Məhkəmə qərarları › İş №3(004)-3031/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3031/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3031/2022 23.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 28-ci polis bölməsinin sahə inspektoru X7, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2001-ci ildə Lənkəran rayonunun, Cil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Lənkəran rayonu, Şağlaser ərazi dairəsi, Cil kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci PB-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 iyun 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin sahə inspektoru X9 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X5 məxsus “Leo” bank kartından 19 manat məbləğində alış-veriş edərək maddi ziyan vurmuşdur. Bununla da, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, 23 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin sahə inspektoru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşman olduğunu, vurulmuş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirdi. İnzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizə ilə müraciət etmiş zərərçəkmiş şəxs X8 yazılı ərizəsində göstərmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş onunla barışmışdır. Halhazırda bu işlə bağlı şikayəti yoxdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 22 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur; 23 iyun 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X4 ərizəsi əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, dəymiş maddi ziyan 20 (iyirmi) manat təşkil etdiyindən AR-nın CM-nin 177.1-ci maddəsinin tərkibi yaranmır və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. X1 məxsus əmlakı gizli talayaraq ona 20 manat ziyan vurmuş Şəxs və X6 əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxslərin müvafiq maddə üzrə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in: 39.2-ci maddəsinə əsasən İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.1 və 53.1.10-cu maddələrinə əsasən İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd olunanlara əsasən və İXM-in 53.1.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar