Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3094/2020 06.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə, X6 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X13 onun barəsində İXM-nin 192.5-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi MN ******* saylı, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş protokol əsasında MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından şikayət verərək, inzibati məsuliyyətə cəlb olunmağı barədə xx xxxxxxxx 2020-ci il tarixli, MN-0687691 saylı protokolun etibarsız hesab edilməsi və onun əsasında Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixində qəbul edilmiş MN-0646445 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və şikayətçinin nümayəndəsi, vəkil X7 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X2 2018-ci və 2019-cu illərin məzuniyyət dövrü üçün məzuniyyətə göndərilmədiyi üçün qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilərək barəsində MN-0687691 saylı protokol tərtib edilmişdir. Daha sonra isə həmin qanunsuz və əsassız protokol əsasında Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020ci il tarixində MN-0646445 saylı qərar qəbul edilmişdir. Sözügedən qərarla AR İXM-nin 192.5-ci maddəsi ilə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Aşağıdakı səbəblərdən dolayı hesab edir ki, Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixində qəbul edilmiş MN-0646445 saylı qərarı qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. İlk öncə qeyd etmişdir ki, direktoru olduğu “Bakı Şəhər Təcili və X4 Stansiyası” publik hüquqi şəxsin təcili və X4 üzrə həkim vəzifəsində işləyən X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli 108 nömrəli qərarı ilə təstiq edilmiş “Praktik tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifıkasiyası” qaydalarına əsasən səhiyyə mütəxəsisslərinin cəlb olunduqları sertifıkasiya imtahanlarından yayınmaq məqsədi ilə 2018-2019-cu il məzuniyyət dövrü üçün xəstəlik vərəqəsində olmuşdur. Belə ki, X1 imtahanlarından yayınmaq üçün “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyasiya” diaqnozu ilə xx.xx.2018 - xx.xx.2019 tarixlərində xəstəlik vərəqəsində olmuşdur. Həmçinin Bakı Şəhər Təcili və X4 Stansiyası” publik hüquqi şəxsin kadırlar şöbəsindən X3 2018- 2019-cu il məzuniyyət dövrü üçün məzuniyyətə getməli olduğu bildirilsə də o xəstəlik vərəqəsində olduğunu bildirərək qeyd olunan dövr üçün əmək məzuniyyəti götürməkdən imtina etmişdir. Qeyd olunanlardan da göründüyü kimi, X3 2019-cu il məzuniyyət dövrü üçün özü qərəzli şəkildə məzuniyyətə getməkdən imtina etmişdir. Bundan başqa qeyd etmişdir ki, X2 2018-2019-cu il məzuniyyət dövrü üçün məzuniyyətə göndərilməməsində təqsiri olub Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin iddia etdiyi kimi AR İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş olsa belə AR İXM ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddətinin keçdiyindən iş üzrə icraata xitam verilməli idi. Belə ki, AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydalan, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericil iy in, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Sözügedən maddənin tələbindən də göründüyü kimi X2 2018-2019-cu il məzuniyyət dövrü üçün məzuniyyətə göndərilməməsində mənim təqsirim olsa idi belə AR İXM ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddətinin keçdiyindən iş üzrə icraata xitam verilməli idi. Qeyd edilənlərdən də göründüyü kimi, AR İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmçinin sözügedən inzibati xətanı törətmiş olsa belə inzibati xətanın törədildiyi iddia edildiyi 2018-ci ildən iki il, 2019-cu ildən isə bir il keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X12 şikayətin əsassız olduğunu, ona görə də təmin edilməməsini məhkəmədən xahiş etdi. Bildirdi ki, vətəndaş X14 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək bildirmişdir ki, Bakı şəhər Təcili və X4 Stansiyasında işləyir, lakin 3 ildir ki əmək məzuniyyətindən istifadə edə bilmir. İşəgötürən buna icazə vermir və kompensasiya da ödəmir. Həmin müraciətin araşdırılmasında iştirakını təmin etmək və müvafiq sənədləri təqdim etmək üçün X14 dəvət edilmiş, lakin o gəlməmişdir. Öuna görə də onun iştirakı olmadan və əlavə hər hansı bir sübut təqdim edilmədən hazırkı qərar çıxarılmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən vətəndaş X9 əmək məzuniyyətinə buraxmadığına görə X13 İXM-in 192.5-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şəxs İXM-nin 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulması, işçiyə əmək məzuniyyətinin verilməməsi, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi əməlinə görə təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki məzuniyyətə çıxman işçinin hüququdur. Bu hüququn həyata keçirilməsi qaydası Əmək Məcəlləsində müəyyən edilmişdir. İşçinin məzuniyyətdən istifadə etmək üçün ərizə ilə müraciət etməsi məsələləri araşdırılmamışdır, bu barədə sübut topldanılmamışdır. Çünki inzibati tənbehvermə haqqında qərardan, protokoldan və toplanmış materiallardan həmin məsələnin aydınlaşdırılması görünmür. Beləliklə, səhaliyytəli orqan tərəfindən qərar qəbul edilərkən, işçinin məzuniyyətə çıxmaq üçün ərizə ilə müraciət etməsi, ümumiyyətlə məzuniyyətə çıxmaq üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş prosedur qaydalara işçi tərəfindən əməl edilməsi, lakin işəgötürən tərəfindən məzuniyyətə baraxılmaması tam araşdırmamış, təqsir dəqiq müəyyən etməmişdir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Yəni əgər şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmırsa, protokol tərtib etmiş şəxsin subyektiv mülahizəsinə əsasən, öz müşahidəsinə əsasən tərtib etdiyi yeganı sübut növü olan protokol əsasında şəxsə inzibati tənbeh verilə bilməz. Həmin protokolda müəyyən edilmiş inzibati xətanın mövcud olub-olmamasına dair səlahiyyətli şəxs İXM-də müəyyən edilmiş əlavə sübut növlərinə istinad etməklə şəxsin təqsiri təsdiq edildiyi təqdirdə, onun barəsində inzibati tənbeh tətbiq edə bilər. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Sadalananlara əsasən inzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Beləliklə hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-in 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-in 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-in tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmçinin şikayətin inzibati xətanın törədilib-törədilməməsi məsələsi isə həmin işə səlahiyyətli orqanda baxılarkən, həmin səlahiyyətli orqanın araşdırmaq səlahiyyəti olduğundan, məhkəmə şikayətin bu hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X13 onun barəsində İXM-nin 192.5-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi MN ******* saylı, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş protokol əsasında MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3094/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3094/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver