Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3080/2024 14.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin polis sahə inspektoru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, subay, ali təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 7, mənzil 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə 14 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərini pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin polis sahə inspektoru X4 protokolun dəlillərinə uyğun izahat verərək Şəxs Qış Parkı yaxınlığında “Mandarin” kafeyə içkili vəziyyətdə gəldiyini və orada nalayiq sözlər işlətdiyini, kafenin administratorunun polisə xəbər verdiyini, Şəxs şöbəyə dəvət etdiklərini, protokol tərtib etdiklərini və nəticədə Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli hesab edərək dünən səhərə yaxın saat 4-5 radələrində 2 ədəd “Ceyms Double” içkisi içdiyini, adətən içki içən olduğunu, amma 40 gündür ki, içmədiyini, anidən içki qəbul etməyin onu sərxoş etdiyini, musiqiçi olduğunu, həm də hüquqşünas olduğunu, çöldə olduğu vaxtın çoxunu səhnədə insanlar üçün canlı musiqi ifa etdiyini, həmin kafeyə çay içmək üçün daxil olduğunu, çünki ayılmaq istədiyini, orada olan zaman onunla zarafat və məzə ilə davranıldığını, başqa şəxslərə orada narahatçılıq yaratmadığını, onu qıcıqlandırmasa idilər, vəziyyətin bu həddə çatmayacağını, zalda çox az insan olduğunu, üstünə çox gəlindiyini, normal danışıb yola salmadıqlarını, 10 ildir ki, musiqi ilə məşğul olduğunu, 4 il də restoran sektorunda çalışdığını, onun üçün insanlarla mədəni davranışın əsas kriteriya olduğunu, “Juno”, “Neo Mankail” kimi restoronlarda çıxış etdiyini, mart ayında isə cənab səfirin dəvəti ilə Malta şəhərində konsertinin olduğunu qeyd edərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, Şəxs adlı şəxs “Mandarin” restoranına daxil olmuş və orada nalayiq söyüşlər söymüş, səhər yeməyinə gəlmiş cütlüyü narahat etmiş, birgə yaşayış qaydalarını pozmuşdur. Ona xidmət göstərmək istəmədiklərini bildirdikdə o, əyləşib sifariş vermək yerinə salonun ortasında gözləməyə başlamış, həmçinin onun ünvanına orta ağır söyüşlər söydüyünü qeyd edərək şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* saylı, 14 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərini pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “İnzibati qaydada tutma haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 14 iyun 2024-cü il tarixdə, saat 06:30-da tutulmuşdur. Yasamal RPİ-nin PPX bölüyünün polis nəfərləri polis serjantları Y.Rüstəm, Ə.Saxavət, B.Orxan tərəfindən Yasamal RPİ-nin 26-cı PB-nin rəisinə ünvanlanan 6716/24 saylı, 14 iyun 2024-cü il tarixli raportdan görünür ki, 14 iyun 2024-cü il tarixdə saat təxminən 06:30 radələrində ərazidə xidmətdə olarkən Qış Parkı yaxınlığında olan Mandarin adlı restoranda bir nəfər şəxsin sərxoş halda narahatçılıq yaratması barədə administrator Zərərçəkmiş şəxs şikayəti əsasında onu 26-cı polis bölməsinə dəvət edərkən həmin şəxsin Şəxs olduğu məlum olmuşdur, odur ki, həmin şəxs barəsində qanuni tədbir görülməsi barəsində göstəriş verilməsi xahiş olunmuşdur. X3 531/1-T-6715/24 saylı, 14 iyun 2024-cü il tarixli Yasamal RPİ-nin 26-cı PB-nin rəisinə ünvanladığı şikayət ərizəsindən görünür ki, Şəxs 14 iyun 2024-cü il tarixdə saat təxminən 06:30 tarixdən işlədiyi Mandarin restoranında içkili vəziyyətdə işçiləri və digər qonaqları nalayiq söyüşlərlə təhqir etmiş, o və işçiləri onu uzaqlaşdırmağa çalışsalar da, ancaq o, öz hərəkətlərinə davam etdiyi üçün Post Patrul əməkdaşlarını çağırmalı olmuş, şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs 14 iyun 2024-cü il tarixində Polis Bölməsində verdiyi izahatından görünür ki, musiqi fəaliyyəti ilə məşğul olduğunu, xx.xx.2024-cü il tarixdə Tarqovu deyilən ərazidə skuter sürdükdən sonra Mandarin restoranına bir qədəh içki içmək üçün daxil olmuş, ancaq onun cüzi içkili vəziyyətindən istifadə edərək oradakı əməkdaşlar onunla şəxsiyyətinə təsir edəcək münasibət göstərmiş, bunun qarşılığında o da mədəni şəkildə öz etirazını və xoşagəlməz münasibəti bəyənmədiyi üçün oradakı işçilərə göstərdikləri münasibətə uyğun davrandığını, daha sonra polis əməkdaşlarının restorana daxil olaraq, onu 26-cı polis bölməsinə apardıqlarını, onun içkili olduğunu necə dəyərləndiklərini bilmədiyini, 4-5 saat onu içəridə heç bir səbəb olmadan saxladıqlarını bildirmişdir. 14 iyun 2024-cü il tarixli, 2/32177 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs 07:10-da müayinəyə göndərilmiş, ağzından alkoqol iyinin gəlməsi pozitiv nəticə göstərmiş, şəxs tərəfindən havanı müəyyən edən cihazdan istifadədən imtina edilmiş, sərxoşluğun dərəcəsi isə orta dərəcə müəyyən edilmişdir. “CD” diskdə olan video yazılarından da aydın olur ki, Şəxs “Mandarin” çay evinə daxil olaraq mübahisə yaratmış, xidmət qəbul etməmiş, içkili vəziyyətdə nalayiq ifadələr işlətmiş, çay evinin daxilində müştəriləri narahat etmiş və bununla da inzibati xəta haqqında protokolda göstərilən hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını (İXM-32.1.1) olmasını, məsuliyyətini ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş vəziyyətdə törətməsini (İXM-33.1.7) nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində, AR İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3080/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3080/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver