Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3027/2024 12.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞnin sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə taksi kimi fəaliyyət göstərdiyi “Hyundai İ30” markalı, **-FH-*** d.q.n avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində olan zaman sərnişin Zərərçəkmiş şəxs ilə mübahisə edərək kobud davranmış, həmçinin sonuncunu videolentə alaraq sosial şəbəkələrdə həmin görünütləri paylaşmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə inspektoru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, ictimai yerdə Zərərçəkmiş şəxs təhqir etməmiş və ictimai qaydanı pozmamışdır. O, 6 ildir ki, taksi fəaliyyət ilə məşğul olur. xx.xx.2024-cü il tarixdən "İSR" plazadan Abşeron rayonu, Xırdalan şəhərinə getmək üçün sifariş qəbul etmiş. Həmin müstərini götürdükdən sonra yol boyu onun tanışı ilə mobil telefon vasitesi ile yüksək səslə danışması onu narahat etdiyi üçün musiqinin səsini biraz yüksəltmişdir. Həmin müştəri ondan musiqinin səsini almağını istədikdə o, həmin musiqinin səsini 2 pillə azaltmışdır. Daha sonra həmin müştəri musiqini ümumiyyətcə söndürməyini tələb etdikdə o, həmin müştəriyə cavab olaraq "onda sizdə zəhmət olmasa mobil telefon ilə alçaq səs ilə danışın dedikdə, həmin müsteri ona cavab olaraq "sənə dəxli yoxdu, avtomobili saxla düşürəm" dedi, və o, avtomobilin qapılarını uşaq rejimində olduğu üçün nə qədər cehd etsə də açıb düşə bilməmişdir. O həmin müştəriyə ödənişi edib düşməyini tələb etdikdə, müştəri maşından düşürəm deyə ona ödəniş etməyəciyini bildirmişdir. Daha sonra o avtomobili saxlamış, qapıları açmış, həmin müştəri onu təhqir edərək qapını çırparaq getmişdir. Bundan sonra o, bu kimi müştərilərin ictimai qınağa tutulması üçün avtomobilində quraşdırılmış videoregistratordan əldə etdiyi görüntüləri, sosial şəbəkə fəaliyyət göstərən patrul.az səhifəsinə göndərmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında onun istifadəsində olan ***-***-**-** GSM nömrəsinə tanımadığı şəxslər tərəfindən hədə-qorxu dolu söyüş təhqir, və şantaj məzmunlu mesajlar və səslər atıldığını görərək Nesimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə bununla bağlı müraciət etmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə inspektoru isə heç bir araşdırma aparmadan onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa o, eyni xəta ilə bağlı inzibati qaydada Nəsimi rayonu 20-ci polis bölməsində 02 may 2024-cü il tarixdə 50 manat cərimə olunmuşdur. Özünü görüntüləri yaydığı üçün günahkar hesab edir. Göstərilən halları nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu və onun barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, F.A.Əmrahovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs ərizə ilə polis bölməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə “BOLT” taksi xidmətinin sürücüsünün onun görüntülərini xəbəri olmadan bütün sosial şəbəkələrdə və xəbər saytlarında paylaşaraq onu kütləvi təhqirə məruz qoyaraq şərəf və ləyaqətini alçaltmasını bildirmişdir. Beləliklə, toplanmış materialda Zərərçəkmiş şəxs və X4 arasında baş vermiş mübahisənin və sosial şəbəkələrdə paylaşılan video görüntlərin əldə olunduğu ünvanın Yasamal Rayon Polis İdarəsinin inzibati ərazisi olduğu müəyyən edilmişdir. Faktla bağlı hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, protokol tərtib edilərək materiala əlavə olunmuşdur. Vət Zərərçəkmiş şəxs və Şəxs Nasimi Rayon Polis İdaresinin 20-ci PŞ-nə etdiyi müraciətləri əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün, ərazi aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdi ki, xx.xx.2024-cü il tarixdə taksi müştərisi Zərərçəkmiş şəxs və taksi sürücüsü Şəxs ilə aralarında ictimai yerdə baş vermiş mübahisə zamanı, sonuncu tərəfindən icrtimai qayda əleyhinə hətəkətlərə yol verildiyindən (Zərərçəkmiş şəxs ünvanına nəlayiq ifadələrt işlətdiyi üçün), vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olduğu üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmasından ötrü qərarın surəti Yasamal RPİ-nin 27-ci PŞnə göndərilməlidir. Beləliklə, N. İsmayılovanın müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə inzibati xəta haqqında iş üzrə icraata başlanmasından ötrü Yasamal RPİ-nin 27-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri, Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsinin təhqiqatçısı polis mayoru, X2 tərəfindən həmin ərizə əsasında heç bir araşdırma aparmadan material üzrə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolda və ya əlavə edilmiş digər iş materiallarında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməli nə vaxt, harada, hansı şəxslərin yanında törətməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol heç bir araşdırma aparılmadan yalnız vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında tərtib edilmişdir. Həmin ərizənin məzmunundan isə aydın olur ki, Şəxs xırda xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən "İSR" plazadan yaşadığı ünvana Abşeron rayonu, Xırdalan şəhərinə getmək üçün "BOLT" taksi xidmətində şifariş vermiş ve **-FH-*** dövlət qeydiyyatlı "Hunday 130" markalı avtomobil gəlmişdir. O, taksidə yolda olan zaman Nigar adlı tanışı ile mobil telefon vasitəsi ilə danışarkən həmin sürücü avtomobildə musiqinin səsi çoxaldaraq onun telefon danışığıma mane olmuşdur. O sürücüdən musiqnin səsin aşağı almasını istədikdə, sürücü ona "Mən sizin ailə problemlərinizi eşitmək məcburiyyətində deyiləm.!" demişdir. Bu zaman onlar arasında mübahisə yaranmış, o, sürücüdən avtomobili saxlamasını istədikdə sürücü ona ödəniş et saxlayım demişdir. O sürücüyə ödəniş etməkdən İmtina etmiş və qışqırmağa başlamışdır. Həmin sürücü avtomobili saxlamış o, avtomobildən endikdən sonra oradan uzaqlaşmışdır. O, xx.xx.2024-cü il tarixdə işdə olan zaman tanışlarının onun videolarının sosial şəbəkələrdə yayılmasını bildirmiş, o həmin videoları gördükdən dərhal sonra bu barədə polisə müraciət etmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Tiblisi prospektində **-FH-*** dövlət qeydiyyatlı "Hunday 130" markalı avtomobilin içərisində baş vermiş, həmin görüntülər "İnstagram və Tik Tok" sosial şəbəkələrinin patrul.az, Maraqlıfaktlar, gecə.az, Baku.vs, xeber.com, oxu.az, xaber.com səhifələrində paylaşılmışdır. Bundan başqa nəhkəmədə həm də müəyyən edilmişdir ki, Nəsimi rayon Polis İdarəsi 20ci polis bölməsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə Şəxs 50 manat məbləğində cərimə olunmuşdur. Şəxs isə bu əməli polis sahə rəisi tərəfindən xırda xuliqanlıq, yəni yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət kimi qiymətləndirilərək onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin protokolda Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətdiyi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamış və həm də məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-3027/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3027/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver