Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3069/2024 09.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, xx xxxxxx 1992-ci ildə Bərdə rayonu, Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 01 radələrində X2 məxsus avtomobili daş parçası ilə zədələmişdir. Nəticədə Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan X3 xx.xx.2024-cü il tarixdə ərizə ilə Yasamal RPİ-nin 29-cu PŞ-yə müraciət edərək bildirmişdir ki, özünə məxsus “Daevoo Nexia” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili beş gün bundan öncə Bərdə rayon sakini Şəxs icarəyə vermiş, lakin sonuncu avtomobilin nasaz olduğunu deyib geri qaytarmış və avtomobili ünvan 3 ünvanda yolun kənarına qoymuş və həmin vaxtı Tural ilə Fərid arasında mübahisə etdikdən sonra bir-birlərindən uzaqlaşmış, xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Şəxs, Fəridin xəbəri olmadan avtomobilin olduğu yerə, yuxarıda qeyd olunan ünvana gedərək bir neçə dəfə daş ataraq Fərid Həsənovun avtomobilinin şüşələrini və salonunda maqnitofon yerini sındırmaqla, nəticədə Fərid Həsənova 1000 manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə aparılan təhqiqat araşdırmasında cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilməli və hadisəni törədən şəxs (şəxslər) müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməlidir Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyil. Ona görə də protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, iş materiallarında inzibati xəta nəticəsində vurulmuş zərərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin ifadəsi əsas götürülmüş, dəymiş zərərin müəyyən edilməsi istiqamətində hər hansı addım atılmamış qüsur aktı alınmamış iş üzrə ekspertiza təyin edilməmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən hallar araşdırılmadan şəxs barəsində inzibati icraat başlanmışdır. Bundan əlavə işin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmamışdır. Odur ki, protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən yol verilmiş yuxarıda sadalanan nöqsanlar, eyni zamanda protokolun düzgün tərtib edilməməsi və ona əlavə edilmiş materialdakı natamamlıqlarla əlaqədar olaraq məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmamışdır. İşə məhkəmədə baxılarkən isə qeyd olunan nöqsanlar və natamamlıqların aradan qaldırılması mümkün deyildir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə görə olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, 106.1.9-cu maddəsinə görə isə inzibati xətanın törədilməsi nəticəsində maddi zərər yetirilmişdirsə bu barədə qeydlər səlahiyyətli orqan tərəfindən tərtib edilən inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar düzgün tərtib edilmədikdə, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 100, 106-118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib olunmuş 13 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə geri qaytarılsın. Qəbul edilmiş qərardadın surəti məlumat üçün Yasamal rayon prokuroruna göndərilsin. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3069/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3069/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver