəlillərini təkzib edəcək arqumentlər irəli sürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X2 İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-298/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-298/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver