Məhkəmə qərarları › İş №3(004)-3038/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3038/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3038/2022 24.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə protokolu üzrə verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Yuxarıda qeyd edilən şikayət məhkəməyə daxil olmuşdur. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemi məlumatlarına əsasən hazırki iş üzrə barəsində şikayət verilmiş inzibati xəta haqqında tənbehvermə qərarından X4 20 iyun 2022-ci il tarixdə şikayət vermiş və həmin qərardan verilmiş şikayət üzrə inzibati xəta haqqında 3(004)-2897/2022 saylı iş hakim Rəşad Cavadzadənin icraatına daxil olmuş və məhkəmə iclası 01 iyul 2022-ci il tarixdə, saat 11:20-yə təyin edilmişdir. Belə olduğu təqdirdə eyni qərardan şikayət artıq məhkəmənin acraatında olduğu üçün, həmin qərardan verilmiş hazırkı eyni şikayətə baxılması mümkün deyil. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət və ya prosest verilə bilməz. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar