Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3063/2024 13.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Yasamal RPİ-nin 26-cı PB-si tərəfindən 13 iyun 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* inzibati xəta haqqında protokoldan və həmin protokola əlavədən görünür ki, Şəxs 13 iyun 2024-cü il tarixdə Yasamal rayonu ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs AZEMİS elektron məhkəmə sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilmişdir ki, o, xx xxx 2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamamışdır. Şəxs yetkinlik yaşına çatmaması nəzərə alınmadan ona hüquqlarının müdafiəsi üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə vəkilin iştirakı məcburi olduğu halda vəkil təqdim edilməmiş, o cümlədən qanuni nümayəndəsi işə cəlb edilməmişdir. 63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. 63.3. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. Azərbaycan Respublikasının İXM-nin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Həmin Məcəllənin 66.1.-ci maddəsinə əsasən isə inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Həmin Məcəllənin 91-ci maddəsinə görə səlahiyyətli orqan inzibati qaydada tutulmuş şəxsin qanunvericiliklə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat verməli, şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etməli, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmalıdır. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından həmçinin müəyyən edilir ki, yetkinlik yaşına çatmayan barəsində inzibati xəta haqqında icraat açılan zaman bu barədə inzibati xəta haqqında işlər üzrə icraata nəzarət edən Yasamal rayon prokurorluğuna qanunvericiliyin tələbləri pozulmaqla məlumat verilməsi təmin edilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 54.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və yetkinlik yaşına çatmayan Şəxs müdafiə hüquqları pozulduğundan və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları və nöqsanları işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Yetkinlik yaşına çatmayan Şəxs barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3063/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3063/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver