Məhkəmə qərarları › İş №3(004)-2981/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2981/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2981/2025 16.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində mənim Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyimi əsas göstərərək ******* nömrəli N» li inzibati xəta haqqında protokol tərtib etmiş və xx.xx.2025-ci il tarixində inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Etibarnamə əsasında idarə etdiyi 2013-cti il istehsallı "‘BMW 528i” markalı 77BS180 dövlət nömrə nişanlı minik avtomobili ilə Yasamal rayonu, Parlament prospektinin kəsişməsində, Fövqaladə Hallar Nazirliyinin qarşısı ilə hərəkət edirkən Yol Patrul Xidməti əməkdaşı X3 (№ 451) məni saxlayaraq avtomobilin duman əleyhinə olan işıqların olmadığını üçün normativ tələblərin pozulduğunu və buna görə avtomobilin cərimə meydançasına park ediləcəyini bildirmişdir. O, buna narazılığını bildirdiyi zaman Xəyyam Əlili bunu tabesizlik kimi qələmə verərək Post Patrul Xidməti əməkdaşlarını çağirmış, onu 26 saylı Polis Bölməsinə aparmış, onun barəsində tabesizlik etdiyi haqqında raport verərərək aktlaşdırılmışdır. PB-də olduğu zaman avtomobili ondan xəbərsiz cərimə meydançasına evakuasiya edilmişdir. Qeyd olunanlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib edib. Buna görə Bakı şəhər DYPi-yə şikayət etmişdir. Lakin şikayəti üzrə hərəkətsizliyə yol verilərək heç bir araşdırma aparılmayıb və bu günə qədər cavab da verilməmişdir. Yalnız 20 gün sonra qeyd olunan protokol üzrə 3 mart 2025-ci il tarixli qərar qəbul edilib. Qeyd olunan avtomobil hal-hazırda olduğu vəziyyətdə alınıb. Həmin buferin üzərində duman işıqları üçün zavod istehsalçı tərəfindən xüsusi yer nəzərdə tutulmadığına görə duman işıqları quraşdırmamışdır. Məhkəmə iclasında iştirak edən X2 şikayətinə uyğun izahat verərək, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, o avtomobili alan zaman üzərində ön tamponu olmamışdır, o, özü sonradan quraşdırmışdır. Lakin hesab edir ki, həmin tampon avtomobilə uyğundur və burada normativ tələblərin pozulmasından söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə verilmiş şikayətə etiraz edərək bildirmişdir ki, sözügedən avtomobilin texniki göstəricilərində duman əleyhinə işıqlar nəzərdə tutulmuşdur. Lakin fotoşəkillərdən də görünür ki, həmin duman əleyhinə işıqlar normativ tələblər pozulmaqla ləğv edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özü də etiraf etmişdir ki, həmin avadanlıq avtomobilin üzərində zavod istehsalı olmamışdır, o, özü sonradan quraşdırmışdır. Buna görə də qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 1500/2025 saylı qərarından görünür ki, X1 şikayəti qismən təmin edilmiş, iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə saat 18:24 radələrində “BMW 528İ” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Hüseyn Cavid prospekti 7 ərazisində “avtomobildə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə” görə İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş (barəsində inzibari xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqdim etdiyi) fotoşəkillərə məhkəmə iclasında baxış keçirilən zaman Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avtomobilin üzərinə avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə tətbiq edilir. Digər tərəfdən iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında protokoldan görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla və digər iş materialları ilə müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi özü də məhkəmə iclasında etiraf etmişdir ki, avtomobilin üzərinə qeyd edilən avadanlığı o özü dəyişdirmişdir, yəni zavod tərəfindən quraşdırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXMin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar