Məhkəmə qərarları › İş №3(004)-3094/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3094/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3094/2021 03.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 oğlunun Bakı şəhər Yasamal rayon DYPŞ-nin 02.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı şəhər Yasamal rayon DYPŞ-nin 02.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 16.09.2021 -ci il tarixdə saat 10:52 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 115-ci kilometrində ona məxsus **-SJ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili idarə edərkən, sözügedən ərazidə yol ayrıcısında Yol Patrul xidmətinin əməkdaşı polis baş serjantı X1 tərəfindən idarə etdiyi avtomobil təqib edilərək ona “saxla” əmri verilmiş, o, avtomobili yolun kənarına verib saxlamış, YPX-nin əməkdaşı idarə etdiyi avtomobilin sənədlərini tələb etmış, o, sənədləri göstərib, hansı səbəbdən onu təqib edərək saxladığını soruşmuş, Polis əməkdaşı V.M.X7 X6 Xidmətinin Mərəzə stasionar postunda Yol Patrul xidməti əməkdaşının “Saxla” əmrinə tabe olmayıb hərəkətini davam etdirdiyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.3cü maddəsinə əsasən 80 manat və 4 bal cərimə olunacağını qeyd etmişdir. O, İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti törətmədiyi halda ona qarşı yalan iddia irəli sürüldüyünü görüb poiis əməkdaşı V.M.Kərimovun üzərində mövcud olan səsyazma cihazının işə salınmasını tələb etmişdir. O, isə dərhal həmin cihaza əli ilə müdaxilə edərək, cihazın faktiki işlədiyini bildirmişdi. O, YPX-nin əməkdaşı polis baş serjantı V.M.Kərimova İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi halda qeydiyyatda olduğu ünvana elktron qaydada cərimənin göndərilməsini bildirmış, lakin idarə etdiyi avtomobili təqib edərək ona saxla əmrinin verilməsinin qeyriqanuni olduğunu qeyd etmişdir. Həmçinin Polis əməkdaşı V.M Kərimova barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi təqdirdə, Məhkəmə orqanlarına müraciət etməyi üçün həmin protokolun surətini istəmişdir. Sonuncu isə həmin inzibati xəta haqqında protokolun surətini ona təqdim etməkdən açıq-aşkar imtina etmişdir. Bundan sonra o, polis əməkdaşı V.M.Kərimovu yol patrul xidməti avtomobilində tək olduğunu görüb sonuncudan tək xidmət aparmağa və idarə etdiyi avtomobili təqib etməyə səlahiyyətinin olub-olmadığını soruşmuş, o, isə ona bildirmişdi ki, “birgə xidmət apardığı inspektor hadisə yerinə gedib”. Polis əməkdaşı V.M.Kərimovun qanunsuz əməllərini görüb etika qaydalarını pozmadan, sonuncunun ünvanına hər hansı bir nalayiq ifadələr işlətmədən ona yüksək tonla etirazını bildirmişdir. Lakin V.M.Kərimov xidməti avtomobilinə yaxınlaşıb ona kobud şəkildə əl-qolla danışdığı üçün videogörüntünü lazımi orqanlara təqdim edib onun başına oyun açdıracağı ilə hədələmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətinə uyğun izahat verərək, Bakı şəhər Yasamal rayon DYPŞ-nin 02.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal rayon DYPŞ-nin 02.10.2021-ci il inzibati xəta haqqında protokoldan görünür ki, X5 oğlu tərəfindən 16.09.2021-ci il tarixdə 10:52 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon DYPŞ-nin səlahiyyətli əməkdaşı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 02.10.2021-ci il tarixli qərardan görünür ki, X5 oğlu 16.09.2021-ci il tarixdə 10:52-da Bakı-Şamaxı-Yevlax yolunun 115-ci km-də “Hyundai elantra” minik markalı 99SJ625 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməyərək Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X4 tərəfindən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi öz təsdiqini tapmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş sübutlar təsdiq edir ki, 16.09.2021-ci il tarixində X5 oğlu polisin nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməsi müəyyən olunmuşdur. Lakin buna baxmayaraq, səlahiyyətli orqan mübahisələndirilən qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X5 oglunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Yasamal rayon DYPŞ-nin 16.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə 02.10.2021-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X5 oglunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Yasamal rayon DYPŞ-nin 16.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə 02.10.2021-ci il tarixli TP4633161 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar