Məhkəmə qərarları › İş №3(004)-3061/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3061/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3061/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Şöbəsinin X2, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X6 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə kənar dairəvi yolda X5 məxsus “Ford Fusion” avtomobili ilə hərəkət edərkən saat 08:30 radələrində YPX əməkdaşları onu saxlamış və alkotestr həyata keçirmişdir. Alkoqol qəbul etməməsinə baxmayaraq testin nəticəsi ona müsbət təqdim olunmuş, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi bildirilmiş və protokol tərtib edilmişdir. O, bu protokolun tərtib olunmasına azərbaycanca yaxşı danışmadığına, eyni zamanda başa düşmədiyinə görə etiraz edə bilməmişdir. Lakin eyni gün saat 10:30 radələrində sərxoşluq vəziyyətinin yoxlanması üçün tibbi ekspertizaya müraciət etmiş, alkoqol sərxoşluğu vəziyyətinin olmaması barədə tibbi ekspertizadan rəy almışdır. O, alkotestrdən keçirilən zaman şahid qismində heç kim olmamış, eyni zamanda xx xxxx 2020-ci il tarixli İXP seriyalı 34118588 nömrəli protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamışdır. Buna görə də o, sözügedən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Şöbəsinin X7 bildirmişdir ki, X6 xx xxxx 2020-ci il tarixdə saat 08:30-da kənar dairəvi yolda hərəkət edərkən polis əməkdaşları tərəfindən yoxlanılmış və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Belə ki, X6 xüsusi texniki vasitə ilə yoxlanılmış, yoxlama zamanı onun 0,418 promilli spirtli içki qəbul etməsi müəyyən edilərək protokol tərtib olunmuşdur. Həmin protokolda X6 bu nəticə ilə razılaşdığını və axşam 1 bakal pivə içdiyini bildirmişdir. X6 həmin nəticəyə etiraz etmədiyindən tibbi müayinə olunmaq üçün müvafiq tibb mərkəzinə aparılmamışdır. Daha sonra onun brəsində xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx xxxx 2020-ci il tarixdə saat 08:30-da kənar dairəvi yolda hərəkət edərkən polis əməkdaşları tərəfindən yoxlanılmış və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Şikayətə əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından görünür ki, X6 xx.xx.2020-ci il tarixdə saat 08:30-da kənar dairəvi yolda “Ford Fusion” markalı, Az 90EE436 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol”dan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 07:50-də kənar dairəvi yolda “Ford Fusion” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 “ACE-Z” markalı İN 642745 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilməklə müayinə edilmiş və onun 0,418 promilli spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmin protokolda X6 bir bakal pivə içməsini və protokolda qeyd olunan nəticə ilə (0,418 promilli) razı olduğunu bildirmişdir. Şikayətə əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə xx.xx.2020ci il tarixli (saat 10:30) aktdan görünür ki, müayinə zamanı X4 ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edib, tərəflərin izahatları ilə paralel qiymətləndirərək hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, X6 xx.xx.2020-ci il tarixdə saat 8 radələrində xüsusi texniki vasitə ilə müayinə olunarkən onun 0,418 promilli spirtli içki qəbul etməsi müəyyən olunmuş, X6 bu nəticə razı olduğunu bildirərək, pivə içdiyini etiraf etmiş, həmin nəticəyə etiraz etmədiyindən tibbi müayinə olunmaq üçün müvafiq tibb mərkəzinə aparılmamışdır. Məhkəmə iclasında X6 “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol”da edilən qeydin (hansı ki, spirtli içki qəbul etdiyini bildirir) özü tərəfindən yazıldığını bildirmişdir. Digər tərəfdən şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə aktda X4 ayıq vəziyyətdə olması qeyd edilsə də, müayinə sonuncu xüsusi texniki vasitə ilə müayinə edildikdən (saat 07:50) saatlar sonra (10:30)-da həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-cu maddəsinin qeyd hissəsinin tələblərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar