Məhkəmə qərarları › İş №3(004)-2992/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2992/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2992/2024 20.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş X13 İdarəsinin EQ 442688 saylı, xx.xx.2018ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş X13 İdarəsinin EQ 442688 saylı, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, protokolda qeyd edilən “Mercedes Benz E- 220” minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili 16 sentyabr 2008- ci il tarixdən, xx.xx.2018-ci ilədək qüvvədə olan Baş etibarnamə əsasında X6 adına rəsmiləşdirərək faktiki alqı-satqı etmişdir. Sözügedən minik avtomobilinin onun adından çıxarılaraq Aslan Novruzovun adına rəsmiləşdirilməsi barədə razılaşsalar da, Aslan Novruzov avtomobili öz adına rəsmiləşdirməmiş, əksinə etibarnamənin qüvvədə olmasından istifadə edərək avtomobili onun adından idarə etmiş hətta avtomobili üçüncü şəxslər tərəfindən idarə etməsinə də razılıq vermişdir. Hələ bu azmış kimi, X8 ona verilən etibarnamənin müddəti bitməsinə baxmayaraq Mercedes Benz E-220” minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə eməyə davam etmiş və etibarnamə verildiyi tarixdən etibarən müxtəlif vaxtlarda Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini ciddi şəkildə pozaraq inzibati xəta törətmişdir. Nəticə etibarı ilə sözügedən avtomobil Aslan Novruzov və yaxud da digər şəxslər tərəfindən idarə edilməsinə bağmayaraq onun barəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə saat 12:41-də, EQ 442688 nömrəli protokol ilə Qəbələ kt istiqaməti ərazisində, İXM-nin 469.3-cü maddələri ilə tövsiv edilərək barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bildirir ki, elektron sistem avtomobilin onun idarə etdiyini hesab edərək barəsində əsassız və qanunsuz qərar və protokol tətbiq edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2019cu il tarixdə yaranmış anlaşılmamazlığı aradan qaldırmaq üçün, eləcə də, barəsində qərar və protokol əsasında əsassız və qanunsuz olaraq tətbiq edilmiş, cərimələrin ləğv edilməsini AR DİN BDYPİ Polis İdarəsinə rəsmi qaydada müraciət etsə də, müraciətinin heç bir nəticəsi olmamışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə yenidən ərizə ilə AR DİN BDYPİ Polis İdarəsinə rəsmi qaydada müraciət edərək edilən “Mercedes Benz E-220” minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin X8 eləcə də digər 3-cü şəxslər tərəfindən idarə olunduğunu, bu səbəbdən onun adına tətbiq edilmiş qərarların və protokolların onların adına yönləndirilməsini xahiş etmişdir. Lakin AR DİN BDYPİ Polis İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, qərardan şikayət barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs tərəfindən həmin qərar ona bu Məcəllənin 57-ci maddəsinə nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilə bilər. Məkhəmənin nəzərinə çatdırır ki, barəsində inzibati tənbeh vermə haqqında elektron qərarları AR DİN BDYPİ Polis İdarəsindən xx.xx.2024-cü il tarixdə almışdır. Hesab edir ki, barəsində inzibati xətaya görə tətbiq edilmiş qərar və protokol tamamilə əsassızdır, bu səbəbdən həmin qərar ləğv edilməli və protokol üzrə inzibati işin icraatına xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə barəmdə əsassız olaraq tərtib edilmiş qərarın ləğv edilməsi və EQ 442688 saylı protokol üzrə inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X13 İdarəsinin EQ 442688 saylı, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən X4 xx.xx.2018-ci il tarixdə saat 12:41 radələrində Yasamal rayonu, Qələbə kinoteatrı istiqamətində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) təqsirli bilinib 50 manat cərimə edilmişdir. Həmin qərarda şəxsin xx.xx.2018-ci il tarixdə həqiqətən də “qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması” ilə müşaiyyət olunan nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(004)-2992/2024 saylı məktubu ilə Azərbaycan Respublikası Baş X13 İdarəsinə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmiş, həmçinin protokolu tərtib etmiş və qərar qəbul etmiş şəxsin də məhkəmə iclasında iştirakı tələb edilsə də, həmin şəxslər məhkəmə iclasında iştirak etməmiş, təkzibedici sübutları, məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X4 tərəfindən törədilməsində şübhələr yaranır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X10 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Bundan əlavə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən nzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində İXM-in 469.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş X13 İdarəsinin EQ 442688 saylı, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar