Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2990/2022 06.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər X1 və X3 iştirakı ilə xx xxxxxx 1960-cı il tarixdə Cəlilabad rayonunun, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Cəlilabad rayonunun, Təklə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 iyun 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, “Opel Astra” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur və “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 09 may 2022-ci il tarixdə saat təxminən 15 radələrində idarə etdiyi avtomobil ilə ünvan 1 ünvanının qarşısında yolun ortasından geriyə dönmək üçün nəzərdə tutulmuş yerdə dayanaraq əks istiqamətdən gələn avtomobillərə yol verərək dönmək istədikdə sağa baxdıqda görmüşdür ki, əks istiqamətdə uzaqda ayrı-ayrı zolaqlarda iki avtomobil ona tərəf hərəkət edir və onlar çatanacan dönmək istəyərək manver edərək əks yola çıxmış və daha sonra olanları xatırlamamışdır. Hadisədən bir neçə müddət sonra xəstəxanada ayılmışdır. Yekun olaraq zərəçəkmiş şəxslərlə barışdığı üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin təbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, “BMW” markalı **-NE-*** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur, baş etibarnamə və “В” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 09 may 2022-ci il tarixdə saat təxminən 15:15 radələrində tanışı X5 ilə birlikdə idarə etdiyi avtomobil ilə Bakı şəhəri Yasamal rayonu “Asan xidmət”in yanından Biləcəri qəsəbəsinə gedərkən Əli qabaq oturacaqda əyləşmişdir. A.M.Şərifzadə küçəsi ilə Ə.Əhmədov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanmış və yaşıl işıq yandıkda hərəkətə başlayaraq Respublika Xəstəxanasına doğru 50-60 km/saat sürətlə hərəkətini davam etdirərkən solunda hərəkət edən gümüşü rəngli “Hyundai” markalı avtomobil qəflətən əyləcdən istifadə edib dayanmaq istədikdə həmin avtomobilin qarşısında əks yoldan onun hərəkətdə olduğu yola çıxaraq ötmə əməliyyatı edən “Opel” markalı avtomobil ilə toqquşmuşdur. Zərbədən sonra avtomobili təxminən 15-20 metr hərəkət edərək dayanmışdır. Hadisə zamanı o bədən xəsarəti almışdır. Yekun olaraq bildirmişdir ki, Şəxs tərəfindən onun səhhətinə dəymiş ziyan ödənilmiş, lakin onun avtomobilinə dəymiş maddi zərər ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, “BMW” markalı **-NE-*** dövlət nömrə nişanlı avtomaşın X2 məxsusdur. 09 may 2022-ci il tarixdə saat təxminən 15:15 radələrində tanışı X4 ilə birlikdə Azərin idarə etdiyi avtomobil ilə Bakı şəhəri Yasamal rayonu “Asan xidmət”in yanından Biləcəri qəsəbəsinə gedərkən Azər A.M.Şərifzadə küçəsi ilə Ə.Əhmədov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında idarə etdiyi avtomobili dayandırmış və yaşıl işıq yandıkda hərəkətə başlayaraq Respublika Xəstəxanasına doğru hərəkətini davam etdirmişdir. Həmin vaxt o sürücünün yanında olan oturacaqda əyləşmişdir. Bundan sonra Azərin idarə etdiyi avtomobilin solunda hərəkət edən gümüşü rəngli “Hyundai” markalı avtomobil qəflətən dayanmaq istədikdə həmin avtomobilin qarşısında əks yoldan onların hərəkətdə olduğu yola çıxaraq ötmə əməliyyatı edən “Opel” markalı avtomobil ilə Azərin idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı o bədən xəsarəti almışdır. Yekun olaraq bildirmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmalı, lakin yol-nəqliyyat hadisəsini törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 may 2022-ci il tarixdə saat 15:00 radələrində “Opel Astra” (minik) markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, Məhkəmə-tibbi ekspertizasının 10 may 2022-ci il tarixli 443 nömrəli rəyindən görünür ki, vətəndaş X3 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ gicgah nahiyyəsinin hematoması, sağ dirsək oynağı nahiyyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir. Qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022ci il tarixdə yol- nəqliyyat hadisəsi zamanı törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 10 may 2022-ci il tarixli 444 nömrəli rəyindən görünür ki, vətəndaş X1 bədən səthində aşkar edilmiş xəsarətlər-təpə nahiyyəsinin şişkinliyi və əzilmiş yarası, sağ baldırın sıyrığı küt əşyanın təsirindən törənmişdir. Qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol- nəqliyyat hadisəsi zamanı törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Opel Astra” markalı, **- HE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 09 may 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində ehtiyatsızlıq edərək X1 idarə etdiyi “BMW” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf etməsini və Azər Bayramovun səhəti ilə bağlı dəymiş zərəri ödəməsi, Əli Abbasovun ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, hadisədən sonra zərərçəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2990/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2990/2022
06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver