Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2980/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 01 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri 53 saylı Notariat Kontorunun 8İ-16265 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 4615 manat tutularaq X6 ödənilməlidir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu fakt icra sənədinin tam şəkildə icra edilməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs keçən həftə 200 manat, ondan əvvəl 1400 manat olmaqla, ümumilikdə 1600 manat ödəniş etdiyini, 3015 manat borcunun qaldığını, göstərilənləri nəzərə alaraq barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o özünü AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli hesab edir. O, hazırda maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilmir. Borcundan müəyyən qədər ödəniş etmişdir. Maddi imkanı olduqca da ödənişlər edəcəkdir. Hazırda 300 manat ödəniş etdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 hazırda Şəxs ona olan 3015 manat borcundan 300 manat ödəniş etdiyi üçün aralarında barışıq olduğunu və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 01 may 2025-ci il protokoldan görünür ki, Şəxs Bakı şəhəri 53 saylı Notariat Kontorunun 8İ-16265 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 4615 manat tutularaq X6 ödənilməlidir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu fakt icra sənədinin tam şəkildə icra edilməməsi ilə təsdiq edilir. Bakı şəhəri 53 saylı Notariat Kontorunun 8İ-16265 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı Şəhəri, Sabunçu Rayonu, Ramana Qəsəbəsi, X13, X19, ev 62c ünvanında qeydiyyatda olan X4 (AA2607387, xx.xx.2021 00:00 - Asan 3; Fin: 3X9ZJWA; d/t: xx.xx.1979) xeyrinə Azərbaycan Respublikası, Baki Şəhəri, B.Səfəroğlu küç, ev 14 ünvanında qeydiyyatda olan Şəxs (AZE0*******, xx.xx.2012 - Yasamal; Fin: xxxxxxx; d/t: xx.xx.1977) müddət üçün vaxtında ödənilməmiş 4590 manat 00 qəpik (X20 Yüz doxsan manat sıfır qəpik) (3400 manat 00 qəpik - əsas borc, 1190 manat 00 qəpik faizlər (gecikmiş hər ay üçün 170 manat 00 qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 4615 manat 00 qəpik (dörd min altı yüz on beş manat sıfır qəpik) pul tutulması qeyd edilmişdir. “İcraata başlamaq haqqında” 23 oktyabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 5333 saylı Notariat Kontorunun 8İ-16265 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 23 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi şəkildə imzalanmaqla qəbul edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 01 may 2025-ci il tarixli izahatında o, borclu olduğu icra sənədi üzrə 4615 manatdan 2024-cü ilin mart ayında 1400 manat, 2025-ci ilin aprel ayında 200 manat olmaqla ödəniş etdiyini, 3015 manat borcdan may ayının 10-dək 300 manatdan az olmayaraq ödəniş edəcəyini, qalıq borcu 2-3 ay ərzində ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. Təqdim edilmiş qəbzin surətindən görünür ki, A***** A***** F***** oğlu 416973*****9356 nömrəli kartına 300 manat ödəniş edilmişdir. X8 tərəfindən təqdim edilmiş 01 may 2025-ci il tarixli ərizədən görünür ki, o, Şəxs ona olan 3015 manat borcundan 300 manat ödəniş etdiyi üçün aralarında barışıq olduğunu və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Portaldan çıxarışdan görünür ki, Şəxs xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X10xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X11 adında övladları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən Şəxs borcundan 300 manat zərərçəkmiş şəxsə ödəmiş və zərərçəkmiş şəxslə razılıq əldə etmişdir. Göründüyü kimi, Şəxs əməlində üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış, həmin borcun 300 manatını zərərçəkmiş şəxsə ödəmişdir ki, göstərilən bu hallar Şəxs üzrsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs borcundan 300 manat ödəniş etdiyindən, zərərçəkmiş şəxs onunla barışdığı üçün və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-2980/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2980/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver