Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2986/2025 02.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd qızının sədrliyi, Abdulılayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29cu PŞ-nin sahə inspektoru polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN seriyalı ******* seriyalı saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Kamilov Seyfəddin və PŞ-nin əməliyat müvəkkili polis kapitanı Taralov İsa tərəfindən X2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün xx.xx.2025-ci il tarixdə saat 01:20-də Bakı, şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 13 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 29- cu PŞ-nə gətirmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Kamilov Seyfəddin və PŞ-nin əməliyat müvəkkili polis kapitanı Taralov İsa tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-nə şüphəli şəxs qismində gətirilmiş Şəxs üzərində olan hər hansı qanunsuz əşyanın könüllü surətdə təqdim olunması təklif edilmişdir. Şübhəli şəxs Şəxs üzərində göy tünd rəngli cins şalvarının sağ yan cibində olan ağ kağıza bükülünü könüllü olaraq təqdim edərək bildirmişdir ki, həmin maddə narkotik vasitəsir, həmin bükülü açılaraq içərisində ağ rəngli, kristal formalı narkotikə bənzər maddə aşkar edilmişdir. Şübhəli şəxs Şəxs aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, göy tünd rəngli şalvarının sag yan cibindən çıxardıb könüllü təqdim etdiyi 1 ədəd ağ kağıza bükülmüş maddə metanfetamındir, həmin narkotik maddəni xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxsdən almış, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşımış. Bnundan sonra Şəxs üzərində şəxsi axtarış aparılmış və özünün təqdim etdiyi predmetden başqa heç bir əşya aşkar edilməmişdir Bundan sonra aşkar edilmiş narkotik maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək materiala əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru polis mayoru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, narkotik vasitələrin aludəçisi deyil. Ailəlidir, bir azyaşlı övladı var. Hazırda əməlindən çox peşmandır və bir daha analoji əməllərə yol vermeyəcəyinə dair söz verir. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis bölməsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. . Belə ki, iş materiallarında olan narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında xx.xx.2025-ci il tarixli, 2502 saylı aktdan görünür ki, Şəxs sidiyindən AMP (müsbət), MET(müsbət), MTD(müsbət), MDMA(müsbət), MOP(müsbət) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin 6/1597 saylı xx.xx.2025-ci il tarixli rəyində görünür ki, tədqiqata təqdim edilmiş zərfdə bir ağ kağızdakı 0.087 qr. olan narkotik vasitə metamfetamindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların küllü miqdarına görə siyahısına əsasən, şəxsi istehlakı miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla psixatrop maddə hesab edilən metamfetamin-in yuxarı həddi 0.15 qramdır”. Toplanmış materialdan görünür ki, X1 üzərində aşakar edilmiş narkotik tərkibli maddə olan metamfetamının təmiz çəkisi 0.087 qaramdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 09.00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 01 may 2025-ci il tarixli, 2502 nömrəli ekspert rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 may 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, qərarı təsvir hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilməsi, qərarı təsvir hissəsində göstərilənlərə əsasən, Şəxs üzərində aşkar edilmiş maddi sübut təmiz çəkisi 0.087 qram narkotik vasitə olan metamfetaminin gələcəkdə məhv edilməsi üçün Yasamal RPİ-nə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin eyni inzibati xəta üzrə əvvəllər də inzibati məsuliyyətə cəlb edilməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut 0,087 qram metamfetamin məhv edilməli, icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilməlidir. Şəxs həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 09.00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə həbs növündə inzibati tənbeh edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxs həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 09.00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut 0,087 qram metamfetamin məhv edilsin, icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-2986/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2986/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver