Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3034/2020 21.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi ilə, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli (MN 0675351) saylı protokoldan və onun əsasında qəbul edilmiş qərardan verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli (MN 0675351) saylı protokolunun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, X2 barəsində çıxarılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli (MN 0675351) saylı protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın konkret olaraq hansı orqan tərəfindən və hansı tarixdə qəbul edilməsini qeyd etməmiş və qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Buna görə də, məhkəmə mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərarın kimin tərəfindən və hansı tarixdə qəbul edilməsini müəyyən edə bilmir. Bundan əlavə, şikayətçi qərardan şikayət vermə müddətini ötürmüşdür. Belə ki, şikayətin məzmunundan görünür ki, şikayətçi xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş qərarın xx.xx.2020-ci il tarixdə qüvvəyə minməsi barədə məlumat aldığını bildirmişdir. Lakin şikayətçi qeyd etdiyi məlumatlara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli (MN 0675351) saylı protokoldan və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli (MN 0675351) saylı protokoldan və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3034/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3034/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver