Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3093/2023 20.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X8 iclas katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs MMC (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X9 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 nömrəli Əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya-epidemioloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 302 nömrəli Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, xx.xx.2022 xx.xx.2022-ci il tarixlərdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətizdirilmiş ümumi çəkisi 41900 kq təşkil edən ərzaqhq kartof məhsullarından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sınaq üçün nümunələri götürüldükdən sonra həmin məhsulları sertifikatlaşdırılmadan satdığına, bununla da, Azərbaycan Respublikası İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması yolu ilə istehlakçıların hüquqlarını pozma inzibati xətasını törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 2-2- 02/2/3-1326/2023 nömrəli məktubu, X1 xx.xx.2023-cü il tarixli 3-44/2-276/2023(3/10), “İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün elektron ərizə” müraciətləri, AQTA-nın Bakı Regional Bölməsinin “məhsul nümunələrinin götürülməsi” aktları, “Mallara(məhsullara) toxunulmaması barədə aktlar, “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” qərarlar, Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının protokolları, X4 izahatı və toplanmış digər sənədlərlə təsdiq edilir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6 Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsi X9 izahatına əsasən xx.xx.2022ci il tarixdə idxal edilmiş 41900 kq kartof məhsulunu sertifikat alınmadan satışını həyata keçirmişdir. İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün ********** nömrəli elektron ərizədən görünür ki, Şəxs MMC tərəfindən ərzaqlıq kartof məhsuluna qida sertifikatı alınması üçün müraciət edilmişdir. Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli ********** nömrəli məhsul nümunələrinin götürülməsi aktından görünür ki, Şəxs MMC tərəfindən edilmiş müraciət əsasında qida təhlükəsizliyi sertifikatının verilməsi üçün ərzaqlıq kartof məhsulundan nümunələr götürülmüşdür. Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin mallara (məhsullara) toxunulmaması barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ********** nömrəli müraciət əsasında idxal olunmuş 20950 kiloqram məhsulun qida təhlükəsizliyi sertifikatı əldə olunmadan toxunulmazlığı müəssisə tərəfindən təmin edilməsi bildirilmişdir. Məhsul nümunələrinin toxunulmamasına Şəxs MMC-nin nümayəndəsi X9 təminat vermişdir. Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının AZ-21010193/LAB09-22053-T- 053 nömrəli sınaq protokolundan görünür ki, kartof məhsulunda Clavibacter michiganensis subsp. Sepedonicus (Kartof yumrularında halqavari bakterial çürümə) təyin edilmişdir və karantin tətbiq edilməlidir. Azərbaycan Respublikası X1 Bakı X7 (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə 25 noyabr 2022-ci il tarixli 117/FN nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli, 302 nömrəli qərarının 2.21.3-cü yarımbəndinə əsasən qeyd olunan məhsul partiyalarına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir. Şəxs MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan ümumi çəkisi 20950 kq olan ərzaqlıq kartof məhsulu (** BH ***/ ** ZA *** nəqliyyat vasitəsi) ixracatçı ölkələrə geri qaytarılmış, regional bölmənin əməkdaşlarının iştirakı ilə fitosanitar və ekoloji təhlükəsizlik qaydalarına əməl edilməklə məhv edilsin (yandırılma və ya 1.5-2.0 m) dərinlikdə basdırılma yolu ilə) və ya sirayətlənmiş məhsul fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə regional bölmənin müfəttişlərinin nəzarəti altında emala göndərilə bilər. Qərar xx.xx.2022-ci il tarixdə X9 tərəfindən qəbul edilmişdir. İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün ********** nömrəli elektron ərizədən görünür ki, Şəxs MMC tərəfindən ərzaqlıq kartof məhsuluna qida sertifikatı alınması üçün müraciət edilmişdir. Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli ********** nömrəli məhsul nümunələrinin götürülməsi aktından görünür ki, Şəxs MMC tərəfindən edilmiş müraciət əsasında qida təhlükəsizliyi sertifikatının verilməsi üçün ərzaqlıq kartof məhsulundan nümunələr götürülmüşdür. Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin mallara (məhsullara) toxunulmaması barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ********** nömrəli müraciət əsasında idxal olunmuş 20950 kiloqram məhsulun qida təhlükəsizliyi sertifikatı əldə olunmadan toxunulmazlığı müəssisə tərəfindən təmin edilməsi bildirilmişdir. Məhsul nümunələrinin toxunulmamasına Şəxs MMC-nin nümayəndəsi X9 təminat vermişdir. Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının AZ-21010193/LAB09-22071-T- 071 nömrəli sınaq protokolundan görünür ki, kartof məhsulunda Clavibacter michiganensis subsp. Sepedonicus (Kartof yumrularında halqavari bakterial çürümə) təyin edilmişdir və karantin tətbiq edilməlidir. Azərbaycan Respublikası X1 Bakı X7 (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə 21 noyabr 2022-ci il tarixli 108/FN nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli, 302 nömrəli qərarının 2.21.3-cü yarımbəndinə əsasən qeyd olunan məhsul partiyalarına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir. Şəxs MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan ümumi çəkisi 20950 kq olan ərzaqlıq kartof məhsulu (** OZ ***/ ** ZK *** nəqliyyat vasitəsi) ixracatçı ölkələrə geri qaytarılmış, regional bölmənin əməkdaşlarının iştirakı ilə fitosanitar və ekoloji təhlükəsizlik qaydalarına əməl edilməklə məhv edilsin (yandırılma və ya 1.5-2.0 m) dərinlikdə basdırılma yolu ilə) və ya sirayətlənmiş məhsul fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə regional bölmənin müfəttişlərinin nəzarəti altında emala göndərilə bilər. Qərar xx.xx.2022-ci il tarixdə X9 tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin 03 mart 2023-cü il tarixli “Cinayət işin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, "xxxx" MMC və "xxxx" MMC-nin icraçı direktoru X3, həmçinin yuxarıda adları çəkilən digər fiziki şəxslərin və idxalçı müəssisələrin səlahiyyətli nümayəndələri eyni məzmunlu izahat verərək bildirmişlər ki, kartof məhsullarını xarici ölkənin keyfiyyət sertifikatı və digər zəruri sənədlər əsasında tam qanuni olaraq ölkəyə idxal etmiş, məhsulun keyfiyyətinə əmin olmuşlar. İdxal əməliyyatından sonra qida təhlükəsizliyi sertifikatının verilməsi, həmçinin toxumluq kartof məhsullarının əkininə icazə verilməsi üçün etdikləri müraciətlərə baxılması ilə əlaqədar X1 nümayəndələri tərəfindən məhsullardan sınaq nümunələri götürülsə də. cavablar gec verildiyindən və məhsulları saxlamaq mümkün olmadığından aparılmış sınaqların cavablarını gözləmədən ərzaqlıq məhsulların satışını, toxumluq məhsulların isə əkinini həyata keçirmişlər. Həmçinin, qeyd olunan məhsulların Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli, 25 saylı əmri ilə təsdiq edilmiş «Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər» sanitariya epidemioloji qaydalar və normativlərə cavab verməməsi ilə razı deyillər, çünki məhsulların alındığı ölkələrdə müvafiq sertifikatlar verilmiş və satılan məhsulları alan şəxslərdən heç kim tərəfindən onlara şikayət verilməmiş, məhsulların satışı nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış və ya digər ağır nəticələr baş verməmişdir. Göstərilənlərə əsasən, yuxarda adları çəkilən fiziki və hüquqi şəxslər tərəfindən ölkəyə idxal edilmiş ərzaqlıq kartof məhsullarının qida təhlükəsizliyi sertifikatları alınmadan satılması, toxumluq kartof məhsullarının isə icazə verilmədən əkininin həyata keçirilməsi faktı ilə bağlı müəssisələrin vəzifəli şəxslərinin, həmçinin fiziki şəxslərin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, yuxanda qeyd olunan hüquqi və fiziki şəxslərin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş istehlakçıların hüquqlarının pozulması, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması inzibati xətasının tərkib əlamətləri olduğundan materialın hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilməsi məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən tərtib olunmuş 30 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3093/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3093/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver