Məhkəmə qərarları › İş №3(004)-3030/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3030/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3030/2021 29.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 Bakı şəhəri, X8 İdarəsinin Yol Patrul Xidmətinin 12.11.2021-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X1 Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin 12.11.2021-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində X8 İdarəsinin Yol Patrul Xidmətinin 12.11.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, idarə etdiyi “Tayota Prado” markalı HO28046 qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Boss Shelf international FZCO” şirkətinin Azərbaycan Respublikasındakı filialının mülkiyyətindədir. 27 oktyabr 2010-cu il tarixdə Bakı-İzmir küçəsi 2 ilə hərəkətdə olan zaman **-YP-*** qeydiyyat nişanlı YPX avtomobili ona “ Saxla” əmri vermişdir. “Saxla” əmrini verəndən sonra o, avtomobili yol qırağında saxladı və bu zaman polis nəfəri ona yaxınlaşaraq özünü təqdim etmədən və nə səbəbə onu saxladığını demədən ona aid sənədlərini istədi. YPX inspektoru X2 inzibati xətanı izah etmədən İXM-nin 327.2-ci maddəsi ilə İnzibati protokol təqdim etdi. O, həmin protokolun yazılmasına etirazını bildirmişdi. Polis inspektoruna qarşısında dayanan 2 ədəd avtomobili maneəni keçmək məcburiyyətində qaldığını və ötmə əməliyyatını edərkən heç bir avtomobilə maneə yaşatmadığını (qarşı yolada çıxa bilməzdi çünki yol birtərəflidir yolda düz xəttlərdə yoxdur) bildirmişdir. İnspektor ona heçnə demədən çıxıb getmişdir. Sonradan onun telefonuna sms gəlmiş, ona aydın olmuşduki onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokl və onun əsasında qərar çıxarılmışdır. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, X8 İdarəsinin Yol Patrul Xidmətinin 12.11.2021-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X5 tərəfindən 27.10.2021-ci il tarixdə 13:03 radələrində idarə etdiyi “Toyota Prado” minik markalı H028046 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X5 tərəfindən yolayrıcını keçmə qaydalarının pozulması öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarda X5 tərəfindən yolayrıcını keçmə qaydalarının pozulması barədə heç bir əsaslandırma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri, X8 İdarəsinin Yol Patrul Xidmətinin 12.11.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri, X8 İdarəsinin Yol Patrul Xidmətinin 12.11.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar