Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-299/2021 26.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 02-ci ərazi Dövlət X7 MN ******* saylı, xx.xx.2020-ci il tarixli və MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından şikayət verərək, həmin qərarların ləğv edilməsi və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, 2020-ci ilin oktyabr ayından etibarən Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi Dövlət X7 əməkdaşları X5 və Əsgərov İlqar tərəfindən Bakı Dövlət Universitetinin İqtisadi və Təsərrüfat işləri üzrə prorektoru kimi o - X6 qarşı qərəzli mövqedən və iştirakı olmadan xx.xx.2020 tarixli, MN ******* saylı inzibati xəta protokolu, xx.xx.2020 tarixli MN ******* və xx.xx.2021 tarixli MN ******* saylı inzibati tənbeh vermə qərarları sənədləşdirərək poçt vasitəsi ilə xx xxxxxx 2021-ci il tarixində universitetin ünvanına deyil də birbaşa onun ünvanına göndərilmişdir. Hər kəs yaxşı bilir ki, bütün bəşəriyyətdə və o cümlədən Azərbaycan Respublikasında bir ilə yaxındır hökm sürən koronavirus Covid-19 pandemiyası idarə və müəssisələrin normal fəaliyyətini iflic vəziyyətə salıbdır. Universitetin texniki personalında çalışan əməkdaşların 90% - indən çoxu işə buraxılmır, dövlət müəssisələrində maliyyə əsasən əmək haqqlarının verilməsinə xərclənir. Lakin bunlara baxmayaraq 2020-ci ildə Universitetin yanğın təhlükəsizliyi tədbirlərini daha mükəmməl qurmaq üçün büdcə xərclərində avtomatik yanğınsöndürmə tədbirlərini həyata keçirilməsi məqsədi ilə lahiyələndirmə işlərini yerinə yetirmək və bundan irəli gələn tədbirləri həyata keçirmək üçün universitetdə fəaliyyətdə olan Tender komissiyası mətbuatda elan verərək öz tenderini keçirdi. Bu tenderin nəticələri Satınalmalar təşkilatı tərəfindən ləğv edildiyindən bu tədbirlər planının icrası cari ildə nəzərdə tutulmuşdur. Universitet bütün büdcə xərclərini bir Dövlət müəssisəsi olaraq Tender haqqında qaydalara uyğun keçirir. Sual olunur: İqtisadi və təsərrüfat işləri üzrə prorektor bu işləri öz vəsaiti hesabınamı icra etməli idi? xx xxxxxx 2020-ci il tarixdə sonuncu protokolu tərtib etmək istəyi ilə qəbulunda olan polkovnik - leytenant Əsgərov İlqar yoldaşa da geniş izahat verildi. Həmçinin, ona oktyabr ayında tərtib olunmuş İnzibati tənbeh vermə qərarından dekabr ayına kimi olan 2 aylıq dövrdə ölkədə müvcud olan Fövqəladə və sərtləşdirilmiş karantin rejiminin olması, bu tədbirləri həyata keçirməyə imkan verməməsi barədə geniş izahat verildi. Lakin o, nə büdcə xərclərinin xərclənməsi qaydalarının, nə də sərtləşdirilmiş karantin tədbirlərinin onlara aid olmamasını bildirərək getdi və xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarı tərtib edərək, ünvanına xx.xx.2021-ci il tarixdə poçtla göndərdi. Bütün bu ardıcıllığı nəzərdən keçirdikdə qərəzli mövqenin ortada olduğu aşkarlanır. Əks halda ən azından xx.xx.2021-ci il tarixdə ünvanına daxil olan, xx.xx.2020-ci il tarixli 37/R-01101 saylı bildirişdə onun dəvət olunmağını bir il əvvəl kimi tələsik və yanlış sənədləşdirməzdilər (Dəvətolunma tarixi xx xxxxxx 2020-ci il kimi qeyd edilmişdir). Buna baxmayaraq bu sahəyə nəzarət edən mühəndis- Oktay Quliyevin xx.xx.2021-ci il tarixdə iştirakını təmin etdilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq xahiş edir ki, 2-ci ərazi Dövlət X7 rəisi vəzifəsini icra edən İlqar Əsgərov tərəfindən qərəzli tərtib edilmiş xx.xx.2020 tarixli MN ******* və xx.xx.2021 tarixli MN ******* saylı inzibati tənbeh etmə haqqındakı qərarları ləğv edərək, bu inzibati işə xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X8 izahatında şikayətin əsassız olduğunu bildirdi. Göstərdi ki, yanğın təhlükəsizliyi ilə bağlı BDY-ya ünvanlanan məktublara da Universitetin iqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı cavab vermişdir. Bu işlər birbaşa Nəbi Ramazanlıya həvalə edilmişdir, Ona görə də BDUnun yanğın təhlükəsizliyi ilə bağlı vəzifəli şəxsi qismində Nəbi Ramazanlı çıxış etdiyi üçün, onun barəsində protokol tərtib edilməklə, inzibati tənbeh qərarı çıxarılmışdır. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 02-ci ərazi Dövlət X7 MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X9 İXM-in 536.1-ci maddəsi ilə (yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsi) təqsirli bilinib 500 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 02-ci ərazi Dövlət X7 MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X9 İXM-in 518.1-ci maddəsi ilə (mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Həmin qərar qəbul edərkən kifayət qədər sübut toplamışdır. Belə ki, iş materiallarında olan AR FHN DYNX 2-ci ərazi Dövlət X13 tərəfindən DBU-ya ünvanlanmış yanğın təhlükəsizliyi ilə bağlı inzibati iş üzrə xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli bildirişlər, məhz X4 adına verilmişdir. İş materiallarında olan FHN Dövlət Yanğın Xidmətinin BDU-ya ünvanlandığı xx.xx.2020-ci il tarixli 0584 saylı Tələbnaməyə BDU adından vəzifəli şəxs kimi BDU-nun iqtisadi və təsərrüfat işləri üzrə prorektoru N.Ramazanlı tərəfindən xx.xx.2020-ci il tarixli məktubla cavab verilmişdir. Həmin sübutlarla barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin təqsirliliyi təsdiq edilir. Bununla da şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 02-ci ərazi Dövlət X7 MN ******* saylı, xx.xx.2020-ci il tarixli və MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından verdiyi şikayət təmin edilməsin, həmin qərarlar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-299/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-299/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver