Məhkəmə qərarları › İş №3(004)-2983/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2983/2021

30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2983/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük KomitəsiBakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-2278/21 nömrəli 10 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC-nin (**********) 28 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3816 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, “DC Electrolux LLC” şirkətindən ABC-EL/19 nömrəli 23.08.2019-cu il tarixli invoys sənədinin müşayiəti ilə AX8353KB/AX5165XP nömrəli avtomobil nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, həmin yüklərə dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada gömrük orqanına verməmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da "xxxx" MMC barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər.Buna görə də məhkəmə proses iştirakçılarınıniştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 00100-2278/21 nömrəli 10 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC-nin (**********) 28 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3816 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən, “DC Electrolux LLC” şirkətindən ABC-EL/19 nömrəli 23.08.2019-cu il tarixli invoys sənədinin müşayiəti ilə AX8353KB/AX5165XP nömrəli avtomobil nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, həmin yüklərə dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada gömrük orqanına verməmişdir. Bakı Baş Gömrük İdarəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəisi Kamran Əliyev tərəfindən verilmiş raportdan görünür ki, "xxxx" MMC adına 28.10.2021-ci il tarixdə AX8353KB/AX5165XP nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********3816 nömrəli GB ilə bəyan olunan yüklər üçün Qısa idxal bəyannaməsi tərtib olunmamışdır. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-2278/21 nömrəli 10 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi X1 bildirmişdir ki, Gömrük İdarəsində **********3816 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Ukraynada fəaliyyət göstərən “DC Electrolux LLC” şirkətindən göndərilmiş yükləri daıyan AX8353KB/AX5165XP nömrəli nəqliyyat vasitəsi sərhədi keçənədək gömrük orqanına qısa idxal bəyannaməsi verilməmişdir. Sürücü onların tapşırığına əsasən sərhəddə gözləməli olmuş, lakin sürücü onlara məlumat vermədən sərhəddi keçib, bu səbəbdən də qısa idxal bəyannaməsini yazmamışdırlar. Gömrük qaydalarını pozduqlarını etiraf etmişlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC-nin (**********) 28 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3816 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, “DC Electrolux LLC” şirkətindən ABC-EL/19 nömrəli 23.08.2019-cu il tarixli invoys sənədinin müşayiəti ilə AX8353KB/AX5165XP nömrəli avtomobil nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, həmin yüklərə dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada gömrük orqanına verməmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HakimRauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar