Məhkəmə qərarları › İş №3(004)-3022/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3022/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3022/2024 12.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YNH üzrə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Naxçıvan MR, Babək rayonu, Sovetabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Dövlət X8 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında İXP ******* saylı, 26 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 25 may 2024-cü il tarixdə, saat 14:42 radələrində, A.Abbasov küçəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “X9” markalı, 99-B-870 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, xəta nəticəsində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşayan, xx.xx.1988-ci il təvəllüdlü X6 maddi zərər yetirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YNH üzrə inspektoru, polis baş leytenantı X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 25 may 2024-cü il tarixdə, saat 14:42 radələrində, A.Abbasov küçəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “X9” markalı, 99-B-870 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə vətəndaş X6 məxsus “Ford” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsindən vurmuş, bununla da vətəndaş X6 maddi zərər yetirilmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq polis əməkdaşı Şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, “A” kateqoriyalı sürücülük vəsiqəsi mövcud deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, yol hərəkəti qaydalarını pozduğunu etiraf etmiş, pula ehtiyacı olduğundan həmin gün nəqliyyat vasitəsini idarə etdiyini, törətdiyi əməldən peşman olduğunu, evli olduğunu və himayəsində iki azyaşlı uşağının olmasını, bütün bunları nəzərə alaraq barəsində yüngül tənbeh verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında İXP ******* saylı, 26 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 25 may 2024-cü il tarixdə, saat 14:42 radələrində, A.Abbasov küçəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “X9” markalı, 99-B-870 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, xəta nəticəsində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşayan, xx.xx.1988-ci il təvəllüdlü X6 maddi zərər yetirilmişdir. Zərərçəkmiş şəxs X4 26 may 2024-cü il tarixdə dövlət yol polis şöbəsində verdiyi izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 14:42 radələrində, A.Abbasov küçəsində özünə məxsus olan “Ford” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı maşınla geriyə dönmə əməliyyatı edərkən dayanıb güzgülərə baxmış, hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra qabağına əks yoldan gələn avtomobillərə baxdıqdan sonra hərəkətə başlamış, dönmə əməliyyatı zamanı əks istiqamətlə hərəkət edən “Honda” markalı, 99-B- 870 dövlət qeydiyyat nişanlı motosikl maşınının ön sol yan hissəsindən vurmuşdur. Hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 28 may 2024-cü il tarixdə dövlət yol polis şöbəsində verdiyi izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 14:42 radələrində, A.Abbasov küçəsində hüququ olmadan idarə etdiyi “Honda” markalı, 99-B-870 dövlət qeydiyyat nişanlı motosiklla hərəkətdə olarkən əks yola çıxaraq qarşında geri dönmə əməliyyatı edən “Ford” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı maşının ön sol yan hissəsinə dəymişdir. Hadisə barədə DİN-in 102 xidmətinə məlumat verilmişdir. "xxxx" ASC tərəfindən 03 iyun 2024-cü il tarixli, 284843 nömrəli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” ”Ford Mustang” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4550 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materialları ilə Şəxs AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməklə yanaşı onun öz etirafedici izahatı ilə də həmin hal öz təsdiqini tapmışdır. Hazırki iş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Portaldan çıxarışdan görünür ki, Şəxs evli olmaqla himayəsində iki azyaşlı uşağı var. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf edərək peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 332.4-cü maddəsinin sanksiyası daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar