Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3046/2020 23.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlu Göyüşov Nəbi Məhərrəm oğlu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədəAzərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş inzibati xəta haqqında xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı (tərtib edən Tural Quliyev) protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materiallar məhkəməyə daxil olduqdan sonra, həmin iş icraata qəbul edilmədən Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən məhkəməyə müraciət edilərək protokol və materialların geri qaytarılması xahiş edilmişdir. Göstərilən xüsusatlar hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasıbarəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol və əlavə edilmiş sənədlərAzərbaycan Respublikasının Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə geri qaytarılsın. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3046/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3046/2020
23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver