Məhkəmə qərarları › İş №3(004)-3/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3/2021

19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3/2021 19.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:40 radələrində Yasamal rayonu, Kənar Dairəvi yolda “Chevrolet Aveo minik” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən müvafiq sənədlərin təqdim edilməsi üçün saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu məlum olmuşdur. Bununla da o, İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Həmin iş üzrə əvvəllər Yasamal Rayon Məhkəməsinin 3(004)-1738/2020 saylı, xx.xx.2020ci il tarixli qərarı ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilmiş, lakin Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2154/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə rayon məhkəməsinin həmin qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır. İşə apelyasiya instansiyası məhkəməsində baxılarkən, apelyasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək” haqqında protokola əsasən xx xxxx 2020-ci il tarixdə saat 10:28 radələrində müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü həkimə ehtiyac olmadığını, DYP-nin alkotesterinə qanunu şəkildə üflədiyini, alkotesterin göstəricisi 418% ilə tam razı olduğunu, heç bir narazılığının olmadığını, “xx xxxx 2020-ci il tarixdə spirtli içki içdiyini səmimi etiraf etdiyini” qeyd etmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 2/4496 saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 13:45 radələrində müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Göründüyü kimi işə baxan məhkəmə göstərilən halları nəzərə almadan, iş üzrə tam, hərtərəfli araşdırma aparmadan, yalnız prosessual əsaslara istinad edərək iş üzrə yekun nəticəyə gəlmişdir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2020-ci il tarixli, 00032 saylv protokollaşdırılmış alkotestin nəticəsi, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2020-ci il tarixli protokolla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin hazırkı iş üzrə sürücülük vəsiqəsi iş materiallarında olamamışdır. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İXM-nin 153.2-ci maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir. İXM-in 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Ona görə də şəxs sürücülük vəsiqəsinə özündə saxladıqda, icra edilməsi üçün aidiyyəti səlahiyyətli orqana təqdim etmədikdə, tənbeh qərarının qüvvəyə mindiyi vaxtdan müəyyən müddətin keçməsi həmin tənbehin icrasını istisna etmir və qərarın icra müddətinin keçməsi baş vermir. Belə halda İXM-in 145.1.3 və 146.1-ci maddələrində müəyyən edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinin keçməsi baş vermir. Ona görə də barəsində inzibati tənbeh qərarı çıxarılmış şəxs hazırkı qərarın icra olunması üçün sürücülük vəsiqəsini İXM-nin 152.2 - 152.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana (Baş Dövlət X5) təqdim etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüseynov X2 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay (altı ay) müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar