Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3025/2022 08.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10310573 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10310573 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək,DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10310573 saylı İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, əlavə edilmiş fotoşəkillərdən də görünür ki, o, **-ES-*** nömrə nişanlı avtomobili Yasamal rayonu H.ünvan 1 ünvanında yerləşən Milli Onkologiya Mərkəzinin ərazisi hesab edilən, həmin Mərkəzin qarajının yanında saxlamışdır. O, avtomobilini saxladığı yer yol kənarı deyildir. Orada avtomobilin dayanmasına və ya durmasına qadağanedici yol nişanı və ya işarəsi yoxdur. Onun avtomaşını Bakı şəhəri, Yasamal rayonu, Yasamal rayonu H.ünvan 1 ünvanında yerləşən Milli Onkologiya Mərkəzinin həyətinə aid ərazidə durmuşdur. Həmin ərazi isə yaşayış sahəsinə aid ərazidir. Hətta həmin ərazi yaşayış sahəsinə aid ərazi sayılmasa belə həmin yer avtomaşın üçün nəzərdə tutulmuş dayanacaqdır. Ona görə də o, avtomaşını həmin ərazidə qanuni şəkildə dayandıra və uzunmüddətli saxlaya bilərdi. Ona görə də ona tətbiq edilən cərimənin maddi-hüquqi əsasları mövcud deyildir. Həmin qərarların tərtib edilməsinə əsas olan, elektron qərara əlavə edilmiş fotoşəkildən görünür ki, avtomobil yolun kənarında deyil, yoldan kənarda səkinin üstündə dayanmışdır. Həmin fotoşəkillərdən və iş materiallarına əlavə etdiyi inzibati xətanın törədilməsində təqsirləndirildiyi və durma qaydalarının pozulduğu yer kimi hesab edilən yerin fotoşəkillərindən görünür ki, həmin səkidə avtomobil saxlanılarkən, piyadaların hərəkətinə maneə olmur. Həmçinin həmin şəkillərdən də görünür ki, avtomobilin dayandığı yerdə “dayanma və durmanı” qadağan edən “yol nişanı” və “nişanlama xətti” mövcuddu deyildir. Ona görə də, həmin qərar inzibati xəta haqqında iş üzrə icraat qaydasında məhkəmə vasitəsilə ləğv edilməlidir. Həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Şöbəsinin nümayəndəsi X4 şikayətə etiraz edərək bildirmişdir ki, X3 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10310573 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. X3 idarə etdiyi “MERCEDES BENZ CLA 45” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 21 iyun 2022 -ci il tarixdə, saat 12:43-də Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi məhəllə 3 Ç 1 ünvanında “Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyərək yolun hərəkət hissəsində, 2-ci cərgədə saxlamışdır. Halbuki “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yolun hərəkət hissəsinin kənarında bir cərgədə dedikdə səkiyə ən yaxın zolaqdakı cərgə başa düşülür. Sözügedən maddənin İ hissəsinin ikinci cümləsində qeyd olunub ki, yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Bununla da belə nəticəyə gəlmək olar ki, qanunverici cərgə sırasını məhz nəqliyyat vasitəsinin tutduğu yerə uyğun olaraq müəyyənləşdirir. Bu da öz növbəsində ona dəlalət edir ki, nəqliyyat vasitəsi (avtomobil) yolun hərəkət hissəsinin kənarında səkid yəni piyadaların gediş gəlişi üçün nəzərdə tutulmuş yerdə ən yaxın cərgədə saxlanılmalıdır. DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10310573 saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X1 şikayəti əsassızdır və təmin edilməməlidir.Eyni zamanda bildirmişdir ki, tətbiq edilən cərimə şikayət vermiş şəxs tərəfindən artıq ödənilmişdir və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi nəqliyyat vasitəsi (avtomobil) yolun hərəkət hissəsinin kənarında səkidə yəni piyadaların gediş gəlişi üçün nəzərdə tutulmuş yerdə saxlanılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarından şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10310573 saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X3 xx.xx.2022-ci il tarixində 12:43-də durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə-iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, şikayət vermiş X3 öz şikayətini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan fotoşəkillərdən aydın olur ki, X3 tərəfindən xx.xx.2022-ci il tarixində 12:43 radələrində Bakı şəhəri Həsən bəy ünvan 3 ünvanında MERCEDES BENZ CLA 45 AMG4 MATİC minik markalı 99ES050 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2-ci cərgədə dayanması halı müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin Qanunun 52-ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yolun hərəkət hissəsinin kənarında bir cərgədə dedikdə səkiyə ən yaxın zolaqdakı cərgə başa düşülür. İş materilları ilə sübuta yetirilir ki, X3 tərəfindən xx.xx.2022-ci il tarixdə 12:43 radələrində Yasamal rayonu, Həsən bəy Zərdabi məhəllə 3 Ç 1 ünvanında “Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyərək yolun hərəkət hissəsində, 2-ci cərgədə saxlamışdır. “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Qanunvericilik cərgə sırasını məhz nəqliyyat vasitəsinin tutduğu yerə uyğun olaraq müəyyənləşdirir. Bu da öz növbəsində ona dəlalət edir ki, nəqliyyat vasitəsi (avtomobil) yolun hərəkət hissəsinin kənarında səkiyə münasibətdə ən yaxın cərgədə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və DİN Bakı şəhər BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10310573 saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10310573 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3025/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3025/2022
08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver