Məhkəmə qərarları › İş №3(004)-2997/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2997/2021

30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2997/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, şikayətçi X1, Bakı şəhəri BPİ X6 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhər BPİ DYPİ-nin 28.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPİ-nin 28.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 28.09.2021-ci il tarixdə Ş.Mehdiyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda o, həmin protokol ilə razı deyl. Belə ki, hadisə zamanı xəsarət alan olmamış və bunu təsdiq edəcək bütün video materiallar mövcuddur. Göstərilənlərə əsasən Bakı şəhər BPİ DYPİ-nin 28.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.A.Talıbzadə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ X6 İdarəsinin nümayəndəsi N.Ə.Abbasov şikayətlə razılaşmayaraq Bakı şəhər BPİ DYPİ-nin 28.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ DYPİ-nin 28.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, A.A.Talıbzadə 28.09.2021-ci il tarixdə, saat 08:40-da “Volkswagen Polo” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Ş.Mehdiyev küçəsində istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, A.A.Talıbzadə 28.09.2021-ci il tarixdə, saat 08:40-da “Volkswagen Polo” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Ş.Mehdiyev küçəsində istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. Həmin qayda pozuntusu YPX əməkdaşı tərəfindən bilavasitə aşkar edilmiş, “Volkswagen Polo” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat YPX əməkdaşı tərəfindən saxlanılmış və barəsində 28.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərək A.A.Talıbzadəyə təqdim edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhər BPİ DYPİ-nin 28.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar