Məhkəmə qərarları › İş №3(004)-3059/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3059/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3059/2021 09.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı səhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 83/23 olan Azərbaycan Respublikası X1 «Azərkontrakt» ATSC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İxracatçı Azərbaycan Respublikası X1 “Azərkontrakt” ATSC tərəfindən “İran Milli Qaz İxrac” şirkətinin ünvanına göndərilən təbii qaz malının rəsmiləşdirilməsi ilə bağlı neft şirkətinin müvafiq idarəsi tərəfindən 20.09.2021 -ci il tarixdə **********0733 saylı natamam bəyannamə təqdim edilmişdir, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 156.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.07.2014-cü il tarixli 263 №li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qavdalan”-nın təsdiq edilməsi haqqında Qərarının 6.5-ci bəndinə əsasən natamam bəyannamə rəsmiləsdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Lakin, yuxarıda qeyd edilən natamam bəyannamə üzrə müvafiq gömrük bəyannaməsinin təqdim edilməsi üçün nəzərdə tutulan müddətin 20.10.2021-ci il tarixdə basa çatmasına baxmayaraq, ixracatçı tərəfindən yuxarıda göstərilən natamam bəyannamə üzrə 12.11.2021-ci il tarixində **********3906 saylı gömrük bəyannaməsi təqdim edilmişdir. Qeyd edilən gömrük bəyannamələrinin rəsmiləşdirmə tarixlərindən müəyyən olunur ki, ixracatçı tərəfindən natamam bəyannamə üzrə təqdim olunmalı olan gömrük bəyannaməsi müvafiq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuşdur, Bununla da Azərbaycan Respublikası X1 «Azərkontrakt» ATSC İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 18.11.2021-ci il tarixli, №13000-0821/21 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək Azərbaycan Respublikası X1 «Azərkontrakt» ATSC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası X1 «Azərkontrakt» ATSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 493-cü maddəsinə əsasən gömrük bəyannaməsi və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası X1 «Azərkontrakt» ATSC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam sübut olunur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası X1 «Azərkontrakt» ATSC İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək, 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar