Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3028/2025 21.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi ilə, X1, protokolu tərtib edən polis serjantı X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X12 İdarəsi (DYPİ) 27 fevral 2025-ci il tarixli, EQ seriyalı 26324858 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayon Polis İdarəsi DYPŞ-nin (DYPİ) 27 fevral 2025-ci il tarixli, EQ seriyalı 26324858 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvan 1 ünvanında, ATV kanalına yaxın ərazidə nəqliyyat vasitəsini parklamaq qadağan edilməyən, həmişə parkladığı ərazidə parklayaraq 16 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək işgüzar səfərlə bağlı Azərbaycandan kənarda olmuşdur. Bu müddət ərzində nəqliyyat vasitəsindən istifadə imkanı faktiki olaraq mümkün olmayıb. Ailədə cəmi üç nəfərdilər – o, nəqliyyat vasitəsi idarə edə bilməyən və idarəetmə hüququ olmayan həyat yoldaşı və azyaşlı oğlu. YPX tərəfindən 17 fevral tarixindən 27 fevral tarixinədək barəmdə inzibati xəta haqqında {İXM-nin 346.1 maddəsilə - bu məcəllənin 346.2 - 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma qaydalarını pozmağa görə) ardıcıl olaraq 5 dəfə hər biri 18 azn olmaqla ümumilikdə 90 azn məbləğində cərimə edilməyi barədə elektron qərar qəbul edilmiş, bu barədə heç bir bildiriş almamış və bunu səfərdən qayıtdıqdan sonra təsadüfən internet vasitəsilə özü müəyyən edə bilmişdir. Nəqliyyat vasitəsi stasionar olaraq bir koordinatda dayanmış olsa da, YPX tərəfindən tərtib edilmiş protokolların hər birində fərqli ünvan və GPS koordinatlar qeyd edilmişdir. Yasamal YPX-dən inzibati cərimə qərarları ilk şikayətdən 3 gün əvvəl əldə edilə bilsə də, sənədlərdə qərarların rəsmi təqdim edilmə tarixi və imza qeyd edilməmişdir. Qoşmada əlavə edilmiş fotolardan stasionar (sabit) koordinat (ATV kanalı ilə üz-üzə) aydın müəyyən edilir. Araşdırması nəticəsində nəqliyyat vasitəsini parklamış olduğu məlum əraziyə nəqliyyat vasitələrinin dayanma, durma əməliyyatını qadağan edən dayanma-durma qadağandır (3.27) nişanının AYNAdan verilən məlumata görə 20 fevral tarixindən etibarən quraşdırıldığını müəyyən etmişdir. Odur ki, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli, EQ seriyalı 26324858 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən polis serjantı X5 protokolla eyni məzmunlu izahat verdi və inzibati xətanı təsdiq edən sənədləri məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli, EQ seriyalı 26324858 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X6 27 fevral 2025-ci il tarixdə saat 17.47-də Bakı şəhəri, X10 küçəsi 28b ünvanında “Mercedes C240 minik” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edərkən yolayrıcı keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə –iyirmi manat məbləğində cərimə edilir.. Şikayət verən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Çağrı Mərkəzinə ünvanlanmış Bakı şəhəri, Yasamal rayonu, ATV telekanalının yaxınlığında (yarımstansiyanın qarşısında) dayanmaq qadağandır yol nişanının quraşdırılması vaxtı barədə 24 aprel 2025-ci il tarixli müraciətinə baxılmış və bildirmişdir ki, sözügedən ünvanda “3.27” yol nişanı (dayanmaq qadağandır) 20 fevral 2025-ci il tarixində quraşdırılmışdır. Həmçinin qeyd edilən ərazidə piyada keçidinə qədər (“5.16.1” yol nişanı) dayanmanı qadağan edən başqa yol nişanı yoxdur. F.Həsənov tərəfindən məhkəməyə təqdim edilmiş biletlərdən görünür ki, qərardan şikayət verən şəxs 16 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək ölkədə olmamışdır Qeyd edilən 27 fevral 2025-ci il tarixli, EQ seriyalı 26324858 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X6 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin dispotozitiv şərtləri mövcud deyil. Belə ki, F.Həsənov inzibati xətanın törədildiyi gün xarici ölkədə səfərdə olmuşdur. Bunu təsdiq edən sənədlər şikayət verən şəxs tərəfindən məhkəməyə təqdim edilmişdir. F.Həsənov 16 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək ölkədə olmamışdır. İş materiallarında olan biletdən görünür ki, şikayət verən şəxs 27 fevral 18.15 radələrində Bakıya gəlmək üçün təyyarəyə minmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tərəfindən həmin nişan 20 fevral 2025-ci il tarixində quraşdırılmışdır. Şikayət verən şəxs avtomobil orada saxladığı gün isə dayanmaq qadağandır işarəsi mövcud olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, şikayət verən şəxsin törədilən əmələ münasibətdə qəsdən törədilən hərəkət və ya hərəkətsizliyi mövcud deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli Bakı şəhər BPİ X12 İdarəsinin 27 fevral 2025-ci il tarixli, EQ seriyalı 26324858 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli, EQ seriyalı 26324858 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-3028/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3028/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver