Məhkəmə qərarları › İş №3(004)-300/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-300/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-300/2024 29.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi Əli-zadə Səbinə Rabikovnanın iştirakı ilə, Hüquqi ünvanı ünvan 1 Dent” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal, ev 77, məhəllə 3147 ünvanında qeydiyyatda olan "xxxx" MMC-yə məxsus klinikada planlı yoxlama zamanı Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal, ev 77, məhəllə 3147, 1-ci mərtəbədə yerləşən "xxxx" MMC-yə məxsus stomatoloji klinikada X1 keçmədən praktik tibb (stomotoloji) fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Bununla da həmin hüquqi şəxs, İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X5 bildirmişdir ki, "xxxx" MMC-də sertifikasiyadan keçməmiş işçini tibbi fəaliyyətə cəlb edilmişdir. Bu fakt həmin müəssisəsədə tərtib edilmiş aktla təsdiq edilmiş, həmçinin işçilərin siyahısından da müəyyən edilmişdir. Buna görə də protokol tərtib edib məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən də inzibati tənbeh tətbiq edilməsini xahiş etdilər. Əlavə olaraq nümyəndə bildirmişdir ki, əmək müqaviləsi bildirişindən və işdən azad olunma əmrindən görünür ki, şəxs xx.xx.2024-cü ilədən həmin müəssisədə sertifikasiyadan keçmədən tibbi fəaliyyət göstərib. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Əlizadə Səbinə Rabikovna bildirdi ki, X1 keçmədən praktik tibb (stomotoloji) fəaliyyəti ilə məşğul olmasına görə protokol tərtib edilsə də, əslində o praktiki tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmamışdır, səhhəti ilə əlaqədar bu müddət ərzində növbəti dəfə sertifikasiya imtahanında vaxtında keçə bilməmişdir. Həmçinin həmin şəxs xx.xx.2024-cü ildə artıq işdən azad olunmuşdur. İşdən azad olunana qədər müəssisə adı elə belə getmiş, hər hansı tibbi fəaliyyətə cəlb olunmamış və sadəcə maddi durumu yaxşı olmadığı üçün ona hər ay maaş verilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 04 saylı, 09 yanvar 2024-cü il tarixli planlı (növbəti) yoxlama AKTına əsasən müəssisədə görülən işlərə dair tibbi sənədləşmələr ARSN-nin təsdiq edilmiş formaları və qaydaları üzrə aparılmır (elektron qeydlər də edilmir), tibbi fəaliyyət barədə tibbi statistik hesabat yoxlamaya təqdim edilmədi. Sterilizasiya sahəsində stasionar bakteresid lampa quraşdırılmayıb, müəssisə üzrə yalnız bir ədəd səyyar bakteresid lampa mövcuddur, lakin onun da işlədilməsinə dair qeydiyyat jurnalı yoxdur. Tibbi statistik hesabatlar SN-nə təqdim edilmir. Hazır paketlənmiş alətlərin və işçi məhlullar əlavə olunmuş konteynerlərin üzərində qeydiyyat işləri aparılmır. Havalandırma sisteminə texniki qulluq barədə rəsmi sənəd təqdim edilməmişdir. “Tibbi tullantıların idarə olunmasına dair tələblər”-ə müvafiq olaraq cavabdeh şəxs təyin edilməyib, zərərsizləşdirmə üzrə icra Akt sənədi də yoxdur. Müəssisədə həkim-stomatoloq kimi özəl tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı aşkarlanmışdır. Həkim-stomatoloq X7 2020-ci il tarixdən 2023-cü ilin son iş gününədək sertifikatsız fəaliyyət göstərmişdir. 08 yanvar 2024-cü il tarixdə barəsində tibbi fəaliyyətinə dair əmək müqaviləsinə xitam verilmişdir. Həmin aktda MMC-nin rəhbərinin nümayəndəsi Əli-zadə Səbinə Rabikovna sahibkarın izahatı bölməsində qeyd etmişdir ki, 15 iş günü ərzində nöqsanları aradan qaldıracaq. Ömərov Vüqar həkim stomatoloq haqqında, işə qəbul olan zaman COVİD pandemiyası və həkimin öz səhhəti (şəkərli diabet) ilə bağlı sertifikasiyaya göndərə bilməmişlər, sonrakı dövrdə isə həkimin səhiyyə qeydiyyat reyestrində problemi olduğuna görə sertifikasiyaya cəlb edilməsinə mümkün olmadı. Artıq onların müəssisəsində çalışmır. Həmçinin iş materiallarına əsasən X7 ilə həmin MMC arasında praktik tibbi fəaliyyətlə məşğul olmaq barədə əmək müqaviləsi bağlanmışdır. Lakin həmin şəxslər sertifikasiyadan keçməmişdir. Bu barədə sənəd mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər, tərəflərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, müalicə aldığı üçün işçinin sertifikatsız tibbi fəaliyyətlə məşqul olması, şəxsi inzibati məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək, 6000 manat (altı min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar