Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3016/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, K.Rəhimov küçəsi, ev 10Q, mənzil 0 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə 11.11.2021-ci il tarixli, EP №0031425 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC tərəfindən 720000,00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından 25.10.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 720000,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 məhkəmədə bildirdi ki, xaricə köçürülmüş 720.000 rublun 360.000 rubl hissəsi 11.12.2019cu il tarixdə geri aqytarılmışdır. Bunu bank da təsdiq etmişdir. yerdə qalan məbləğin isə bir neçə aya qaytarılması gözlənilir. Həmçinin pulun geri qaytarılmamasında MMC-nin heç bir təqsiri yoxdur. Xaricdəki partnyor tərəfindən qanunsuzluq edilmişdir. Ona görə də işə xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə 25.10.2019-cu il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 720000,00 Rusiya rublu məbləğində pul 23.10.2019-cu il tarixli 02/19 saylı müqavilə əsasında Цукерман Людмила Дмитриевнаya köçürülmüşdür. İşə məhkəmədə baxılması zamanı iş materiallarında olan Şəxs MMC-yə 11.12.2019-cu il tarixli pul köçürmə sənədinə əsasən 360.000 Rubl Цукерман Людмила Дмитриевна tərəfindən tərəfindən Şəxs MMC-nin hesabına geri köçürülmüşdür. Pulun geri qaytarılması təyinatı və köçürmə sənədindəki ödəniş təyinatı məlumatları eni olmuşdur. Bununla da müəyyən edilir ki, ölkədən çıxarılan valyutanın bir hissəsi, pulun xaricə köçürüldüyü vaxtdan 02 il keçməmiş, geri qaytarılmış, qalan hissəsi, yəni 360,000 Rusiya rublu məbləğində mal idxal edilməmiş, həmin məbləğdə valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Ona görə də həmin məbləğə (yəni geri qaytarılmayan hissədə) münasibətdə hüquqi şəxs inzibati tinbeh edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 360000,00 Rusiya rublun 20% məbləğində, yəni 72.000 Rusiya rublu (yetmiş ik min rubl) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3016/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3016/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver