Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3020/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 04 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1358/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs MMC Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «ZEEKR 009 minik» markalı, 10AA833 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 haqqında 04 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «ZEEKR 009 minik» markalı, 10AA833 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir; DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, “ZEEKR 009 minik” markalı, 10AA833 dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir; SX016752949AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu barədə xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin sürücüsü Etibar Məmmədov məlumatlandırılmışdır; Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış etirazdan görünür ki, etirazın məzmunu “bildiririk ki, xx.xx.2025-cü il tarixində Sabunçu rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi iddia edilərək cəmiyyətin barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə nəzərdə tutulmuşdur. Hesab edirik ki, sözügedən inzibati xəta haqqında protokol tamamilə əsassız olduğu üçün ləğv edilməlidir və bununla bağlı aşağıdakı xüsusatları nəzərinizə çatdırmaq istəyirəm: Diqqətinizə çatdırmaq istəyirik ki, xx.xx.2025-ci il tarixində Şəxs MMC-nin sürücüsü X3 tərəfindən cəmiyyətin balansında olan **-AA-*** dövlət qeydiyyat nişanlı “ZEEKR 009” minik markalı avtomobil idarə edilərkən dayanma qaydaları pozulması səbəbindən AR İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Sabunçu rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barəsində məlumat tələb edilmiş və hüquqi ünvana bunun ilə bağlı sorğu göndərilməsi qeyd edilmişdir. Həmçinin, cəmiyyət tərəfindən həmin sorğuya 5(beş) gün müddətində tələb edilən məlumatların verilmədiyi iddia edilərək İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. İlk öncə qeyd etmək istəyirik ki, RR CONSTRUCTİONS MMC-nin hüquqi ünvanına inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ malik fiziki şəxs barəsində məlumatın əldə olunması ilə bağlı hər hansı sorğu göndərilməmişdir. Cəmiyyətin ünvanı ünvan 3 və bu məlumat öz əksini hüquqi ünvanı təsdiq edən reyestrdən çıxarışda tapmışdır. Əlavə olaraq qeyd etmək istəyirik ki, Sabunçu rayon DYPŞ tərəfindən məhkəməyə təqdim edilmiş poçt qaiməsindən göründüyü kimi Şəxs MMC-nin sürücüsü X3 xx.xx.2025-ci il tarixində bu barədə məlumatlandırılmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, sürücü barədə məlumatlar “portal.com.az” saytına xx.xx.2025-ci il tarixində yerləşdirilmiş və ona aid yol vərəqəsi həmin tarixdə yenilənmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İstinad edilən hüquq normasının tələbindən də hüquqi şəxs həmin maddənin tələblərinə riayət etməli və bu qaydaları pozduğu təqdirdə inzibati məsuliyyətə cəlb edilməlidir. İndiki halda, cəmiyyətimiz bu maddənin tələblərini pozmamış və inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəxs MMC barəsində AR İXM-nin 347-ci maddəsinin tələblərinin pozulmasında dair inzibati xəta haqqında icraata inzibati xəta hadisəsi olmadığı səbəbindən xitam verilsin.” şəklində olmuşdur. Portal.com.az saytından görünür ki, sürücü X2 barədə məlumatlar sayta xx.xx.2025ci il tarixində yerləşdirilmiş və ona aid yol vərəqəsi həmin tarixdə yenilənmişdir. "xxxx" MMC-nin rəsmi internet saytı - www.azerpost.az internet saytındakı “Poçt göndərişinin izlənməsi”nə dair bölmədən çıxarışa əsasən, xx.xx.2025-ci il tarixdə saat 10:36-da həmin poçt göndərişi ünvana (alıcıya) çatdırılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır ki, belə olan halda inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin rəsmi saytından çıxarışdan görünür ki, MMC-yə ünvanlanan poçt göndərişi xx.xx.2025-ci il tarixdə saat 10:36-da ünvana (alıcıya) çatdırılmışdır. Lakin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən isə Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixdə protokol tərtib edilmişdir. Göründüyü kimi AR İXM-nin 347-ci maddəsinin dispoziyasına uyğun olaraq, belə ki, həmin maddədə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Ancaq iş materialları ilə də sübut olunur ki, DYPŞ-nin sorğusu hüquqi şəxs tərəfindən qəbul edildikdən sonra sorğuya cavab verilməsi üçün qanunverilicilikdə nəzərdə tuutlmuş müddət (05 gün) gözlənilmədən hüquqi şəxs barəsində protokol tərtib edilmişdir. Beləliklə məhkəmə Bakı şəhəri sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokolu, "xxxx" MMC-nin rəsmi internet saytı - www.azerpost.az internet saytındakı “Poçt göndərişinin izlənməsi”nə dair bölmədən çıxarışı və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, polis orqanı tərəfindən MMC-yə ünvanlanmış və xx.xx.2025-ci il tarixdə saat 10:36-da rəsmi qaydada MMC-də qəbul edilmiş sorğuya cavab verilmə müddəti gözlənilmədən elə həmin gün yəni xx.xx.2025-ci il tarixdə səlahiyyətli orqan tərəfindən protokol tərtib edildiyindən, Şəxs MMC-yə münasibətdə inzibati xəta hadisəsinin baş verməsi istisna olunur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş və bununla da inzibati xəta hadisəsi baş verməmişdir. Belə olan halda MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3020/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3020/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver